Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi fərq varmı?


Cavab: Qadınla kişinin dəfn mərasimində hər hansı ciddi və vacib fərq yoxdur. Mövcud fərqlər də ya müstəhəb xarakter daşıyır, ya da yerli adət-ənənəyə bağlıdır. Məsələn, el adətincə, qadınların qəbrini kişilərə nisbətən daha dərin qazırlar. Bu da qadının naməhrəmlik dərəcəsinin daha çox olması ilə əlaqədardır, yəni hər hansı səbəb (sel sularının torpağı yuması, heyvanların qəbri eşməsi və s.) üzündən qəbrin üst örtüyünün daha gec dağılması üçün belə edirlər. Qadının kəfənlənməsində də bəzi müstəhəb qaydalar vardır; belə ki, qadın cənazəsini kişiyə nisbətən daha çox parçaya bükmək müstəhəbdir. Qadını qəbrə qoyan şəxs də ona məhrəm olanların içindən seçilir. Qadın cənazəsini qəbrə qoyarkən və təlqin oxuyarkən məzarın üstünü parça ilə örtüb kənarlarını torpağa sıxırlar ki, naməhrəmlər cənazəni görməsinlər. Bir daha təkrar edirik ki, bunların hamısı müstəhəb qaydalardır./ixlas.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter