ALLAH YOLUNDA İKƏN KİMSƏNİN MƏZƏMMƏT VƏ QINAĞINA BAXMA...


-- Dinini yaxşı öyrən... İnsanın seçiminə ictimai rəy böyük təsir göstərir. Onun qərarında xalqın münasibəti mühüm rol oynayır. Məsələn, bəzən insan yalnız başqalarının diqqətini cəlb etmək, “əhsən” qazanmaq üçün meydana atılır. Afərinlər onu işə daha da həvəsləndirir. Eləcə də, yalnız xalq bəyənmədiyi üçün müəyyən işlər tərk olunur. Bəs həqiqət haradadır? İnsan hansı yolu seçməlidir? İnsan vəzifəsini, yoxsa xalqın bəyəndiyi işi yerinə yetirməlidir? Bəzən insan agah şəkildə hər hansı bir işi özü üçün vəzifə seçir. Amma ailə üzvləri bu işi bəyənmir, müqavimət göstərirlər. Bu halda vəzifə nədir? İnsan hansı həddə müqavimət göstərməlidir? Qurani-Kərimdə bu məsələ ilə bağlı buyurulur: “Ey iman gətirənlər, hər kəs dinindən dönsə, Allah elə bir tayfa gətirər ki, Allah onları, onlar da Allahı sevərlər. Onlar möminlərlə mülayim, kafirlərlə sərt olarlar. Allah yolunda vuruşar və heç kəsin tənəsindən qorxmazlar.” (Maidə-54.) Uyğun təbirlə İmam Əmirəlmöminin Əlinin (ə) oğlu İmam Həsənə (ə) vəsiyyətnaməsində də rastlaşırıq. Həzrət buyurur: “Allah yolunda lazımınca cihad et, Allah yolunda ikən kimsənin məzəmmətinə baxma, haqqa doğru hərəkətin çətin vaxtı harada olsa, meydana gir, dini yaxşı öyrən, özünə xoşagəlməz işlər qarşısında dözümlü olmağı vərdiş ver ki, haqq uğrunda dözümlülük çox gözəl xasiyyətdir.” (“Nəhcül-bəlağə”, məktub 31.)


Allahın bizdən razı olmasını bilmək üçün hansı ölçülərlər tanımaq olar?!


GÖRƏSƏN, ALLAH BİZDƏN RAZIDIR!!
Bir nəfər elə bu sualı İmam Baqirdən (ə) soruşduqda, o həzrət sualın cavabında belə buyurdu: “Öz qəlbinə müraciət et, gör Allahın dostlarını sevirsənmi? Əgər qəlbində Allah dostlarına yer ayırıbsansa, bil ki, Allah səni sevir və səndən razıdır.” (“Üsuli-kafi”, 2-ci cild, səh.126, “Hubbullah” bölümü.)
Ümumiyyətlə, “Allahın öz bəndələrinə sevgisinin əlaməti nədir?” – sualının cavabında deyə bilərik ki, Allahın Öz bəndələrinə sevgisinin çoxlu əlaməti ola bilər və onların ruhi-psixoloji halətləri ilahi sevginin göstəricisidir. Həqiqət odur ki, biz insanların birinə məhəbbəti olmasa, həmin şəxsin görüşünə getmərik, onu qonaq çağırmarıq, onunla danışmaqdan çəkinərik, ona məktub yazmaz və telefon vasitəsilə əlaqə qurmarıq. Bizim bu sayaq rəftarlarımız qarşı tərəfə daxili hisslərimizin göstəricisidir. Buna əsasən, bu kiçik müqayisə ilə Allahın bizə olan məhəbbət və sevgisini başa düşmək asanlaşır...


Məsumların (ə) elmini kimlər diri saxlayar?


İmam Rza (ə) buyurur: “Allah rəhmət etsin o bəndəyə ki, bizim əmrlərimizi dirildər”. Hədisi nəql edən soruşur: “Sizin əmrləri necə dirildər?”. Həzrət (ə) buyurur: “Bizim elmimizi öyrənər və insanlara öyrədər. Əgər insanlar bizim kəlamlarımızın gözəlliyini bilsələr, bizim ardımızca gedərlər”.
İmam Həsən Əsgəri (ə) Həzrət Peyğəmbərdən (s) nəql edir ki, buyurub: “Bizim ardıçıllarımızdan hər kim bizim elmimizə vaqif olar, cahili hidayət edər, dinimizi ona öyrədər - behiştdə bizimlə bir yerdə olar”.
İmam Baqir (ə) buyurur: “Din elmini öyrənən zaman bir-birinizi qabaqlayın. Allaha and olsun ki, düz danışan insandan haram və halalla bağlı öyrəndiyiniz hədis dünyadan və onun qızıl və gümüşündən yaxşıdır. Bu, həmin Allahın kəlamıdır. “Bizim Rəsulumuz sizə nə verirsə (hökmlər, maarif və malları) götürün və sizə nəyi qadağan edirsə ondan əl çəkin. Allahdan qorxun ki, Allah şiddətli cəza verəndir”. (“Həşr” 7).


\"Əldə etdiylərimi bu iki şeyə borcluyam” – Qazi Təbatəbai nələri nəzərdə tutur?!


Əllamə bir çox əsərlərin müəllifi, görkəmli alimlərin müəllimi olmuşdur. O cümlədən Seyyid Məhəmməd Hüsey Təbatəbai, Məhəmməd Behcət, Ayətullah Kəşmiri və bu kimi böyük şəxsiyyətlər bu alimin şagirdi olmuş, ondan bəhrələnmişlər. Seyyid Qazi əldə etdiyi elm və bütün mənəvi məqamları iki şeyə borclu olduğunu yazır. Əllamə Təbatəbai ustadı Seyyid Qazini barədə xatirələrində deyir: “Seyyid Əli Qazi Təbatəbai deyir: Əgər mən bir yerə yetişdimsə, Quran və Seyyiduş-şühədaya (İmam Hüseyn.ə) təvəssül etməklə yetişdim.” - Qurani Kərim Allahın elm və mənəviyat qaynağı, İmam Hüseyn (ə) isə Allahın insanlar üçün təyin etdiyi uca məqamlı İmamdır. Bunlar hər ikisi Allaha yaxınlaşmaq üçün ən yaxşı vəsilədir: “Ey iman gətirənlər! Allahdan qorxun, Ona vəsilə (yol) axtarın. (Allah) yolunda cihad edin ki, nicat tapasınız!” (Maidə-35)


Şeytan (lən) hansı günahları birinci varlıq olaraq etmişdir?!


- Şeytan Allah dərgahında ilk təkəbbür edən varlıq olmuş və Xaliqin əmrinə əməl etməmişdir.
- Allaha ilk günah edən kəs olmuşdur və aşkar şəkildə Onunla müxalifətlik etmişdir.
- Allaha etiaz edən ilk kəs olmuşdur.
- İlk yalan danışan kəs olmuşdu və demişdi: “Allah bu ağacdan yeməməyinizi ona görə demişdi ki, bu ağac cavidanlıq ağacıdır və əgər kimsə ondan yesə, əbədi sağ qalacaqdır və Allaha şərik olacaqdır”.
- Yalandan and içən ilk kəs olmuşdur və demişdir: “Mən sizə nəsihət verirəm”.
- Namaz qılan ilk kəs olmuşdur ki, bir rükəti 4 min il vaxt çəkmişdir...


Nə baş verir ki, şeytan (lən) insana hakim olur? İmam Əlinin (ə) izahı


Əmirəl-Möminin Həzrət Əli (ə) “Nəhcul-bəlağə”də bu suala belə cavab vermişdir: “Bir çoxları şeytanı öz rəhbərləri qərar veriblər. O, da onlara tələ düzəltmişdir. Sinələrində yer tutmuş və yanlarında böyümüşdür. Ona görə də o şeyi ki, görürsünüz – şeytan onlara təlqin etmişdir. O şeyi ki, deyirlər – şeytanın sözüdür”.
Ayətullah Cavadi Amuli İmam Əlinin (ə) bu kəlamının mənasında buyurmuşdur: “Şeytan əvvəl insanı aldadır, yavaş-yavaş qəlb hərəminə daxil olur. O zaman ki, insan qəlbini şeytan üçün açar, bu zaman şeytanın ona əhatəsi əmələ gələr. Bu yolla şeytan insan qəlbinə toxumlarını qoyar. Sonra bu toxumlardan şeytan cücələri çıxar. Bu şeytan cücələri insanların qəlbində böyüməyə başlayar. Bu halda olan insan yolunu doğru tərəfə çevirmək istəsə də, bacarmayacaqdır. Çünki şeytan gəlmiş və yuva qurmuşdur. Toxumlarını səpmiş və cücələrini çıxardıb böyütmüşdür. Bu cücələr bizim etdiyimiz günahlarla qidalanar. Nəhayət, insanın üzərində hakimiyyəti əlinə alar və bədən sahibini əsir edər.


Ayətullah Behcət (r) günahkarın aqibətinin necə olacağı haqda nə buyurmuşdu?!


Mərhum Ayətullah Behcət buyurur: “İmam Rzadan (ə) nəql edilir ki, buyurub: “Allahın rəhmətdən ümidsizlik günahı – ən çox günahlardandır ki, insan (ona) düçar olar”.
Əgər günah edən zaman özümüzü saxlamasaq, halımız İlahi ayələri inkar etməyə, istehza etməyə və ya o yerə gəlib çatar ki, Allahın rəhmətindən ümidsiz olarıq. Baxmayaraq ki, hər günahkar üçün aydındır ki, İlahi rəhmətdən xaric olmuşdur. Qiyamət günü Allah (Təala) hər kəsə rəhmətini elə açacaqdır ki, hətta İblis (lən) Allahın rəhmətinə tamah edəcəkdir. Ömər Sədə Seyyidi-şühədanın (ə) qətlində nə vədələr vermişdilər. Ancaq o, nə şahlığa çatdı, nə də Rey mülkünə. Allaha pənah aparıram. İnsan gərək özünü nə qədər və hansı tərəfdən qorusun ki, aqibəti xeyirli ola bilsin”.


Pulla olmayan sədəqənin 7 növü hansı əməllərlədir?!


Hər birimiz hər gün elə xeyir işlər yerinə yetiririk dinimizin nəzərinə görə onlar da sədəqə hesab olunur. O cümlədən:
1-Hər bir xeyir iş. Həzrət Peyğəmbər (s) buyurur: “Hər bir yaxşı iş – sədəqədir. O kəs ki, xeyir işə yol göstərər, o kəs kimi olar ki, onu yerinə yetirər. Allah çarəsizlərin çətiliklərini aradan qaldırmaq üçün yardım etməyi sevir”.
2. Şəri tərk etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Pisliyi və şəri yerinə yetirməmək – sədəqədir”.
3. Özün üçün sədəqə. Həzrət Peyğəmbər (s) buyurur: “Dilini saxla, çünki dili büdrəmədən qorumaq – sədəqədir ki, onu öz salamatlığın üçün yerinə yetirirsən”.
4. Gözəl danışıq. Həzrət Peyğəmbər (s) buyurur: “Pakizə söz – sədəqədir və həmçinin namazı yerinə yetirmək üçün atdığınız hər addım – sədəqədir”...


“Yasin” surəsini oxumağın hansı 3 gizli təsirləri vardır?!


Yasin surəsini oxumağın üç gzili təsirləri :
1. Bu surə saliki fəal edər. İnsan elə bir məxluqdur ki, Allah onun fitrətinə çox sayda istedadlar qoymuşdur. Əgər bu istedadları feiliyyət halına sala bilərsə, o zaman daha çox irəli gedə bilər. Quranın surələrinin də özünəməxsus sirləri vardır və onların təsir qüvvəsi çox böyükdür. Zahirdə biz onu hiss etməsək də, batində o, öz işini görər. Oxuduğumuz bu surə təsirlərini ruhumuzda göstərər. Bu səbəbdəndir ki, “Yasin” surəsini Quranın qəlbi adlandırırlar.
2. İbadət əməllərinin savabının artmasına səbəb olar. İslam dini hər bir ibadət üçün müəyyən savab və əcrlər təyin etmişdir. Bəzən bir ibadətin savabını başqalarının vasitəsilə artırmaq olar. Misal üçün, namazqılan insan Quran oxuyaraq, savabını daha da artıra bilər. Məscid elə bir yerdir ki, ancaq onun daxilində qılınan konkret namazların savabını artıra bilər, ancaq ondan xaricdə edilən digər əməllərə məscidin təsiri olmaz. Ancaq hədislərimiz buyurur ki, “Yasin” surəsini oxumaq bütün ibadətlərə təsir qoyar və onların savabını artırar.
3. İbadi yüksəlməni sürətləndirər. “Yasin” surəsi elə bir maşına bənzəyir ki, insanın bir saatda gedə biləcəyi yolu on dəqiqəyə qədər qısaldar və insanı məqsədinə tez çatdırar.


İslam Peyğəmbərinin (s) hədisinə əsasən dindarlığın ölçüsü nə ilədir?!


İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا إِلَيٰ صِدْقِ الْحَدِيثِ وَ أَدَاءِ الْأَمَانَةِ
“İnsanların imanını qıldıqları namaz, tutduqları oruc, getdikləri həcc, etdikləri ehsan və gecələri oyaq qalmalarının sayı ilə yox, doğru danışıqları və əmanətdarlıqları ilə qiymətləndirin!” (“Mizanul-hikmət”, 1-ci cild, səh.344, fəsil 300, hədis 1490.)
“Biz bəzilərinə iman gətirir, bəzilərinə isə kafir oluruq!” – ayəsinin (“Nisa”/150) şərhində belə bir sual ortaya çıxır: “Nə üçün Allah-Taala İsrail oğullarını bu sözə görə danlayır? Halbuki onların “Biz bəzilərinə kafir oluruq” deməsi pis və qınağa layiq olsa da, “Bəzilərinə iman gətiririk!” isə yaxşı əməldir!


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter