Həzrət Zəhranın (s) kənizi, Quranla danışan xanımı tanıtdırın?


Quran ayələri ilə danışan qadın - Həzrət Xanım Zəhra (s.ə) məktəbinin yetişdirməsi Fizzə..Bəzən müəllimi şagirdinin vasitəsi ilə də tanımaq mümkündür. Həzrət Zəhranın (ə) yetişdirmələrindən biri də, onun evində xidmətçi olan Fizzə olub. Fizzə Zəhrayi-Əthərin (ə) məktəbindən dərs almış və yiyələndiyi elmi əməli olaraq həyata keçirən bir xanım idi. O, Əhli-beytin (ə) yanında həmişə bir nur kimi parlamışdır. Bəs görəsən, kəniz Fizzə kimi tanınan bu xanım, necə olmuşdu ki, Həzrət Zəhranın (ə) kənizi olmağa nail olmuş və Əli (ə) xanədanının ən hörmətli və yaxın bir üzvünə çevrilmişdi? Fizzənin əsli-nəsəbi Hindistan ölkəsindən idi. Həbəşənin hakimi onu həzrtət Peyğəmbərə (s) hədiyyə vermişdi.Bu xanım çox dərrakəli və haqqpərəst olmaqla yanaşı, həm də \"Nəvbə” əhlindən idi. Bu nurani ailədə meylini ən çox Fatiməyə (ə) salmışdı. Ona görə də Peyğəmbərdən (s) xahiş etmişdi ki, xanım Zəhranın (ə) xidmətində durmağa ona icazə versin. Fizzə bu arzusuna çatmış və ömrünün son anlarına qədər o Xanımın (ə) yanında olmuşdur.O xanım köçəri bir qövm arasından çıxsa da, elm, Quran və hədislərə yiyələnməklə Həzrət Zəhra (ə) məktəbinin nümunəvi şagirdlərindən birinə çevrilmişdir.Həzrət Zəhra (ə) onu kənizi yox, yaxın dostu adlandırırdı. Fizzə savadlı bir qadın və mütaliə əhli idi. İbadət və itaətdə Əhli-beyt qadınlarından başqa ona tay tapılmazdı. Həzrət Fatimeyi-Zəhranın (ə) vəfatından sonra Fizzə, həzrət Əlinin (ə) icazəsi ilə, Mədinədən xaricdə, həyat yoldaşının qəbiləsinin yaşadığı tərəfə getmiş və ömrünün sonuna qədər orada yaşamışdı. Məlum həqiqətə görə, Fizzə həyatının son iyirmi ili ərzində Quran ayələrindən qeyri bir söz danışmamışdı. Əbül Qasim Qəsri öz kitabında bir çox səhabələrdən nəql edir ki, Həzrət Zəhranın (ə) kənizi Fizzə səhrada həcc karvanından geriyə qalıb itmişdi. Karvandan arxada qalmış Abdullah Mübarək adlı biri deyir ki, səhrada bir yalqız qadın gördüm. Mən dəvə ilə onun yanına gedib hər nə soruşdumsa, o mənə Quran ayəsi ilə cavab verdi. Ondan soruşdum: – Sən kimsən? Dedi: \"Və \"Salam”-de. Onlar mütləq biləcəklər”. (\"Zuxruf”, ayə 89) Ona salam verib dedim: – Sən burada neyləyirsən? Qadın cavab verdi: \"Allahın doğru yola saldığı kimsəni heç kəs yoldan çıxarda bilməz”. (\"Zumər”, ayə 37) Başa düşdüm ki, yolu azıbdır. Soruşdum: – Cinlərdənsən, yoxsa insanlardan? Dedi: \"Ey Adəm oğulları! Hər ibadət vaxtı gözəl libaslarınızı geyin”. (\"Əraf”, ayə 31) Əmin oldum ki, Adəm övladıdır. Soruşdum: – Haradan gəlirsən? Dedi: \"Onlar uzaq bir yerdən çağırılırlar”. (\"Fussilət”, ayə 44)Anladım ki, uzaq yoldan gəlir. Dedim: – Hara gedirsən? Dedi: \"Gücü çatan hər kəsin Həccə gedib o evi zayarət etməsi insanların Allah qarşısında borcudur”. (\"Ali-İmran”, ayə 97) Onun Məkkəyə getdiyini bilib dedim: – Karvandan nə vaxt ayrı düşmüsən? Dedi: \"Biz göyləri, yeri və onların arasında olanları altı gündə yaratdıq”. (\"Qaf”, 38) Ayədən məlum oldu ki, altı gündür karvandan ayrı düşüb. Sual etdim: – Yemək istəyirsənmi? Dedi: \"Biz peyğəmbərləri yeməz-içməz bir bədən yaratmadıq”. (\"Ənbiya”, ayə 8) Başa düşdüm ki, acdır.Dedim: – Tələs, tez gəl. Dedi: \"Allah heç kəsi qüvvəsi çatmayan işi görməyə vadar etməz”. (\"Bəqərə”, ayə 286)İndidə yorulub, yeriməyə taqəti olmadığını anlayıb dedim: – Gəl dəvəyə min, arxada əyləş.Dedi: \"Əgər yerdə və göydə yeganə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də müvazinətdən çıxıb pozulardı”. (\"Ənbiya”, ayə 22)Demək mənimlə dəvəyə oturmağa həya edir. Dəvədən düşüb onu təkcəmindirdim.Elə ki, dəvəyə mindi, dedi: \"Bunları bizə ram edən Allah pak və müqəddəsdir”.(\"Zuxruf”, ayə 13)Karvana çatan zaman ondan soruşdum:– Karvanda sənin qohum-əqrəban varmı? Dedi: \"Ey Davud, biz səni yer üzündə xəlifə etdik”. (\"Sad”, ayə 26) \"Muhəmməd ancaq bir peyğəmbərdir”. (\"Ali-İmran”, ayə 144) \"Ey Yəhya, kitabdan bərk yapış”. (\"Məryəm”, ayə 12) \"Musa yetkinləşib kamilləşəndə ona hikmət və elm verdik”.(\"Qəsəs”, ayə 14) Başa düşdüm ki, karvanda ona qohum olan Davud, Muhəmməd, Yəhya və Musa adında şəxslər vardır, onları çağırdım. Dörd nəfər cavan o xanıma tərəf gəldilər. Ondan soruşdum: – Bunlar sənin nəyindir? Dedi: \"Mal-dövlət, oğul-uşaq bu dünyanın bər-bəzəyidir”. (\"Kəhf”, ayə 46) Məlum oldu ki, oğullarıdır. Onlar qadının yanına gələndə o dedi: \"Onu muzdla çoban tut, çünki bu güclü və etibarlı adam muzdla tutduqlarının ən yaxşısıdır”.(\"Qəsəs” ayə 26) Qadın bununla onlara deyir ki, mənim muzdumu verin. Onlar mənə bir miqdar pul verdilər. Onlardan soruşdum:– Mənim hər sözümə Quran ayəsi ilə cavab verən bu qadın kimdir?Onlar iftixarla: \"Bu qadın, Xanım Zəhranın (ə) kənizi və bizim anamız, Fizzədir. O,iyirmi ildir ki, Quran ayələri ilə danışır” – deyə cavab verdilər.Fizzənin şərafətə çatdığı məqamlardan biri də mübarək \"Həl-Əta” ayəsinin səbəbkarlarından birinə çevrilməsidir. Hər kəsə qismət olmayan bu Əhli-beytə olan yaxınlıq mövqeyi o imanlı xanıma nəsib olmuşdu. Fizzə həmçinin İmam Hüseynin (ə) qiyamında iştirak etmiş və o ağır, dəhşətli anlarda Həzrət Zeynəblə (ə) birlikdə olan xanımlardan biridir. O, baş vermiş hadisələrdə Kərbəla şəhidlərinin yaxınları üçün himmətli və sadiq bir xidmətçi sayılırdı. Bəli, Fizzənin obrazı canlı bir sənəd olaraq, Fatimeyi-Zəhranın (ə) məqamını dərk etməkdə bizə əvəzsiz bir yardımdır. ixlas.az


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter