Böhranlı anlarda hansı zİkrlərİ edək?


Мüasir həyatın problemləri o qədər çoxdur ki, bəzən insanın çiyinlərimizi əyir. Bu yükü götürmək bəzən o qədər çətin olur ki, səbrimizi əlimizdən alır. Ancaq bunu bilməliyik ki, naümid olmaq olmaz. Çünki bizim Böyük Allahımız vadır. Qüdrət əli hamını əhatə edir.
Biz tənha halda bu çətinliklərə sinə gərə bilmərik. Gərək bütün problemlərimiz yükünü bağlayıb, Allaha təvəkkül edək. Əks halda psixoloji təzyiqlər, müxtəlif proeblemlərdən qorxu hissi, özünü tənha hiss etmək bizi məhv edər.
Ancaq davamlı olaraq, yada salmasaq ki, bizim Allahımız vardır, bizim halımızdan xəbərdardır, əgər Ona təvəkkül etsək, rahatlıq taparıq, gərək ümidsiz olmayaq. Hər kim Allahı çağırarsa, rəhmətinə ümid bəsləyərsə, çətinliyi mütləq həll olacaqdır. Çünki bu Allahın Quranda
verdiyi vədədir.
Çətinliklə üzləşən zaman nə etməli olduğumuzu bilmədiyimiz üçün pənah yeri axtarırıq. Bizim üçün ən yaxşı pənah yeri Allah, Peyğəmbər (s) və Məsum İmamlardır (ə).
Hədislərə müraciət edək. İmam Sadiq (ə) buyurur: “O kəsə görə təəcüblənirəm ki, dörd şeyə görə qorxur, necə olur ki, bu dörd kəlməyə pənah aparmır?
1. Təəcüblənirəm o kəsə ki, qorxu ona qalib gəlmişdir. Necə bu zikrə pənah aparmır.
«حسبنا الله و نعم الوکیل» (“Ali-İmran” 171). Halbuki Allah bu zikrə
görə buyurub: “O kəs ki, cihad əzmi ilə xaric olar, bu zikrə pənah aparsın.” Bu insanlar ticarətdən fayda edərək, onlara heç bir pislik dəymədən geri qayıtmışdılar.
2. Təəcüblənirəm o kəsə görə ki, qəmgindir, ancaq bu zikrə pənah aparmır.
«لا اله الا انت سبحانک انی کنت من الظالمین» (“Ənbiya” 87). Çünki
Allah bu zikrə görə buyurub: “Biz Yunusə (ə) bu zikrə söykəndiyi üçün nicat verdik. Eləcə də möminlərə nicat verərərik”.
3. Təəcüblənirəm o kəsə görə ki, hiylə və məkrə düçar olmuşdur, ancaq bu zikrə pənah aparmır.

افوض امری الی الله، ان الله بصیر بالعباد»\" (“Ğafir” 44).
Allah bu zikrə görə buyurub: “Allah Musanı (ə) bu zikrə görə Fironun şər və məkrindən amanda saxlamışdı”.
4. Təəcüblənirəm o kəsə görə ki, dünya gözəlliklərini arzulayandır. Necə bu zikrə pənah aparmır.
« «ماشاءالله لاحول و لاقوة الا بالله» (“Kəhf” 39).
Allah bu zikrə görə buyurub: “O kişi ki, dünya nemətlərindən məhrum idi, dünya nemətinə malik olan kişiyə deyir: \"Əgər sən məni mal və övladıma görə özündən alçaq hiss edirsənsə, ümid var ki, Allah mənə sənin bağından yaxşısını versin”.

Qəlbə rahatlıq bəxş edən zikrlər.
İmam Əli (ə) buyurur: “Hər kəs dünyadan gedən zaman pak olmaq istəyirsə, qızıl kimi xalis olmayan zərrələrdən pak olmuş olarsa, onda heç bir kin qalmasın, heç kim ondan haqq istəməsin, beş namazda ki, on iki dəfə “Qul huvəllah” surəsini oxumağın ardınca olsun (əməl etsin).
Sonra əllərini açsın və bu duanı oxusun:
: «اللّهمّ إنّی أسألک باسمک المکنون المخزون الطّاهر الطّهر المبارک، و
أسألک باسمک العظیم و سلطانک القدیم أن تصلّی على محمّد و آل محمّد، یا
واهب العطایا، یا مطلق الاسارى، یا فکاک الرّقاب من النّار، أسألک أن
تصلّی على محمّد و آل محمّد، و أن تعتق رقبتى من النّار، و أن تخرجنی من
الدّنیا آمنا، و أن تدخلنی الجنّة سالما، و أن تجعل دعائی أوّله فلاحا، و
أوسطه نجاحا، و آخره صلاحا، إنّک أنت علّام الغیوب».
İmam (ə) sonra buyurur: “Bu duanı mənə Rəsullah (s) öyrətmişdir. Mənə əmr etdi ki, bu duanı Həsən (ə) və Hüseynə (ə) öyrədim”.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, Həzrət Yusif (ə) zindanda idi, Cəbrayil (ə) onun yanına gəlir və ona buyurur: “Ey Yusif! Hər vacib namazdan sonra bu duanı oxu:
«اللّهمّ اجعل لی من أمری فرجا و مخرجا و ارزقنی من حیث أحتسب و من
حیث لا أحتسب»
Həlqəm ibni Həlqəm nəql edir: “İmam Musanın (ə) yanına getmişdim. O Həzrətə (ə) dedim: \"Mənə qısa olan dünya və axirətimə şamil olan cameə duasını öyrət\". Həzrət (ə) buyurdu: \"Hər sübh namazından sonra Günəş çıxana
qədər bu duanı oxu:
“ سبحان اللَّه العظیم و بحمده، استغفر اللَّه و اسأله من فضله»
Həlqəm nəql edir: \"Mən qohumlarımın arasında ən çətin həyat tərzinə malik idim və bu zikri davamlı şəkildə dediyim üçün qohumlarımdan biri mənə miras qoyub getdi. Əslində onunla qohum olduğumu heç bilmirdim. Bu gün mənim imkanım qohumların imkanından da çoxdur.
Bu da İmamın (ə) mənə öyrətdiyi bu duaya görə olmuşdu”.
Peyğəmbər (s) buyurur: “Hər kim çoxlu istğfar edərsə, Allah qəm düyünlərini açar. Hər bir çətinlikdən çıxardar. Güman etmədiyi yerdən ruzisi çatar”.
İmam Sadiq (ə) buyurur: “O zaman ki, qəmə düçar oldun, bu zikri et:” لا حول و لا قوة الا بالله.”
(Tebyan/ Deyerler.org )


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter