Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır?


Nümunəvi qadının 3 bəyənilən xüsusiyyəti hansılardır? Bu məsələ heç kəsdən gizli deyildir ki, yaxşı həyat yoldaşı Allah Təala tərəfindən olan böyük nemətdir və səadət səbəblərindəndir. Bu haqda Peyğəmbər (s) buyurur: “Kişinin səadəti – saleh həyat yoldaşına malik olmaqdadır”.
İnsan hər nə qədər həyat yoşdaşı haqqında agahlıq əldə edərsə, müştərək həyatın daha şirin olmasına gətirib çıxardar. Bəs nümunəvi qadın necə olmalıdır?
1) İmanlı. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim qadınla gözəlliyinə görə evlənərsə, istədiyini onda görməz. Hər kim qadınla mal və sərvətinə görə evlənərsə, Allah onu həmin mal və sərvətlə tərk edər. İmanlı qadınla evlənin”. 2) Ailə nəcibliyi. Həzrət Peyğəmbər (s) buyurur: “Zibillikdə bitən yaşıllıqdan (göyərtilərdən) çəkinin”. Soruşurlar ki, bu kimdir? Həzrət (s) buyurur: “Alçaq ailədə və nəsildə dünyaya gələn gözəl simalı qadın”. 3) Az mehriyyəsi olan. İmam Sadiq (ə) buyurur: “Qadının bərəkəti onun az xərcləyən olmasıdır”. Həzrət Peyğəmbər (s) buyurur: “Mənim ümmətimin ən yaxşı qadınları - ən xoş simalı və onların az mehriyyəli olanlarıdır”.


Vəliyyi Fəqih, həzrət ayətullah Xamenei ağanın baxışında qadının tərəqqisi!


Vəliyyi Fəqih, həzrət ayətullah Xamenei ağanın baxışında qadının tərəqqisi! Qadının hərtərəfli tərəqqisi: Əgər biz ölkəmizdə qadınlara aid problemləri həll edə bilsək, bütün dünya qadınlarına böyük xidmət göstərmiş olarıq. Ola bilsin ki, bu xidməti bəziləri indi, bəziləri sonralar başa düşsünlər. Hər halda bir gün bunu dərk edəcəklər.
Siz ölkəmizin nümunəvi fəal qadınlarısınız. Siz İslamın qadına verdiyi dəyəri gözəl şəkildə nümayiş etdirirsiniz. Bəli, İslam İnqilabından əvvəl də İranda alimə qadınlar var idi. Amma mən demək istədiyim budur ki, keçmiş ilə müqayisədə hal-hazırda bu rəqəm olduqca yüksəkdir və tədqiqatçı, mütəxəssis, mütəfəkkir, yazıçı, şairə və rəssam qadınlarımız əvvəlki dövrə nisbətən qat-qat çoxdur, yəni o dövrdə ki, “qadın azadlığı”, “qadın hüququ” şüarı ilə aləmə car çəkirdilər, qadının hicabını əlindən alıb iffətsizliyə sövq etdirirdilər, qadın və kişi arasında pərdələri tamamilə qaldırırdılar, əxlaqsızlığı və iffətsizliyi gündən-günə daha çox təbliğ edir və hətta bəzən ustadlarını da ötüb keçirdilər – həmin o dövrdə siyasi, ictimai və mədəni sahələrdə fəaliyyət göstərən qadınların sayı bu qədər çox deyildi.


Hicabın əsil siması Şəhid Mütəhhərini baxışınıda necə tanıtdırılır?


Hicabın əsil siması Şəhid Mütəhhərini baxışınıda necə tanıtdırılır? Ustad Mütəhhəri: Bizim nәzәrimizә görә, İslаmdа örpәyin sәbәb vә fәlsәfәsi bir nеçә şеydәn ibаrәtdir: 1-Psiхоlоji vә ruhi sәbәblәr; 2-Аilә-mәişәt münаsibәtlәri; 3-İctimаi sәbәblәr; 4-Qаdın hüququnun qоrunmаsı vә оnun mәnәvi dәyәrinin yüksәldilmәsi.
Örpәk hаqqındа sаdаlаnаn yuхаrıdаkı sәbәblәri izаh еtmәzdәn qаbаq qеyd еtmәliyik ki, İslаmdа hicаbın mәnşәyi bir sırа ümumi vә әsаslı mәsәlәlәrdәn ibаrәtdir. Bеlә ki, İslаm nәzәrindәn cinsi lәzzәtlәrin bütün növlәri-istәr bахmаq, istәr lәms еtmәk, istәrsә dә sаir növlәri-аilә mühitinә mәхsus оlmаlı, әr-аrvаdlıq münаsibәtlәri çәrçivәsindә vә qаnuni şәkildә qаlmаlı, ictimаiyyәt isә tаmаmilә fәаliyyәt vә әmәk mеydаnınа çеvrilmәlidir. Müаsir dövrdә işi vә fәаliyyәtlәri cinsi lәzzәtlәrlә bir-birinә qаrışdırаn qәrb cәmiyyәtlәrinә hаkim оlаn sistеmlәrin әksinә оlаrаq İslаm istәyir ki, bu iki mühit bir-birindәn tаmаmilә аyrı оlsun.


Həzrət Ayətullah Xameneinin baxışında müsəlman qadının üstünlükləri:


Həzrət Ayətullah Xameneinin baxışında müsəlman qadının üstünlükləri: İnsanın mənəvi yüksəlişində əməl və rəftarlar böyük rol oynayır. Elə xanım Fatimeyi-Zəhranın (ə) gənc yaşlarında mənəviyyat və hikmətin ali dərəcələrinə yiyələnməsi məhz onun əməllərinin səmərəsi olmuşdur. Peyğəmbərin (s) əziz qızı atasının qəm şəriki, fədakar həyat yoldaşı və övladları üçün böyük tərbiyəçi idi. Bu xanım İmam Həsən (ə), İmam Hüseyn (ə) və xanım Zeynəb (s.ə) kimi şəxsiyyətlər yetişdirmişdir. O xanım Allaha ibadət etməklə imanını gücləndirdi, mənəviyyatını zənginləşdirdi və qəlbini İlahi nura qərq etdi. Həyatı boyu dünya bər-bəzəyindən və maddi ləzzətlərdən çəkindi. İslamın müdafiəsi, Peyğəmbər (s) və İmamı (ə) himayə etmək üçün cihad edən ən nümunəvi qadın idi.
-Hər bir müsəlman qadını elmə yiyələnmək, özünü tərbiyə etmək, mənəviyyatını saflaşdırmaq və zənginləşdirmək üçün səy göstərməli, dünya bər-bəzəyinə, cah-cəlalına əhəmiyyət verməməli, ismət və iffətlərini qorumalı, ailəsinin, övladlarının və həyat yoldaşının rahatlığını təmin etməli və öz isti qucağında sağlam düşüncəli və pak insanlar yetişdirməlidir. ...


Qadınlar ideal ərlərindən nəyi gözləyir?


Qadınlar ideal ərlərindən nəyi gözləyir? Hər hər bir kişi üçün ideal qadın o qadındır ki, ev işlərindən xəbəri var və onu ən gözəl şəkildə yerinə yetirə bilir. Bundan başqa hər axşam işdən evə gələndə dadlı şam yeməyi ilə yanaşı, isti ailə mühitini də hiss etmək istəyər.
Qadın isə arzu edir ki, həyat yoldaşı ona aşiq olsun və onu himayə etsin. O zaman ki, işdən evə gəlir, ona bir gül alsın və ya bir şirin söz desin.
Bu gün qadınların ideallıq meyarları dəyişmişdir. Belə ki, bu gün qadınlar evdən xaricdə çalışdıqları üçün ərlərindən gözləntiləri daha çoxdur. Onlar istəyir ki, ərləri onlara ev işlərini yerinə yetirməkdə yardım etsin. İndi kişilərin aldığı əmək haqqı bəzən evin ehtiyaclarını təmin etmədiyinə görə, qadınlar da çalışmağa məcbur olurlar. Belə olan zaman həm bayırda və həm də evdə ağır vəzifə altına girmək onları sarsıdır. ...


Yaxşı ana olmağın sirləri nələrdir?


Yaxşı ana olmağın sirləri nələrdir? Bir körpənin dünyaya gəlməsiylə ana da yenidən doğulmuş kimi olur.
Yaxşı ana olmaq bir qadının ən böyük istəklərindən biridir. Yaxşı ana olmağın 10 sirri sizə bu məsələdə köməkçi olacaq. Analıq çox çətin bir prosesdir, böyük məsuliyyət tələb edir, analıq dünyanın ən çətin sənətidir. Bunu heç bir zaman unutmayın: bir ananın uşağına verə biləcəyi ən əhəmiyyətli şey onu sevməsi və bunu hiss etdirməsidir. Yaxşı ana olmağın sirləri: 1-Sevginizi ifadə edin! 2-Ünsiyyət qurun 3-Onlara vaxt ayırın 4- Dəstək vacibdir 5-Yaxşı nümunə olun 6-Uşağınızın görüş və fikirlərinə hörmət edin 7-Səbrli olun 8-Məsuliyyət sahibi olun 9-Səhvlərini anlamalarına fürsət verin! 10-Özünüzü inkişaf etdirin. ...


Həyat yoldaşına sevginin əhəmiyyəti necə dəyərləndirilir?


Həyat yoldaşına sevginin əhəmiyyəti necə dəyərləndirilir? Ailə - ən mühüm ictimai mərkəzdir. Bu ictimai mərkəzi ərlə arvad təşkil edir. Övlad ilk olaraq burada tərbiyə görər və sonra isə cəmiyyət okeanına daxil olar. Əgər cəmiyyətə diqqətlə nəzər salsaq, görərik ki, ailə, ailə mədəniyyəti, ailə münasibətləri, ailə əxlaqı cəmiyyəti meydana gətirir. Heç bir şey ailənin yerini verə bilməz – nə məktəb, nə uşaq bağçası, nə ali məktəblər. Əgər ailə ocağı isti olarsa, əgər ailədə sevgi olarsa, cəmiyyətə təhvil verilən övladlar da gözəl və tərbiyəli olar. Əgər ailədə daima dava və səs-küy varsa, uşaqların gül varlığı solar və bu halda cəmiyyətə təhvil verilmiş olarlar. (Tebyan) Müqəddiməmizincə sonra belə bir nəticəyə gəlirik ki, İnsanın sönməz ehtiyacı olan rahat yaşamasına səbəb olan evlilikdən gələn aramlıq heç bir dünya varlıqlarında tapmaq mümkün deyildir. Bu məzmunun İlah ayədən anlayırıq ki, buyurur: Onların yanında aramlıq tapasınız deyə sizin üçün (mələklərdən, cinlərdən və başqa məxluqlardan deyil) öz cinsinizdən zövcələr yaratmağı və sizin aranızda (ər-arvadın, yaxud insanların arasında) dostluq əlaqəsi, batini mehr-məhəbbət yaratması onun nişanələrindəndir, həqiqətən, bunda düşünən bir qövm üçün (Allahın tovhidi, qüdrəti və hikmətinə dair) nişanələr vardır”. (“Rum” 21).


Ər-arvadın bİr-bİrİnİn lİbası olması nə məna daşıyır?


“Onlar sizin üçün libasdırlar və siz onlar üçün libassınız” (“Bəqərə” 187).
Ərlə arvadın bir-birinin üzərində haqqı vardır. Allah Təala qadınları kişilərin və kişiləri də qadınların libası qərar vermişdir. Kişinin həyat yoldaşına diqqət etməsi o məsələlərdəndir ki, İslam dini ona böyük əhəmiyyət verir.


HİCAB ALLAHIN HAQQIDIR YOXSA İNSANIN?


Tanınmış İslam alimi Ayətullah Cavadi Amuli hicab barəsində bunları deyir:
\"Qadınlar bunu tam formada dərk etməlidirlər ki, hicab yalnız onun özünə, həyat yoldaşına və ya ailəsinə məxsus olan bir məsələ deyil ki, “mən öz haqqımdan keçirəm” və ya “mən ailəmin hicabsız olmağına razıyam” deyərək bu haqqdan boyun qaçırtsın.r. İstəsəkdə istəməsəkdə bu belədir.\"


Nə edək kİ, övladımız əməlİsaleh olsun?


Uşaqlarımızın ilk tərbiyə aldığı məktəb - ailə məktəbidir. Bizim ilk müəllimimiz isə ata və anamızdır. Bu məktəbdə valideynlərin agahlığı və ya nadanlığı nəticəsində istedadlar üzə çıxar və yaxud da, əksinə - bəzi qabiliyyətlər viran olar. Valideyn o zaman yaxşı müəllim sayılar ki, övladına şərafət və fəzilət dərsi verər. Onları dini təlimlər əsasında böyüdər və yetişdirər.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter