Quranda vacib səcdə ayələri və bununla bağlı mühüm şəri məsələlər!


İnsan hər vaxt istəsə rəbbinə səcdə edə bilər. Bunun üçün xüsusi bir vaxta ehtiyac yoxdur. Hətta hədislərdə səcdə insanın rəbbinə ən yaxın halı hesab olunur. Bu mənəvi mənadadır.

İslaminSesi.info – Səcdə əməli demək olar ki, ilahi dinlər arasında ən çox İslam hökümlərində özünü biruzə verir. Səcdə, əyilib alını Allah qarşısında yerə qoymağa deyilir. Bu əməl namazlarda vacibdir. Çünki səcdə namazın tərkib hissəsindən hesab olunur. Bilərəkdən və ya bilməyərəkdən bu əməli tərk etdikdə namaz düzgün hesab olunmur. Namazlardan başqa vaxtlarda vacib hesab olunmasada, bu əməl böyük mənəvi təsirə malik bir iş hesab olunur.



İnsan hər vaxt istəsə rəbbinə səcdə edə bilər. Bunun üçün xüsusi bir vaxta ehtiyac yoxdur. Hətta hədislərdə səcdə insanın rəbbinə ən yaxın halı hesab olunur. Bu mənəvi mənadadır. Yəni insan Allah qarşısında təvazökarlıq edərək öz başını (yəni əza baxımından yüsək olan, beyin mərkəzi olan, əql və düşüncə mərkəzini), yəni bütün varlığını Allah qarşısında əyərək yerə qoymaqdır. Bu vəziyyət mənəviyyat baxımından bəndənin Allaha ən yaxın halı hesab olunur.



Səcdə namazda vacib olur, bir də yalnız Quran Kərimdə 4 ədəd vacibi səcdə ayələrini oxuduqdan və ya eşitdikdən sonra vacib olur. Beləki insan bu ayələri oxuduqda və eşitdikdə gərək səcdəyə getsin.

Bunlar:
Ələq surəsi-19
Səcdə surəsi-15
Fussilət- 37
Nəcm- 62

Bu barədə bir neçə mətləb:

1-İnsan bu ayələri oxuyub, yaxud dinlədikdə səcdə vacib olur, eşitdikdə isə ehtiyata görə vacibdir.

2- Səcdənin vacib olması üçün insan gərək ayəni tam dinləsin. Bir qismini dinlədiyi halda səcdə ehtiyata görə vacib olur.

3- İnsan gərək ayəni eşidən kimi dərhal səcdə etsin. Əgər təxirə salınarsa ilk fürsətdə yerinə yetirməlidir.

4- Gərək yeyilməsi və geyilməsi mümkün olmayan şeylərin üzərinə səcdə etsin. (Namazda olduğu kimi)

5- Əgər bu ayələrdən hər hansı birini uşaqdan və ya qəsdi Quran oxumaq olmayan bir kəsdən eşidərsə səcdə vacib deyil. Lakin ehtiyata görə vacibdir.

6- Quranın vacibi səcdəsində yalnız səcdəyə getmək vacibdir, zikir demək vacib deyil. Zikr demək müstəhəbdir. İnsan istədiyi hər hansı bir zikri deyə bilər./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter