Möminə xanımın Allah-Taaladan qazanacağı tövfiqlərdir bunlar!


Salihə qadına veriləcək lütflər:
1. Namazını qılan, orucunu tutan, iffətini qoruyan, yoldaşına hörmət və itaət edən salihə qadın sayılır və ona dilədiyi qapıdan Cənnətə girmə haqqı verilir.
2. Əri xanımına şəfqətlə baxar, xanımı da ərinə şəfqətlə (mərhəmətlə) baxarsa, Allah c.c. hər ikisinə şəfqətlə baxar.
3. Salihə qadın ərindən öncə Cənnətə girəcək və hurilərdən 70 qat daha gözəl olacaqdır.

4. Əri qadınından razı halda ölən möminə qadına Cənnət vacib olur.
5. Ümmətimin qadınlarının ən xeyirliləri mehirləri (evlənmə zamanı kişinin verdiyi mal) ən az olanlarıdır.
6. Ər ilə arvadı bir-birinə düşmən edən kişi və ya qadın mənim ümmətimdən deyildir.

7. Ciddi səbəb olmadan boşanmaq istəyən qadın Allahın rəhmətindən uzaq olar.
8. Əri evə yorğun bir halda gəldiyində xanımı onun hal və xətrini soruşduqdan sonra, əri söyləmədən onu ovxalayarsa, qadına 7 qram qızıl dəyərində sədəqə vermiş savabı verilir. Əri söylədikdən sonra ovxalayarsa 7 qram gümüş dəyərində sədəqə vermiş savabı verilir.

9. Bir salihə qadın 70 kişidən daha üstündür.
10. Xanımına bir dini məsələ öyrədən kişiyə 80 illik nafilə ibadət savabı verilir.
11. Hamilə qadının qıldığı 2 rükət namaz, hamilə olmayanın qıldığı 80 rükətdən daha üstündür.

12. Müsəlman hamilə qadının gündüzləri oruc, gecələri ibadət sayılır.
13. Uşaq dünyaya gətirən müsəlman qadına 70 illik nafilə namaz və oruc savabı verilir.
14. Doğumdan sonra 40 gün içində ölən müsəlman qadına şəhidlik mərtəbəsi verilir.

15. Gecə ağlayan körpəsinə bəd dua etmədən süd verən anaya bir illik namaz və oruc savabı verilir.
16. Körpəsi ağladığı üçün gecə boyu yatmayan qadına 20 qul azad etmiş savabı verilir.
17. Körpəsinə süd içirən qadın içirdiyi hər qurtum qarşılığında 1 savab verilir.

18. Körpəsi süddən kəsildiyi gün möminə qadına 1 mələk gələrək: (qadın onu görüb eşitməsə də) Allahın ona cənnəti vacib qıldığını müjdələyər.
19. Körpəsi xəstə olduğu halda yatmayıb, körpəsinin sağalması üçün çalışan qadının Allah günahlarını əfv edər və ona 12 illik nafilə ibadət savabı verər.
20. Sadəcə qız uşaqları olan və bunun üçün Allaha şükür edən qadın və kişi mənimlə cənnətə girər.

21. Evini süpürərkən Bismillah deyən qadına Beytullahı (Kəbəni) süpürmüş savabı verilir.
22. Bismillah deyərək xəmir yoğuran qadının ruzisinə bərəkət verilir.
23. Çox ətirlənərək küçədə gəzən qadın böyük günah işləmiş sayılır.

24. Ərindən başqasının üzünə və gözünə şəhvətlə baxan qadına Allah (c.c) lənət edər.
25. Əri uzaq səfərdən dönüncə ona yemək yedirən və ona sadiq qalan qadına 12 illik ibadət savabı verilir.
26. Əri Allah yolunda (İslami, elm və təhsil, hərbi xidmət, vətəni müdafiə üçün savaşda) olan və onun yoxluğuna səbir edən qadın digər qadınlardan 500 il öncə cənnətə girəcəkdir. Ona izzət və ikram olması üçün 70 min mələyin daşıyacağı cənnət paltarı verilir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter