Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?


Müstəhəb əməlləri qadağan etdiyi halda valideynə itaət vacibdirmi?... Müstəhəb əməllərə gəlincə isə valideynin icazəsi nəzərə alınmalı, onların icazəsinə uyğun davranmaq tövsiyə olunur. Bu kimi müstəhəb əməllərdə valideynlərdən icazə almağın vacibliyinə gəlincə isə “hawzahnews.com” xəbər saytı Ayətullah Seyyid Muhəmməd Həkimin dəftərxanasına sual ünvanlayıb: Sual: Əgər valideynlər övladlarının müstəhəb əməllərin icrasına narazı olarlarsa, onlara itaət etmək vacibdirmi?
Cavab: Evdə səfa-səmimiyyət, xoş yaşam ona bağlıdırsa bu miqdar icazə vacibdir. Həmçinin Ayətullah Məkarim Şirazi buyurub:
“Bu kimi işlərdə onlarla muxalifətçilik etmək onların əziyyətə düşməsinə səbəb olarsa gərək müxalifət edilməsin. Müstəhəb əməllərdə valideynlərə tabe olmamaq onların əziyyətə düşməsinə səbəb olarsa, gərək onların sözü önə keçsin. Bu halda (müstəhəb əməllərdə) onların sözü vacib olur.”


Namaz qılmayan insan kafir olurmu?


Namaz qılmayan insan kafir olurmu?Kafir - o kəsdir ki, Allahın varlığını, ya Qiyamət gününü, ya peyğəmbərlərin (ə) risalətini, ya da dini zərurətlərindən birini inkar edər. Bu cür insan dinin nəzərində xüsusi hökmlərə malikdir. Lakin insan əgər namaz qılmırsa, kafir sayılmaz. O zaman kafir sayılar ki, bilərəkdən və agah şəkildə bu vacibatı inkar edər, onu tərk edər. Lakin o insan ki, cahil və ya tənbəl olduğu üçün namazı qılmaz və ya tərk edər - kafir deyildir. Gərək tövbə edib bu vacibatı yenidən yerinə yetirsin. Belə ki, Ayətullahül-üzma Xameneyi buyurur: “Namazı, orucu və başqa vacibatları tərk etmək müsəlmanın kafir və nəcis olması demək deyildir. O zamana qədər ki, kafirliyi sübut olmayıb, başqa müsəlmanların hökmündə sayılır”...


Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı?


Ayaq və ayaqqabının altını təkcə torpaq üzərində yeriməklə paklamaq olar yoxsa asfalt, çəmənlik və s. kimi zəminlərdə də yeriməklə paklanarmı? Cavab 1: Yerin səthi torpaq, daş, kərpic və bu qəbildən olan şeylər olmalıdır. Buna əsasən, xalça, həsir, ot və bu kimi şeylərin üzərində yeriməklə nəcasətli ayaq və ayaqqabı altı pak olmur. Vacib ehtiyata əsasən, nəcasətli ayaq və ayaqqabı altı asfaltın üzərində və taxta döşəmənin üstündə yeriməklə, həmçinin,divara sürtməklə pak olmur. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.177-178 Cavab 2: Yerin torpaq, daş, kərpic və ya beton olması lazımdır. Xalça, həsir, çəmənlik üzərində yeriməklə ayaqqabının və ya ayağın altı paklanmaz... Ayətullahul-uzma Şeyx Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.200-201


Nə üçün məscidlərə ehtiram göstərilir?


Nə üçün məscidlərə ehtiram göstərilir? İmam Sadiqdən (ə) soruşdular: Məscidlərin əzəmətli tutulmasının illəti nədir? Həzrət buyurdu, Allah məscidlərin əzəmətli tutulmasını ona görə əmr etmişdir ki, onlar yer üzərində Allahın evləri olsun. Habelə həzrət Əbu Abdullahın (ə) belə buyurduğu nəql olunmuşdur: Tövratda yazılmışdır: Mənim evlərim yer üzərində məscidlər olar. Buna görə də, xoş olsun o kəsin halına ki, evində özünü pak və pakizə etmiş olsun. Sonra isə Məni Öz evimdə ziyarət etsin. Ziyarət olunanın haqqı isə odur ki, ziyarət edənə ikram etsin...


\"Allah\" yazılmış boyunbağıdan istifadə etməyin hökmü nədir?


"Allah" yazılmış boyunbağıdan istifadə etməyin hökmü nədir? ...Məsələ boyunbağıdan istifadə etməklə bağlıdır. Bədənin onunla təmasından söz getmir. Qadağan olunan təkcə ona təharətsiz toxunmaqdır. İstifadə etmək deyil. Buna əsasən, əgər bir nəfər libasının üzərindən taxsa, təharətsiz olsa belə, bir problemi yoxdur. Çünki bədənə toxunmur. Yaxud indi elə boyunbağılar hazırlanır ki, “Ləfzi-Cəlalə” plastmas, yaxud şüşəyə yapışdırılmış olur. Bu halda da toxunmağın maneəsi yoxdur. Lakin yazının əslinə təharətsiz toxunulmamalıdır.


Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı?


Namazda salam vermək, verilən salamın cavabını almaq olarmı? Cavab: Namaz əsnasında insan kiməsə salam verməməlidir. Əgər bir başqası ona salam versə, gərək “salam” kəlməsi öndə tutulmalıdır. Məsələn, “Əssəlamu əleykum”, yaxud “Səlamun əleykum” deməlidir, daha “Əleykum səlam” deməməlidir.
İnsan – istər namaz olsun, yaxud namaz olmasın, dərhal salamın cavabını verməlidir. Əgər qəsdən, yaxud unutqanlıq üzündən salamın cavabını bir qədər uzatsa, belə ki, cavabı verdiyi halda artıq həmin salamın cavabı sayılmazsa, namazda olduğu halda cavab verməməlidir. Namazda olmasa, daha cavab vermək vacib deyil.


Həkimin təyin etdiyi nəcis şeylərlə müalicə olunmaq icazəlidirmi?


Həkimin təyin etdiyi nəcis şeylərlə müalicə olunmaq icazəlidirmi? Cavab: Nəcasətlər bədənə, libasa və ya başqa nəyə isə dəyəndə, oranı pak etmək lazımdır. Nəcasətləri yemək və içmək qəti surətdə haramdır. Xüsusi hallar, yəni susuzluqdan ya acından ölmək halları istisna olunur. İmamlarımız buyurmuşlar ki, şərab dərman deyil, dərddir. Əgər həkim hər hansı nəcasəti, məsələn, araq və ya donuz piyini dərman kimi təyin edibsə, ondan alternativ müalicə tələb etmək lazımdır. Çünki hər xəstəliyi bir neçə yolla müalicə etmək olar. Nəcasəti bədənə sürtməyə gəlincə, əgər zərurət tələb edirsə, bunu etmək olar. Amma sonra bulaşmış yeri yuyub pak etmək lazımdır.


Yetkinlik yaşına çatmayan uşağın namaz qılması icazəlidirmi?


Yetkinlik yaşına çatmayan uşağın namaz qılması icazəlidirmi? ... İnsan yalnız yetkinlik yaşına çatdıqdan sonra ibadətlərinə görə cavabdehdir. Yetkinlik yaşından sonra insanın hansı ibadətinin batil, hansının düzgün olduğu Allah dərgahında hesablanır. Buna kimi edilən ibadətlərdə hər hansı natamamlıq və yanlışlıq olsa da, insana günah gətirmir, əksinə, ibadətə həvəs göstərdiyinə görə ona savab yazılır. Balaca uşaq hətta dəstəmaz və ya namaz əməllərindən hansı birini düzgün yerinə yetirə bilmirsə, imkan yaratmaq lazımdır ki, bacardığı kimi icra etsin və tədricən həmin nöqsanı aradan qaldırsın.


Dəstəmaz zamanı başa məsh etdikdən sonra əldə yaşlıq qalmasa, ayağa məsh etmək üçün nə etmək lazımdır?


Dəstəmaz zamanı başa məsh etdikdən sonra əldə yaşlıq qalmasa, ayağa məsh etmək üçün nə etmək lazımdır? Cavab 1: Əgər əldə məsh etmək üçün nəmlik qalmayıbsa, nəmliyi qaşlarından və ya saqqalından götürüb məsh etməlidir. Ayətullahul-uzma Seyid Əli Xameneyi, \"Müqayisəli fətvalar\", dəstəmaz fəsli
Cavab 2: Gərək öz saqqalının yaşlığından götürüb onunla məsh etsin. Saqqaldan qeyri yerdən yaşlıq götürüb onunla məsh etmək işkallıdır. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət hökmləri\",məs.256
Cavab 3: Əgər əldəki rütubət qurusa, onu başqa üzvlərdəki dəstəmaz suyu ilə isladıb məsh çəkmək olar. Ayətullah Məkarim Şirazi, \"Şəriət hökmlərinin izahı\",məs.276


Namazda rəkətlərin sayında səhvi düzəltmək üçün ehtiyat namazını necə qılmaq lazımdır?


Namazda rəkətlərin sayında səhvi düzəltmək üçün ehtiyat namazını necə qılmaq lazımdır? Cavab: Ehtiyat namazı üzərinə vacib olan şəxs, namazın salamından sonra gərək dərhal ehtiyat namazı niyyəti edib, təkbir desin, Həmd oxusun və rükuya getsin, sonra iki səcdə etsin. Əgər ona bir rükət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd oxuyub salam versin, əgər iki rük`ət ehtiyat namazı ona vacib olsa, iki səcdədən sonra daha bir rükət, birinci rükət kimi yerinə yetirsin və sonra təşəhhüd və salam desin. Ehtiyat namazının surə və qunutu yoxdur. Lazım ehtiyata əsasən, onun Həmdini səssiz oxumalıdır. Onun niyyətini dillə söyləməməlidir. Onun «Bismillah»ını da səssiz söyləmək ehtiyat-müstəhəbdir. Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət məsələləri\",məs.1202-1203


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter