Sual : Namahremlə zarafatlaşmağın hökmü nədir ?


Cavab:Şübhəsiz müxalif cinslə zarafat etmək ədəbsizlik də olmasa, yolunu azma və şeytanın insana qalib gəlməsinə şərait yaradır. Ona görə də İslam dindən uzaqlaşma ilə mübarizədə, ona şərait yaradanların da qarşısını alır. Məsələn kişiləri, qadının yeri soyumadan orada oturmaqdan çəkindirir. Yaxud qadınlara əmr verib ki, naməhrəmlərlə münasibətdə yumşaqlıq göstərməsinlər (\"Əhzab\" surəsi, ayə 32). Nəticədə, ən yaxşısı budur ki, qadın-kişi zarafatdan ədəbsizlik də olmasa çəkinsinlər.
Sonda bir şeyi xatırlatmaq zəruridir: Deyilənlərin hamısı ümumi bir hökmdür, ona görə də zarafatların növü arasında (çat, sms və digər vasitələrlə) və naməhrəmlərin növü arasında (sinif yoldaşı və ondan qeyrisi) heç bir fərq yoxdur...


Xristian dinində şərabın hökmü necədir?


Şərab içmək hələ Həzrət Adəmin (ə) zamanından haram buyurulmuşdur. Mömin insanlar həmişə ondan çəkinmiş və başqalarına da qadağan etmişdilər. İslam dinində də şərab içmək haramdır. Bəs xristian dinində şərabın hökmü necədir?
İndiki xristianlar şərab içməyi caiz bilirlər. Ancaq dinin əsil formasında şərab haram olmuşdur. Allah Təala öz dinini ağıl üzərindən nazil etmişdir. Ancaq şərab ağlı xarab edir. O zaman ki, insanın ağlı xarab olar – hər bir cinayəti etməyə qadir olar. Bu isə Allah dininə uyğun gəlmir. Ona görə də qətiyyən demək olmaz ki, xristian dinində şərab içmək caizdir.
Şərabın bütün dinlərə haram olması ilə bağlı hədislərdə oxuyuruq ki, adətən Allah bir hökmü verən zaman onu cəmiyyətdə tədrici həyata keçirərdi. Eləcə də şərabın haram olmasını. Şərab ümumiyyətlə haramdır. Ancaq onu insanlara birbaşa demək – onlarda əks reaksiya yarada bildiyi üçün Allah onu tədrici olaraq haram buyurmuşdur. Çünki əks halda zəif insanlar dindən xaric ola bilərdilər...


Nə üçün şiələr namaz vaxtı qarşılarından keçən adama mane olmadıqları halda, sünnilər bu işə sərt şəkildə əks-əməl göstərirlər?


Cavab: Şiə fiqhinə görə, gəliş-gediş olan yerdə namaz qılan şəxs müstəhəbdir ki, qarşısına təsbeh kimi bir şey qoymaqla arakəsmə yaratsın. Namaz qılanın bundan başqa vəzifəsi yoxdur. Sünnə əhlinin bir hissəsi isə namaz qılanın qarşısından keçməyi haram bilir, bəzən isə bu namazı batil sayırlar.(\"Səhihe-Buxari”, namaz kitabı, fəsil 100-101)
Hənəfilər və malikilər bildirirlər ki, qarşıdan keçənə mane olmaq lazımdır. Namaz qılanın qarşısından keçməyi şafeilər haram, hənbəlilər isə məkruh sayırlar və deyirlər ki, qarşıdan keçənə işarə ilə mane olmaq lazımdır.(\"Əl-fiqh ələl-məzahibil-ərbəə”, c. 1)
Möminlərə tövsiyə olunur ki, sünnə əhlinin etiqadına hörmətlə yanaşıb, namaz halında onların qarşısından keçməsinlər. Əgər bir sünni müsəlman bu işə görə sizə etiraz edərsə, bu etirazı qərəzli saymayın...


Nə üçün şiələr camaat namazında qabaq cərgədə yer olduğu halda arxada və ya tək dayanıb namaz qılırlar?


Cavab: Şiə fiqhinə görə, sıralarda yer olduqda tənha dayanmaq məkruhdur (bəyənilmir) və namazın savabını azaldır. Eləcə də, müstəhəbdir ki, sıralar nizamlı olsun, çiyin-çiyinə dayananlar arasında məsafə qalmasın. Sünnilər isə bu işləri vacib sayır, bəzən isə tənha duranların namazını batil hesab edirlər.
Bunu da qeyd etməliyik ki, hənbəli məzhəbinə görə, kişilərə gündəlik namazı məsciddə camaatla qılmaq vacibdir, hətta üzrsüz olaraq camaat namazında iştirak etməyənlər cəzaya layiqdirlər.(\"Töhfətul-ixvan”, Ben Baz, s. 96 və \"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1 səh-405.)
(Məlum olduğu kimi, vəhhabilər adətən özlərini hənbəli hesab edirlər). Eləcə də, camaatdan arxada tənha dayanan kəsə qarşı şübhə yaranır ki, bu şəxs camaat namazında iştirak etmir. Bir daha qeyd edək ki, möminlər namaz qaydalarına əməl etməli, namazın savabını azaldacaq işlərə yol verməməli, məzhəbə qarşı mənfi fikir yaratmamalı, qabaq sırada yer olarkən ayrıca sıra təşkil etməməli, tənha dayanmamalıdırlar...


Nə üçün həmd surəsindən sonra sünnilər \"amin” deyir, biz isə demirik?


Cavab: İslam hökmlərinə görə şəriətə nə isə artırıb azaltmaq olmaz. Həmddən sonra Peyğəmbər (s) və İmamların \"amin” deməsi barədə sübut olmuş xəbər yoxdur. Amma mötəbər bir rəvayətdə İmam Sadiq (ə) buyurur: \"İmamın arxasında namaz qıldığınız vaxt o, həmdi oxuduqdan sonra \"amin” yox, \"əlhəmdulillahi rəbbil-aləmin” deyin” (\"Vəsailüş-şiə”, fəsil 17, hədis 1) Şiə fiqhində \"amin” kəlməsi namazın mətnindən sayılmır. Bu kəlməni mətndən sayaraq deyən kəs bidətə yol verir və namazı batil edir. Sünnə əhli isə öz kitablarındakı rəvayətlərə əsaslanaraq \"amin” deyilməsini müstəhəb sayır və deyirlər ki, Peyğəmbər (s) bu işi özü görmüş və digərlərinə də əmr etmişdir...


Nə üçün camaat namazının birinci və ikinci rəkətlərində yalnız imam, bəzi sünnilərdə isə iqtida edənlər də həmd oxuyur?


Cavab: Şiə fəqihləri yekdil olaraq bu fikirdədirlər ki, camaat namazında əvvəlki iki rəkətdə yalnız İmamın həmd oxuması kifayətdir. Bu məsələyə münasibətdə sünnilər arasında fikir ayrılığı var. Bütün Ərəbistanın müftisi Əbdullah ibn Baz deyir: \"Camaat namazında iqtida edənə (məmuma) həmd oxumaq vacibdir.” Şafeilər də belə hesab edir. Malikilər iqtida edənlərin həmd oxumasını günorta və ikindi namazında müstəhəb, şam və xüftən namazında isə məkruh sayırlar. Hənəfilər isə ümumiyyətlə iqtida edənin həmd oxumasını məkruh bilir. Hənbəlilər isə bildirirlər ki, həmd oxumaq günorta və ikindi namazlarında müstəhəb, şam, xüftən və sübh namazlarında İmamla birlikdə oxumaq məkruhdur.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1, s. 228) \"Səhihe Buxari”..


Nə üçün şiələr bütün namazlarda qunut tutduğu halda, sünnilər belə etmirlər?


Cavab: Şiə kitablarında qunutun müstəhəbliyi və fəzilətinə dəlalət edən mötəbər rəvayətlər var. Peyğəmbər (s) və İmamların (ə) qunut tutduğunu nəzərə alaraq şiələr bütün namazlarda qunut tuturlar.
Sünnə əhlinin mötəbər mənbələrində də həzrət Peyğəmbərin (s) xüsusi ilə şam və xüftən namazlarında qunut tutduğu bildirilir.(Səhihe-Buxari”, kitabul vətr, fəsil 7, hədis 1001-1004.)Malikilər həmin rəvayəti əsas götürərək sübh namazında qunut tutmağı müstəhəb hesab edirlər.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c. 1.)


Nə üçün şiələr namazın salamından sonra üç dəfə təkbir deyir və təkbir deyərkən əllərini yuxarı qaldırırlar?


Cavab: Şiə fiqhində müstəhəbdir ki, namazın salamından sonra üç dəfə təkbir deyilsin və hər təkbirdə əllər qulaqlar bərabərinədək qaldırılsın. Ümumiyyətlə, şiəlikdə namazın birinci və sonrakı təkbirlərini deyərkən əlləri qaldırmaq müstəhəbdir. Sünnilər isə yalnız birinci təkbir, rükudan əvvəlki və sonrakı təkbir, ikinci rəkətə durarkən deyilən təkbirdə əlləri qaldırmağı müstəhəb sayırlar. (Əl-fiqhu ələl məzahibil ərbəəti, cild 1, səh-249. \"Səlatul-mumin”, əl-Qəhtani,, əl-Qəhtani, s.252)
Sünni müftisi ibn Baz deyir ki, yalnız bu dörd halda əlləri qaldırmaq olar.(\"Töhfətul-ixvan”, Ben Baz, Ben Baz, s. 90)...


Nə üçün biz də sünnilər kimi sübh azanında \"əssəlatu xəyrun minənnovm” demirik?


Cavab: Şiə fiqhində və Əhli-beyt (ə) rəvayətlərində belə bir cümlə barədə məlumat olmadığından onu azanda demək caiz deyil, bidətdir. Amma bəzi qeyri-mötəbər sünni mənbələrində bildirilir ki, həzrət Peyğəmbər (s) azanı öyrədərkən sübh namazında bu cümlənin deyilməsini əmr etdi.(\"Töhfətul-ixvan”, Ben Baz, Əbdül Əziz ben Əbdüllah ben Baz, s. 79) Bəzi rəvayətlərdə isə bu cümlənin Ömər və onun oğlu Əbdullah tərəfindən azana artırıldığı bildirilir.(\"Əl-əzan”, Əbi Hatəm, s. 45) Ən əsası isə sünnilərin \"Səhihe Buxari”, \"Səhihe Müslim” kimi mötəbər kitablarında bu barədə heç bir məlumat verilmir.(Səhihe Müslim, Kitabus-səlati, babu sifətil-əzani, hədis 379. Səhih Buxari, Kitabul əzan.) Dörd sünni məzhəbi yekdil olaraq azanda bu cümlənin deyilməsini müstəhəb hesab edir.(\"Əl-fiqh ələl məzahibil-ərbəə”, c.1, s. 312.)...


Nə üçün sünnilər də bizim kimi azanda \"həyyə əla xəyril-əməl” demirlər?


Cavab: Şiələr öz ibadət üsulunu Peyğəmbər (s) Əhli-beytindən öyrənir. Şiə fiqhinin müraciət etdiyi rəvayətlərdə iki dəfə \"həyyə əla xəyril-əməl”, yəni \"əməllərin ən xeyirlisinə (namaza) tələs” deyilməsi zəruri bilinir. Sünnilərdə də belə bir rəvayət var, amma onlar bu rəvayəti zəif hesab edir və azanda həmin cümləni işlətmirlər.(Kitabul-əzan”, Əbi Hatəm, s. 54-60.) Bəli, şiələr peyğəmbər sünnəsini onun Əhli-beytindən öyrənirsə, sünnilər bu sünnəni kənar şəxslərdən əxz edirlər...


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter