\"Allah\" yazılmış boyunbağıdan istifadə etməyin hökmü nədir?


Allahın adlarından biri üzərində yazılan boyunbağıdan istifadə etmək olarmı?

Ayətullah Xomeyni, Behcət, Xamenei, Safi, Nuri cənabları: Ondan istifadənin bir maneəsi yoxdur. Ancaq təharətsiz ona məss etməsinlər.

Ayətullah Təbrizi, Sistani, Məkarim, Vəhid cənabları: Ondan istifadə etməyin maneəsi yoxdur. Ancaq vacib ehtiyata əsasən, “Allah” adına dəstəmazsız məss etmək caiz deyil.

Ayətullah Fazil: Ondan istəfadə etməyin maneəsi yoxdur. Ancaq üstün odur ki, dəstəmazsız ona əl vurmasınlar.

Qeyd: Məsələ boyunbağıdan istifadə etməklə bağlıdır. Bədənin onunla təmasından söz getmir. Qadağan olunan təkcə ona təharətsiz toxunmaqdır. İstifadə etmək deyil. Buna əsasən, əgər bir nəfər libasının üzərindən taxsa, təharətsiz olsa belə, bir problemi yoxdur. Çünki bədənə toxunmur. Yaxud indi elə boyunbağılar hazırlanır ki, “Ləfzi-Cəlalə” plastmas, yaxud şüşəyə yapışdırılmış olur. Bu halda da toxunmağın maneəsi yoxdur. Lakin yazının əslinə təharətsiz toxunulmamalıdır./http://muselman.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter