Qızdırsa öldürməliyəm! SubhanAllah sən necə anasan?!


Bu USM aparatları çıxandan qatil anaların sayı artıb. Yenə cahiliyyə dövründə atalar aparıb öldürürdü qız uşaqlarını. İndi analar öldürür. Heç bir zəruri səbəb olmadan. Onların bəhanələrini saysaq hamısına Allah cavab verir. Ruzi darlığındanmı qorxursan? Birdən uşaq ac qalar? Yenə ac qalmağı sənin onu öldürməyindən yaxşıdı ki.

\"Yoxsulluq qorxusundan uşaqlarınızı öldürməyin. Axı onların da, sizin də ruzinizi Biz veririk. Onları öldürmək, həqiqətən də, BÖYÜK GÜNAHDIR.\" (İsra surəsi 31)

Bu da açıq-aydın dəlil. Sən elə bilirsən uşaqların ruzisini sən təmin edirsən? Sənin öz ruzini də Allah verir? İşləyib qazanıram demə. Allah sənə verdiyi o sağlam bədəni, iş həvəsini, qabiliyyətini bir anda səndən almağa Qadirdir. \"Onlardan birinə qızı olması ilə müjdə verildikdə hikkəsindən üzü qapqara qaralır. Verilən bəd xəbər ucbatından camaatdan gizlənir. Bilmir nə etsin, körpəni rüsvayçılıq içində saxlasınmı, yoxsa onu torpağa gömsün? Onların VERDİKLƏRİ QƏRAR NECƏ də PİSDİR!\" (Nəhl surəsi 58-59)

Allahu Əkbər! Uca Allah Özü deyir o körpə qız uşağını öldürməyin necə də PİS QƏRAR olduğunu. Elə bilirsən buna görə hesaba çəkilməyəcəksən? Təkvir surəsində, Qiyamətin dəhşəti təsvir olunarkən 8-9-cu ayələrdə öldürülmüş körpə qız uşağının hansı günaha görə öldürüldüyü soruşulacaq. O zaman nə cavab verəcəksən? Bir də diqqətini çəkmək istəyirəm o qorxulu günün ən dəhşət saçan hallarının arasında keçir bu ayə. Artıq o günün dəhşətini fikirləş.

Elə bilirsən həkim onun körpə əllərini, qollarını, ayaqlarını əlindəki maşayla parçalayıb çıxararkən ONUN CANI ACIMIRDI? Anasının isti bətnindəykən birdən-birə nə baş verdiyini bilmir və böyük bir ağri-acı hissiylə öldürülür. Anaya da gözaydınlığı verirlər sağ-salamat keçdi deyə.

Özünü o körpənin yerində təsəvvür edə bilərsən? Anana sığınmısan və səni onsan parçalayaraq ayırırlar. Ən dəhşətlisi isə bu qərarı ana özü verib.

İndi də təzə bir analiz çıxıb. Uşaqda daun sindromu varsa onu da öldürmək qərarı alırlar. O qədər çox daun sindromu olan insanlar var ki, bizdən də gözəl bizdən də ağıllı və mərhəmətli olurlar. Bəs sən qorxmursan ki, bu vəhşiliyinə görə Allahın qəzəbinə gələrsən və Allah səni elə bir vəziyyətə salar ki, ən adi ehtiyacını ödəmək üçün belə başqalarının köməyinə möhtac olarsan.

Əgər bu vaxta kimi bu günaha batmısansa, səmimi peşmançılıq duyursansa tövbə et və Allahdan bağışlanma dilə. Həqiqətən səmimi tövbə ilə gələnləri Allah bağışlayar. Allah tövbə edənləri sevir!

Paylaşaraq xeyrə səbəb olun. Bəlkə hansısa ana öz qərarından vaz geçər. Bəlkə də kimlərsə tövbə edər Allaha yaxınlaşar.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter