Namazda səcdələrin sayını unudan adam nə etməlidir?


Namazda səcdələrin sayını unudan adam nə etməlidir? Cavab: Əvvəla, hər şeydən əvvəl insan namazda diqqətli olmağa çalışmalıdır. Unutmamalıdır ki, namazın keyfiyyəti, Allah yanında dəyəri və qəbul olma şərti qəlbin də namazda iştirak etməsinə bağlıdır. Amma bəzi insanlarda diqqətsizlik və huşsuzluq xəstəlik halını almışdır və onların səcdələri sayması çətindir. Xüsusilə, yaşlı şəxslərdə bu hal daha çox baş verir. Belə olan halda səcdələrin sayını bilmək üçün namazı pozmayan bəzi əlavə köməkçi vasitələrdən istifadə etmək olar. Məsələn, dini mağazalarda səcdənin sayını göstərən möhürlər satılır. Həmin möhürün üstünə alın qoyulanda sayğac bunu qeydə alır. Təsbüh vasitəsilə də səcdələrin sayını yadda saxlamaq olar. Məsələn, birinci rükətin səcdələrindən sonra təsbehi bir dəfə qatlamaq, ikinci rükətin səcdələrindən sonra daha bir dəfə də qatlamaq və s...


Hansı quşların ətini yemək olar, hansıların ətini yemək olmaz?


Hansı quşların ətini yemək olar, hansıların ətini yemək olmaz? Cavab: Hansı heyvanların, quşların və balıqların ətini yeməyin halal olması barədə şəriət kitablarında məlumat verilir. Ümumi şəkildə nəzərə almaq lazımdır ki, havada süzməsi qanad çalmasından çox olan quşların əti haramdır. Məsələn, qartal, şahin, bayquş kimi quşlar havada bir-iki dəfə qanad çaldıqdan sonra xeyli məsafədə süzə bilirlər. Amma əti halal olan quşun qanad çalması süzməsindən çoxdur. Eləcə də, yırtıcı quşların əti yeyilməz.


Tapılmış malla necə rəftar etmək lazımdır?


Tapılmış malla necə rəftar etmək lazımdır? Cavab: Əgər tapılmış malın nişanəsi yoxdursa, vacib ehtiyata əsasən sahibi tərəfindən sədəqə vermək lazımdır. Nişanəsi olan malın sahibi tapıldıqda dəyərindən asılı olmayaraq ona qaytarılmalıdır. Amma sahibi tapılmadıqda malın qiyməti on ikidə altı noxud gümüş sikkəsindən ucuzdursa, onu götürmək olar. Qiyməti on ikidə altı noxud gümüş sikkəsindən baha olan malı isə sahibi tərəfindən sədəqə vermək lazımdır.
Sual Bir şəxs tapılmış mala sahib durursa, malı ona vermək olarmı?
Cavab: Əgər həmin şəxs malın nişanələrini deyirsə, malı ona vermək lazımdır. Amma həmin şəxsdən diqqəti cəlb etməyən nişanələri tələb etmək olmaz.


Namazı batil edən əməllər hansılardır?


Namazı batil edən əməllər hansılardır? On iki şey namazı batil edər və onlara «mubtilat» deyilir:
1. Namazın əsnasında onun şərtlərindən biri pozulsun. Məsələn, namaz əsnasında başa düşsə ki, libası nəcisdir.
2. Namazda ikən qəsdən, səhvən və ya çarəsizlikdən dəstəmaz və ya qüslü batil edən bir şeylə qarşılaşarsa; məsələn, ondan bövl gələrsə namazı batil olur...
3. Təvazö və ədəb qəsdilə əlləri bir-birinin üzərinə qoymaq da namazı batil edənlərdir. Amma namazın bu işlə batil olması ehtiyata əsasəndir.
4. Namazı batil edən növbəti şey, Həmdi oxuyandan sonra «Amin» deməkdir. Bunun namazı batil etməyi, mə`mumdan başqasında ehtiyata əsasəndir...


İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı?


İçki ilə bağlı olan idarələrdə (məsələn, mağaza, restoran və s.) işləmək olarmı? Cavab: Alkoqollu içkilər İslamda qəti qadağandır. İçki o qədər mənfur şeydir ki, onunla bağlı olan hər bir əməl günah sayılır. İçki hazırlamaq məqsədilə üzüm əkmək, o üzümü becərmək, yığmaq, şirəsini sıxmaq, şərab hazırlamaq, qablara doldurmaq, daşımaq, satmaq, satdırmaq, almaq, içmək – bütnü bu işlər haramdır və lənətə layiqdir. İçki ilə bağlı idarələrə gəlincə, əgər bir idarənin işi yalnız alkoqollu içki üzərində qurulubsa, orda işləmək olmaz (məsələn, şərab zavodu, şərab mağazası kimi yerlərdə). Bir idarənin işi yalnız içki üzərində qurulmayıbsa, amma işinin bir sahəsi içki ilə bağlıdırsa, içki ilə bilavasitə bağlı olmayan sahələrdə işləmək günah deyil. Yəni məsələn, mağazanın bir şöbəsində içki satılırsa, başqa şöbədə işləmək icazəlidir. Amma əlbəttə ki, daha yaxşı olar, imkan daxilində dindar şəxs bu cür idarələrdən bütünlükdə uzaq olsun və özünə halal bir iş yeri tapsın.


Kişi öz həyat yoldaşına evdə namaz qılmağı qadağan edə bilərmi?


Cavab: Xeyr, bunu edə bilməz. Əvvəla, qadın da ailənin bir üzvüdür, evdən istifadə etmək hüququna malikdir. İkincisi, namaz qılmaq bəndənin Allah qarşısında vacib borcudur və başqa bir bəndənin bunu ona qadağan etməyə haqqı yoxdur; bu, bəşər səlahiyyətindən üstün olan bir məsələdir. Üçüncüsü, ailələrdə müşahidə edilən hallar bunu göstərir ki, adətən, kişilərin narazılığı öz həyat yoldaşının evdə namaz qılmasına deyil, ümumiyyətlə namaz qılmasına qarşı yönəlmiş olur. Əgər kişi öz həyat yoldaşına evdə namaz qılmağa icazə verməsə, bu halda onun evdən kənarda vacib namazları qılmasına mütləq icazə verməlidir...


Şəriət baxımından niyyət edib minbər altında keçmək nə qədər düzgündür?


Cavab: Minbər məscidin ən mübarək yerlərindən biridir. Minbər məsumlardan yadigar qalmış xitab yeridir. Böyük alimlər minbərdən xütbə oxuyur, insanlara halal-haramı başa salırlar. Eləcə də, ələm Kərbəla bayraqdarı Həzrət Abbasın (ə) yadigarı və simvolu sayılır. Amma bunlar əsas vermir ki, minbərlə, ələmlə bağlı mövhumat və xurafatlar edilsin. Minbərin altından (bəzən hətta iməkləyərək) keçmək, minbərə qara bağlamaq, ələmdən dəsmallar asmaq mövhumatdır. Bütün bunların dinlə əlaqəsi yoxdur. Xüsusilə, bəzən qadınların məscidə girib kişilərin gözü qabağında əyilib minbərin altından keçmələri, ağlayıb-sızlamaları yolverilməzdir.


Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?


Qəza namazlarını tez qılıb qurtarmaq üçün cəfəri məzhəbinə uyğun namazı ən qısa şəkildə necə qılmaq olar?Cavab: Namaz əməllərinin bir qismi vacib, bir qismi də müstəhəbdir. Müstəhəb əməlləri etməmək də olar, buna görə insana günah yazılmaz. Hətta vaxt darlığı üzündən və ya başqa üzürlü səbəbdən müstəhəbbatı tərk etmək daha yaxşıdır. Müstəhəb əməllərsiz namaz bu şəkildə qılına bilər: Niyyət. Təkbirətül-ehram. Fatihə və qısa surə. Rüku (3 dəfə “Sübhanallah” söyləmək kifayətdir). Səcdələr. Yerindən asılı olaraq təşəhhüd və salam (üçüncü salamı söyləmək kifayətdir). Qünut tutmaq, rüku və səcdədə artıq zikrlər və salavat söyləmək, rüku və səcdələrdən qaxandan sonra zikr söyləmək, 3 salam vermək müstəhəbdir. Tələsən və ya çoxlu qəza namazı qılan adam bunları etməsə də olar.


Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?


Namazda gözləri sağa-sola yönəldib ətrafa baxmaq olarmı?Cavab: Namazda bədəni və başı qiblədən kənara döndərmək namazı batil edər. Bu istər qəsdən olsun, istərsə də bilməyərəkdən, fərqi yoxdur. Başı qiblədən döndərmədən gözləri dolandırmaq və ətrafa nəzər salmaq namazı batil etməz. Amma bu hərəkət məkruhdur, yəni namazın savabını azaldar. Ehtiyac olmadan, sadəcə maraq xatirinə gözləri sağa-sola yönəltmək namaza qarşı hörmətsizlik kimidir. Namaz qılan şəxs bacardıqca diqqətini öz ibadətinə yönəltməli və artıq hərəkətlərdən çəkinməlidir. Əlbəttə, zərurət halında, məsələn hər hansı təhlükəni qiymətləndirmək üçün qiblədən dönmədən kənara baxmaq məkruh sayılmaz.


Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?


Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?Cavab: Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi və vacib fərq yoxdur. Mövcud fərqlər də ya müstəhəb xarakter daşıyır, ya da yerli adət-ənənəyə bağlıdır. Məsələn, el adətincə, qadınların qəbrini kişilərə nisbətən daha dərin qazırlar. Bu da qadının naməhrəmlik dərəcəsinin daha çox olması ilə əlaqədardır, yəni hər hansı səbəb (sel sularının torpağı yuması, heyvanların qəbri eşməsi və s.) üzündən qəbrin üst örtüyünün daha gec dağılması üçün belə edirlər. Qadının kəfənlənməsində də bəzi müstəhəb qaydalar vardır; belə ki, qadın cənazəsini kişiyə nisbətən daha çox parçaya bükmək müstəhəbdir. Qadını qəbrə qoyan şəxs də ona məhrəm olanların içindən seçilir. Qadın cənazəsini qəbrə qoyarkən və təlqin oxuyarkən məzarın üstünü parça ilə örtüb kənarlarını torpağa sıxırlar ki, naməhrəmlər cənazəni görməsinlər. Bir daha təkrar edirik ki, bunların hamısı müstəhəb qaydalardır.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter