Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?


Bir insan özü üçün sağlığında kəfən alıb qoyursa, bunun günahı varmı?Cavab: Dinimizdə çox təkid edilən əməllərdən biri də ölümü tez-tez yad etməkdir. Buna görə dəfn mərasimlərinə qatılmaq, məzarları tez-tez ziyarət etmək müstəhəb sayılır. Ölümü xatırlamaq insanın məsuliyyətini artırır, onu günahdan uzaqlaşdırır. İnsanın sağlığında özü üçün kəfən alıb hazır qoyması nəinki günah deyil, hətta müstəhəbdir. Bu kəfəni halal qazancdan almaq lazımdır. Öz qəbrini sağlığında qazdırmağa gəlincə, bunun da heç bir qəbahəti yoxdur. İslam tarixində bir çox övliyalar öz qəbirlərini qazdırmış, hətta gündə bir neçə dəqiqə həmin qəbrin içində uzanaraq Quran oxumuş, ölümü göz önünə gətirmişlər. Bu cür əməlləri “düşər-düşməzi olar” deyə rədd etməyin heç bir əsası yoxdur.


Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?


Qadın heyvanın başını kəsə bilərmi? Qadının kəsdiyi heyvanı yemək olarmı?Cavab: Dinimizdə heyvanı və ya ev quşunu kəsən şəxsin cinsi barədə qəti hökm yoxdur. Yəni heyvanı kəsən şəxsin mütləq kişi olması şərt deyil. Onun müsəlman olması, yetkinlik yaşına çatması və heyvanı kəsmək qaydalarını bilməsi, buna riayət etməsi kifayətdir. Bu şərtlər daxilində qadının da kəsdiyi heyvanın ətini yemək olar. Lakin bütün hökmlərdə olduğu kimi, burada da nüanslar var. İslam dini qadına zərif, qayğıya ehtiyaclı varlıq kimi baxır. Hətta qadının cihadda iştirak etməsi də tələb olunmur. Çünki qadın qan-qadadan uzaq, sakit həyata alışmış varlıqdır...


Sual: Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?


Sual: Xalq içində belə bir fikir var ki, namaz qılan adamı valideyni çağırsa, namazı kəsib cavab verməlidir. Bu fikir düzündürmü?Cavab: Dini mətnlərimizdə bununla bağlı Peyğəmbərdən (s) və İmam Kazimdən (ə) iki hədisə rast gəlmişik. Hədislərin birində buyurulur ki, əgər namaz qılan adamı atası çağırsa, təsbih desin (Allahı zikr edib, “sübhanalah” söyləsin), anası çağırsa, cavab versin. Bu hədisdə namazın növü haqqında bir söz deyilməsə də, ikinci hədisdə buyurulur ki, müstəhəb namaz qılan adamı atası çağırsa, namazı kəsə bilməz, amma anası çağırsa, gərək namazı kəsib cavab versin. Müctəhidlərimizin bu mövzu barədə hökmü budur ki, vacib namazı qılan adam heç kimin çağırışı ilə namazı kəsə bilməz...


Sual: Dərman və ya parfümeriya satışı ilə məşğul olan şirkətlərdə kənar adamı şirkətə cəlb etmək üçün mükafat verilir. Bu halaldırmı?


Cavab: Hər hansı halal məmulatın satışı sahəsində işləmək qadağan deyil. Bu gün halal məmulatların satışı ilə məşğul olan şirkətlərdə işə düzəlmək və satışdan faiz qazanmaq da icazəlidir; bir şərtlə ki, satış zamanı alıcı aldadılmasın, ona ziyanlı, xarab məhsul satılmasın. Bəzən şirkət öz üzvünə təklif edir ki, əgər başqa bir adamı da şirkətə işə cəlb etsə, ona mükafat verəcək. Yalan və fırıldaqçılıq olmamaq şərti ilə başqasını şirkətə işə cəlb etmək və bunun əvəzində pul yaxud mal formasında birdəfəlik mükafat almaq, yaxud hər hansı üstünlük qazanmaq günah deyil.


Yol kənarından keçərkən başqasının əkinində olan ağacdan hansı 5 beş şərtlə meyvə yemək olar?


Fiqhi kitablarda gəlmişdir: Yol keçən şəxsin haqqı. İki cürə təsəvvür oluna bilər: 1-Xiyaban və ümumi keçidlərdə yerləşən ağacların meyvələrindən istifadə etmək hamı üçün halaldır. 2-İnsanların bağlarına aid olan ağacların meyvələrindən istifadə etmək üçün aşağıdakı sadaladığımız 5 məsələyə diqqət yetirmək lazımdır:
a) Bağın ağacının budağı ümumi keçir yolunda olsun və şəxs meyvə yemək üçün keçmək niyyəti olmasın,
b) Bağın ağacından meyvə dərməsi fəsad törətməsin... yəni ağacın budaqlarına zərər verməsin.
c) Yol kənarında olan ağacdan yeməklə kifayətlənsin, özü ilə aparmağa haqlı deyil,...


Əşyaların pak olub olmaması haqda şəkkin şəri hökmü nədir?


... Fəqihlərin ümümi nəzəri budur ki, libasın və bu kimi şeylərin murdar olub olmamasında, yaxud murdar bir şeyin pak olub olmamasında şəkk edilərsə höküm əvvələ qayıdır. Yəni şəkk edilmiş əşya əvvəl pak idisə sonradan nəcis olmasında şəkk edilirsə o zaman paklığına hökm olunur (hesab olunur). Yaxud əksinə olarsa, nəcis idisə və paklaşmağına şəkk olunursa demək nəcisdir. Məsələn: Qab murdar idi, yuyub yumamasında şəkk ounarsa nəcisdir. Yaxud qab pak idi. Nəcis olmasında şəkk edərsə pakdır. Paltar və bu kimi şeylərin də hökmü də bu cürdür...


Atmaq istədiyimiz kağızda Allahın adı yazılıbsa... ona qarşı şəri vəzifəmiz nədir?


Atmaq istədiyimiz kağızda Allahın adı yazılıbsa... ona qarşı şəri vəzifəmiz nədir?Allahın və müqəddəs şəxslərin adları, Quran yazısı, dua vərəqləri şəriətimizdə möhtərəm sayılır. Onlara dəstəmazsız halda toxunmaq günahdır. Belə isə, bu yazıları hörmətsizliyə və təhqirə məruz qoymaq da günah sayılır. Bu kimi yazıları zibilliyə və yaxud küçəyə, ayaq altına atmaq olmaz. Bəzən insanlar yanlışlıq üzündən düşünürlər ki, bu yazıları yandırsalar daha yaxşıdır. Amma əslində müqəddəs yazıları bu üsulla məhv etmək də hörmətsizlik hesab edilir. Ona görə də müqəddəs yazıları iki üsulla məhx etməyi məsləhət görürük. Birinci üsul budur ki, yazı əgər mürəkkəblə (və ya zəfəran, gülab kimi vasitələrlə) yazılıbsa, kağızı suyun altına tutub saxlamaq olar ki, mürəkkəb su ilə yuyulsun. Yazı tam yuyulub gedəndən sonra kağızı atmaq olar...


Salam verən uşaq olsa belə cavabı vacibdirmi?


Şəriət baxımından salam vermək müstəhəb (savab), cavabını almaq isə vacibdir. Hətta namaz zamanı sənə salam verilsə gərək cavabını qaytarasan. Bu şərtləki “Səlam” kəlməsi əvvəldə deyilsin- məs: Əs-əlamu aleykum. Elə isə salam verənlərin sayında və yaşında fərq varmı? Bu halda vəzifəmiz nədir?
Cavab 1- Müməyyiz uşağın (pisi yaxşıdan ayıra bilən) salamının cavabı, istər qız olsun, istər oğlan böyüklərin verdiyi salamın cavabı kimidir.
Cavab 2- Əgər bir şəxs bir neçə dəfə salam versə bir cavab kifayət edir.
Cavab 3- Əgər bir neçə nəfərin verdiyi salamlar bir salam hesab olunursa bir cavab kifayət edir...


Namazda Fatihədən sonra surəni tam oxumaq vacibdirmi?


Gündəlik vacib namazlarda Fatihədən sonra bir surə oxunmalıdır. Hədislərdə və fəqihlərin fətvalarında buyurulur ki, namazlarda İxlas surəsi tərk edilməsin. Xüsusən də ikinci rəkətdə Fatihədən sonra. Bəs Həmddən sonra oxunan hər hansı bir surənin yarsını oxuya bilərikmi? Bu surə tam oxunmalıdır? Cavab: Ayətullah Xamenei: Ehtiyat vacib budur ki, Həmddən sonra bir tam surə oxunsun. Əgər vaxtın azlığı və ya başqa qorxu olarsa gərək surə oxumasın.
Ayətullah Sistani: Bəli. Ehtiyat vacibə görə surə tam oxunmalıdır.
Ayətullah Məkarim Şirazi: Ehtiyat vacibə görə Qurani Kərimdən tam bir surə oxusun.


“Cümə gününün qüslu”nu cümənin gecəsində almaq olarmı?


Cümə gününün qüslu təkidlə buyurulmuş müstəhəblərdəndir. Müstəhəbdir ki, cümə günü sübh əzanından zöhr əzanına qədər vaxt ərzində cümə qüslu alınsın. Daha yaxşı olar ki, bu müstəhəb qüsul zöhrə yaxın edilsin. Lakin bəzən müyyən işlərlə əlaqədar bu işi də edə bilmirik və cümə gününün müstəhəb qüslunun fəzilətində məhrum oluruq.Bu zaman cümə axşamı gecəsi “Cümə” qüslu ala bilərikmi?
Cavab: Layiqdir ki, hər kəs cümə günü su tapmayacağı və qüsul almağa müəssər olmayacağını bilərsə cüməaxşamı günü (cümənin gecəsində) qüsul ala bilər. Bəlkə bunu ümüd inyyəti ilə etsin. (Ayətullah Xomeyni və Ayətullah Vəhid Xorasani)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter