İbadət və bəndəlİk etdİyİmİz Allahın rəngİndən hansı rəng üstün ola bİlər?!


İnsan öz həyatında hansısa rəngi qəbul etməli olur. Amma bütün rənglərdən üstün ilahi rəngdir. Aydın məsələdir ki, irq, qəbilə, nəfs istəkləri rəngini bir kənara qoymasaq, vəhdət, qardaşlıq, Allah əmrinə təslimçilik rəngini götürə bilməyəcəyik. Bütün rənglər zaman keçdikcə solur. İlahi rəng isə həmişə təravətli və davamlıdır. İbadət və bəndəlik etdiyimiz Allahın rəngindən hansı rəng üstün ola bilər?!


İslam mütəxəssİslərİ (müctəhİdlər) nəyə əsasən fətva verİrlər?


Dini fətvaların və hökmlərin düzgün yerinə yetirilməsinin insan həyatında mühüm rolu vardır. Elə ona görə də müsəlman bir şəxs öz dini əməllərində hər deyilənə yox, əksinə, o dini bizə göndərən Allaha və bu dini bizə çatdıran Allahın elçilərinə əsaslanmalıdır.


İnsan nİyə Allahdan uzaq düşür?


Allah Təala buyurur: “Cin və insanları yalnız Mənə ibadət etmələri üçün yaratmışam”. (“Zariyat” 56).
Allahın istədiyi bəndə olmaq üçün vacibatların rolu böyükdür. Ən mühüm amil budur ki, insan dinə uyğun gəlməyən istəklərindən keçir. Allahın iradə və istəyini özünə hakim edir. Xüsusilə də vacibatlarda, haramı tərk etməkdə. İnsan əgər günahı tərk edərsə, istədiyi məqama çata bilər.


Ən böyük zülm nədİr?


“Allah məscidlərində Onun adının çəkilməsinə mane olan və onların viran edilməsi (istiqaməti)ndə çalışandan daha zalım kim ola bilər? Onlar ora ancaq (insanların və ya Allahın) qorxu(su) ilə daxil olmalıdırlar və buna layiqdirlər.


Əlİn və ayağın zəkatı nədİr?


İmam Sadiq (ə) buyurur: “Əlin zəkatı - Allahın sənə verdiyi nemətlərdən bəxşiş və əta etməkdir”. Əlin başqa bir zəkatı isə dini hifz etmək və müsəlmanları ayıltmaq üçün yazılan məqalələr və kitablardır. Ya da müsəlmanların bəhrələnə biləcəkləri başqa faydalı işlərlə məşğul olmaqdır. Məsələn, məscid, elmi mədrəsə inşa etmək kimi. Əlin başqa bir zəkatı isə onu günahdan qorumaqdır. Məsələn, günahsız insanlara əl qaldırmaq kimi günahlardan.


Necə edək kİ, namazdan daha çox bəhrələnək?


Namaz İslam dininin ən əsas və mühüm ibadətlərindən biridir ki, insan onun vasitəsilə mənəvi seyr edir. Əgər insanın namazı islah olmazsa, qalan işləri də islah olmaz.


Özünü tanımanın yolları nədİr?


Nəfsi islah etməyin və gözəl əxlaqa bürünməyin yollarından biri də insanın özünü tanımasıdır. Özünü tanıyan insan nəfsinin kəramətini, Xaliqin əzəmətini, ruhun əhəmiyyətini dərk edər. Özünü tanıyan insan öz Xaliqini də tanıyar. İmam Əli (ə) buyurur: “Hər kim özünü tanıyarsa, Pərvərdigarını tanımış olar”.
Bu hədisdən çıxartdığımız nəticələrə nəzər salaq:


Hər bİr İnsanın üstünlük meyarı nədİr?


“(Mal-dövlət, rütbə və övlad) çoxluğ(u) ilə öyünmək və (onları) çoxaltmaqda bir-birinizlə yarışa girmək sizi (Allahın zikrindən) yayındırdı”. (“Təkasur” 1).


Nədən İman və əməl bİr-bİrİlə qardaş hesab olunur?


Əgər insanlar hər yerdə və hər zaman Allahı xatırlasaydılar, bu qədər müharibə və döyüş olmazdı. Əgər Allahı yada salsaydılar, hər yerdə rahatlıq və sakitlik olardı.


İmanı gücləndİrməyİn yolları nədİr?


Allaha yaxınlaşmağın ilk yolu imandır. İmanın iki tərəfi vardır: nəzəri və əməli. Hər birinin öz dərəcəsi və mərhələsi vardır.
Nəzəri imanın birinci dərəcəsi Allahı tanımaq, Onun vəhdaniyyətinə etiqad bəsləmək və varlıq aləminin Onun iradəsindən asılı olduğuna inanmaqdır. Bütün varlıqlar Ona ehtiyac duyurlar. Ondan sonra mələklərə etiqad bəsləməkdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter