İslam dinində yemək qaydaları barədə nələr tövsiyə olunur?


İslam dinində yemək qaydaları barədə nələr tövsiyə olunur?Bir çoxları arıqlamaq üçün şam yeməyini yeməkdən imtina edirlər. Halbuki İslam dini şam yeməyini yemək üçün çox təkid edir. İmam Rza (ə) İmam Sadiqdən (ə) nəql edir ki, buyurub: “Şam yeməyini hətta əgər üç tikə çörəklə duz olsa belə, buraxma”.
Indiyə qədər yemək yemək üçün bir çox yerlərə getmisiniz və görmüsünüz ki, bəzi insanlar yemək yeyən zaman başqalarını narahat edərlər. Ya yemək zamanı qaydalara riayət etməzlər. Bu haqda siz heç düşünmüsünüzmü? Heç düşünmüsünüzmü ki, İslam dinində yemək yeməyin qayda və qanunları vardır? slam dini bizə buyurur ki, acmayınca yemək yeməkdən çəkinin ki, salamat qalasınız. Yeməyə başlayan zaman isə “Bismillah” de. İslam təlimlərində oxuyuruq ki, yeməyə başlayan zaman duzla başlayın. İmam Əli (ə) buyurur: “Yeməyə başlayan zaman duzla başlayın. Əgər onda olanları bilsəydiniz, dərman yerinə ondan istifadə edərdiniz”...


Allaha yaxınlıq deyəndə nə başa düşülür?


Allaha yaxınlıq deyəndə nə başa düşülür?Allah üçün zaman və məkan məhdudiyyətləri mövcud olmadığından insan Allahla nə zaman, nə də məkanca yaxın ola bilməz. İnsan Allaha yaxınlaşa bilərmi? Əvvəlcə “yaxınlıq” kəlməsinin mənalarına nəzər salaq. Yaxınlıq üç cür ola bilər:
1. Məkanca yaxınlıq: İki mövcud məkanca yaxın ola bilər. Məsələn, bir həyətdə tikilmiş iki ev bir-birinə yaxındır. 2. Zamanca yaxınlıq. Məsələn, iki hadisə zamanca yaxın ola bilər. 3. Məcazi yaxınlıq. Bəzən iki şəxs haqqında deyirlər ki, onlar bir-birinə yaxındır. Bu yaxınlıq iki şəxs arasındakı ehtiram və məhəbbətdən doğan yaxınlıqdır. Allah üçün zaman və məkan məhdudiyyətləri mövcud olmadığından insan Allahla nə zaman, nə də məkanca yaxın ola bilməz. Bəndənin Allahla yaxınlığı məcazi yaxınlıq ola bilərmi? Həqiqətən də Allahın layiqli bəndələrə məhəbbəti var və onların istəklərinə cavab verir.


Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?


Oruc tutmağın insan bədənində olan xəstəliklərə qarşı təsirləri nələrdri?Orucla müalicə edilən xəstəliklər:
1. Bağırsaq xəstəliklərinin müalicəsində. Bu xəstəlik zamanı iki yemək arasında su içməmək çox xeyirlidir.
2. Hərəkətsizlikdən və çox yeməkdən yaranan ağır çəki. Bu xəstəlik zamanı da oruc tutmaq və gündə cəmi iki dəfə yemək yemək və səhər vaxtı su içmək çox faydalıdır.
3. Qan təzyiqinin yüksək olması. Bu xəstəlik çox yemək nəticəsində daha da şiddətlənir. Bərəkət və nemət ayı olan Ramazan ayında xüsusilə də əgər çəki normadan çoxdursa, oruc bu xəstəliyə yaxşı təsir qoyacaqdır...


Cənab Rəhbər ramazan ayının dəyəri haqda nə buyurmuşdur?


Cənab Rəhbər ramazan ayının dəyəri haqda nə buyurmuşdur?Bu ay oruc ayıdır. Quranın nazil olduğu və Quranla ünsiyyət ayıdır. İbadətin məğzi və ruhu olan dua, minacat və ibadət ayıdır.
Bir neçə gündən sonra mübarək ramazan ayı - insanın yenidən qurulması, özünü qurması və Allahla ünsiyyət baharı başlanacaq.
Ramazan ayını qənimət sayın. Bu günləri oruc tutmaqla, bu gecələri zikr və dua ilə yaşayın. Dua fəsli də bu mübarək aydır. Baxmayaraq ki, insan həmişə dua ilə Allaha birləşməlidir. Lakin “(Ey Rəsulum!) Bəndələrim səndən Məni soruşduqda (bilin ki,) Mən yaxınam...


Cəmiyyətin tərbiyəsi hansı nöqtədən başlayır?


Cəmiyyətin tərbiyəsi hansı nöqtədən başlayır?Tanınmış şiə müctehidi Ayətullah-üzma Həkim İraq universitetlərində təhsil alan xanım tələbələrlə görüşdə buyurub: Qadınların öz iffətini qoruması cəmiyyətin islahının müqəddiməsidir. Hicab Quran əmri, Əhli-beyt (ə) göstərişidir. Cəmiyyətin islahı qadınların islahından, qadınların islahı hicabdan başlayır. İffət müsəlman qadının cövhəridir. Müsəlman qadınlar cəmiyyət qarşısındakı məsuliyyətini yerinə yetirməlidir. Doğruçuluq, Allah hüzurunda ixlas, təqvalı olmaq, şəriət qanunlarına riayət etməklə şiə məktəbini qorumağa çalışın, Allahın Rəsulunu (s) şad edin...


Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı?


Əgər izdivacdan sonra kişi zövcəsinin mehriyyəsini verməyibsə, ər öldükdən sonra qadın ərinin malından mehriyyəsini götürməyə haqqı varmı? Cavab: Bismillahir-rəhmanır-rəhim.
Əgər ər həyatda olarkən mehriyyəni ödəməyibsə, qadın da mehriyyəsindən keçməyibsə, ər öldükdən sonra varisləri əvvəl onun borclarını, o cümlədən arvadının mehriyyəsi ödənilməlidir. Bundan sonra qalan irsi bölə bölməlidirlər.


Hicab barədə 10 yanlış stereotip hansılardır?


Hicab barədə 10 yanlış stereotip hansılardır? Hicab haqqında diqqət olunası bir neçə məsələ:
1. Opponent: Hicab – psixoloji əsarət deməkdir. Hicab geyinən özünü sanki daimi mənəvi zindana məhkum edir.
Hicablı: azadlıq anlayışına təfəkkür azadlığı kimi deyil, geyim tərzində olan “azadlıq” prizmasından baxılsa, bu, o deməkdir ki, ibtidai bioloji varlıqlar ən azaddır, çünki təbii xəz və dərilərindən başqa geyimləri yoxdur. Həqiqət ondadır ki, insanın, öz əqidəsinə uyğun zahiri görkəmə malik olması – məhz azadlığın göstəricisidir.
2. Opponent: Hicablı qadın öz seçimində azad deyil, mütləq onun üçün müəyyən edilən çərçivədə olmalıdır.
Hicablı: Halbuki, bu, peşə, mədəniyyət, yaşayış tərzi və zamana uyğun geyimlərdir. Bircə misal çəkək: Böyük Britaniyanın kraliçası, qəbul olunan ənənəyə görə, hər il keçirilən parlament iclaslarının açılışına tacını geyinir. Sizin məntiqə görə, bu hal – onun çərçivədə həyat sürməsinə dəlalət edir. Məncə, iddianızın süniliyi tam aydındır...


Hicab Allahın haqqıdır yoxsa insanın?


Hicab Allahın haqqıdır yoxsa insanın? Tanınmış İslam alimi Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
“Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın. Bu dediyimiz qanun Qərbdə tam fərqlidir. Lakin islamda qadının hörməti qadının özündə və ya ailəsinin əlində deyil. Başqa sözlə desək hamı razı da olsa Quran buna razı deyil. Çünki qadının hörmət və heysiyyəti Allahın haqqı kimi hesab olunur. Allah qadını şəfqət sahibi olaraq yaradıb ki, mehribançılıq ustadı olsun və digərlərinə də sevgi paylasın. Lakin əgər cəmiyyətdə bu şəfqət və məhəbbət tərk olunaraq yerini şəhvətə verərsə, Qərbdə yaranan fəsad islam dünyasında da peyda olacaq. Elə bu səbəbdən heç kim “hicabsızlıqla razıyam” ifadəsini işlədə bilməz.
Quran, heç kim Allah haqqlarının müdafiəsi ilə razı olmasa da şəxslərdən fərdi şəkildə bunu icra etmələrini tələb edir. Quranın hakim olduğu cəmiyyət şəfqətdən ibarətdir. Bunun səbəbidə cəmiyyətin yarısını şəfqət ustadlarının, yəni anaların təşkil etməsidir. İstəsəkdə istəməsəkdə bu belədir.”


Möminə xanımın Allah-Taaladan qazanacağı tövfiqlərdir bunlar!


Möminə xanımın Allah-Taaladan qazanacağı tövfiqlərdir bunlar! Salihə qadına veriləcək lütflər:
1. Namazını qılan, orucunu tutan, iffətini qoruyan, yoldaşına hörmət və itaət edən salihə qadın sayılır və ona dilədiyi qapıdan Cənnətə girmə haqqı verilir.
2. Əri xanımına şəfqətlə baxar, xanımı da ərinə şəfqətlə (mərhəmətlə) baxarsa, Allah c.c. hər ikisinə şəfqətlə baxar.
3. Xanımına bir dini məsələ öyrədən kişiyə 80 illik nafilə ibadət savabı verilir.
4. Əri qadınından razı halda ölən möminə qadına Cənnət vacib olur.
5. Ümmətimin qadınlarının ən xeyirliləri mehirləri (evlənmə zamanı kişinin verdiyi mal) ən az olanlarıdır.
6. Ər ilə arvadı bir-birinə düşmən edən kişi və ya qadın mənim ümmətimdən deyildir.
7. Ciddi səbəb olmadan boşanmaq istəyən qadın Allahın rəhmətindən uzaq olar.
8. Əri evə yorğun bir halda gəldiyində xanımı onun hal və xətrini soruşduqdan sonra, əri söyləmədən onu ovxalayarsa, qadına 7 qram qızıl dəyərində sədəqə vermiş savabı verilir. Əri söylədikdən sonra ovxalayarsa 7 qram gümüş dəyərində sədəqə vermiş savabı verilir.


Müştərək həyatda xanımlara olunan tövsiyələr


Müştərək həyatda xanımlara olunan tövsiyələr Müştərək həyatda xanımlara olunan tövsiyələr:
1.Ərinlə fəxr et
2. Onu heç kəslə müqayisə etmə
3.Qüruru ilə oynama
4.Ərinin gözəlliyini ağlında axtar
5.Qənaətcil ol
6.Öz gözəlliyini başqalarına göstərmə
7.Ərinə naz et, amma təkəbbür etmə
8.Onun üçün heyranedici və məftunedici ol
9.Gözəl xəyallarını mətin düşüncənlə həll et
10.Çürüyçü olma ki, ərinin gözündən düşərsən
11.Təmkinli olsan başının tacı olarsan
12.Onun üçün sığınacaq ol ki, yalnız sənə sığınsın ...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter