Namazda rəkətlərin sayında səhvi düzəltmək üçün ehtiyat namazını necə qılmaq lazımdır?
Cavab: Ehtiyat namazı üzərinə vacib olan şəxs, namazın salamından sonra gərək dərhal ehtiyat namazı niyyəti edib, təkbir desin, Həmd oxusun və rükuya getsin, sonra iki səcdə etsin. Əgər ona bir rükət ehtiyat namazı vacibdirsə, iki səcdədən sonra təşəhhüd oxuyub salam versin, əgər iki rük`ət ehtiyat namazı ona vacib olsa, iki səcdədən sonra daha bir rükət, birinci rükət kimi yerinə yetirsin və sonra təşəhhüd və salam desin.
Ehtiyat namazının surə və qunutu yoxdur. Lazım ehtiyata əsasən, onun Həmdini səssiz oxumalıdır. Onun niyyətini dillə söyləməməlidir. Onun «Bismillah»ını da səssiz söyləmək ehtiyat-müstəhəbdir.
Ayətullahul-uzma Seyid Əli Sistani, \"İzahlı şəriət məsələləri\",məs.1202-1203