Müsəlman və mömin şəxsin xeyirxah olması olduğu şəhəri bəladan xilas edər?!


Əgər insan insaf əhli olarsa, həm özünü və həm də cəmiyyəti İlahi əzabdan qoruya bilər. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanlarla insaflı rəftar et və onlara qarşı mehriban və xeyirxah ol. Çünki əgər belə olsan, sənin seyr etdiyin məkanın və şəhərin insanlarına Allah qəzəb etsə və onlara əzab nazil etmək istəsə, sənə nəzər salar və sənə xatir o insanlara rəhm edər”. Hər kim insafa riayət edər, məkarim əxlaqın ən fəzilətli zirvəsində qərar tutar. İnsaf odur ki, hər nəyi ki, özün üçün bəyənirsən – başqaları üçün də bəyənəsən.




İmam Əlidən (ə) Malik Əştərə: İstəyirsənmi ki, Allah səhvlərini bağışlasın?


İmam Əli (ə) də Malik Əştərə verdiyi tövsiyədə buyurur ki, tabeliyində olanların pis rəftarlarına güzəşt etməyi unutma. Həzrət buyurur: “Ey Malik! Bağışlamaq və böyüklük ilə əvəzini vermək mümkün olan büdrəmələrini bağışla. Necə ki, istəyirsən Allah sənin büdrəmələrindən keçsin. Çünki sən rəhbərlik məqamında daha yüksək vəzifədəsən. Həmçinin səni bu işə təyin edən vali də səndən üstündür. Allah da sənin rəhbərlik əmrini imzalayan həmin validən üstündür”. İmam Əli (ə) İbn Abbasa yazdığı məktubda buyurur: “O yerin insanlarını onlara yaxşılıq edərək xürrəm və şad et və qorxu düyünlərini ürəklərindən aç. Allah ədalət və ehsana əmr edir: “Şübhəsiz, Allah (fərdi, ailəvi və ictimai) ədaləti, yaxşılıq etməyi və qohumun (özününkülərin və Peyğəmbərin (s) məsum qohumlarının) haqlarını əda etməyi əmr edir və çox çirkin günahlardan, xoşagəlməz əməllərdən, zülm və həddi aşmaqdan çəkindirir”. (“Nəhl” 90)”...



Kafirlərin çox sərvətlə əzab-əziyyət çəkməsi?!


Dünyada həris insan baramaqurdu kimidir -- \"Onların nə malları, nə də övladları səni heyrətləndirməsin. Allah bunlarla, dünya həyatında onlara əzab vermək və onların canlarının kafir kimi çıxmasını istəyir.\" (Tövbə, 55).
İzah: Quran, rifahı və firavan maddi imkanlara sahib olmağı kafirlər üçün başağrısı və çətinlik hesab etmiş və onlar üçün bir növ dünyəvi əzab kimi təqdim etmişdir. Bu mətləb bir çox ayələrdə - o cümlədən yuxarıdakı ayədə - bəyan olunmuşdur. Yuxarıdakı mətləbin izahı odur ki, kafirlərə əzab verilmə yollarından biri elə dünyəvi imkanlardır. Çünki bir tərəfdən onları ömürlərinin sonuna qədər hərisliyə və tamaha vadar edir, bir tərəfdən var-dövlətlərini qorumaq üçün iztiraba və təhlükəyə salır, digər tərəfdən isə ölüm zamanı bütün bu nemətlərdən vaz keçmək xoşagəlməz və acı olur...


İnsan öldükdən sonra yalnız hansı üç xarakteri onu müşayiət edir?!


Ən kiçik yaxşı və pis əməllərin görünməsi -- Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır!
\"Yer titrəyib lərzəyə gələcəyi zaman; Yer öz yükünü bayıra atacağı və insan: “Ona nə olub?” – deyəcəyi zaman – həmin gün yer öz əhvalatlarını danışacaqdır. Çünki Rəbbin ona vəhy edəcəkdir. O gün insanlar əməllərinin onlara göstərilməsi üçün dəstə-dəstə gələcəklər. Zərrə qədər yaxşılıq edən (əvəzini) alacaqdır. Zərrə qədər pislik edən də (əvəzini) alacaqdır.\" (Zilzal surəsi). İslam peyğəmbəri (s): “İnsan öldükdən sonra yalnız üç xarakteri onu müşayiət edir: Qalıcı sədəqə, gözəl ənənə və onun üçün dua edən əməlisaleh övlad.” (Kafi, c. 7, səh. 56, hədis: 3).


Tövbəni nə üçün təxirə salmaq olmaz?!


Tövbəni təxirə salmamaq -- \"Günah işlər görməkdə davam edənlərdən birinə ölüm gəldiyi zaman: “Mən indi tövbə etdim!” – deyənlərin də, kafir kimi ölənlərin də tövbəsi qəbul deyildir. Biz onlar üçün üzücü bir əzab hazırlamışıq.\" (Nisa, 18).
İzah: Tövbənin şərtlərindən biri də vaxtlı olmasıdır. Ölüm zamanı və Rəbbin əzabını müşahidə edərkən tövbə etməyin bir faydası olmayacaqdır. Çünki o zaman Allaha dönmək məcburidir. Hətta o zaman əksər kafirlər də dünyaya geri dönməyi və keçmiş əməllərini islah etməyi arzu edirlər. Bu faydasız tövbələrin nümunəsi Fironun tövbəsidir...


İmam Səccad (ə) Şeytandan hansı cəhətlərinə görə pənah apardığını söyləyir?!


Şeytanın vəsvəsələrindən uzaq olmağı istəmək! قُلْ رَبِّ أَعُوذُ بِكَ مِنْ هَمَزَاتِ الشَّيَاطِينِ وَأَعُوذُ بِكَ رَبِّ أَنْ يَحْضُرُونِ
\"De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”\" (Muminun, 97-98).
Hədis: İmam Səccad (ə): “İlahi, məni azdıran bir düşməndən, yoldan çıxaran, ürəyimi vəsvəsələrlə dolduran, zəhərli təhrikləri qəlbimi əhatə edən, nəfsani istəklərimə yardım edən Şeytandan Sənə şikayət edirəm.” (Biharul-ənvar, c. 94, səh. 143, hədis: 21).


Qurani -Kərimin sələmə baxışı necədir?!


Bir çox Quran ayəsi müsəlmanlara sələmli alış-verişi qadağan etmişdir \"Ey iman gətirənlər. Allahdan qorxun və əgər möminsinizsə, sələmdən qalan faizi almayın. Bunu etməsəniz, Allahın və Onun elçisinin sizə müharibə elan etdiyini bilin. Yox, əgər tövbə etsəniz, sərmayəniz sizindir. Nə siz zülm edərsiniz, nə də sizə zülm olunar.\" (Bəqərə, 278-279).
İzah: Daha öncə qeyd etdik ki, İslam bütün kütlənin xoşuna gələn, uzun müddət ərzində iqtisadi və mədəni ziyan vurmayan hər növ alqı-satqını və müqaviləni təsdiq etmişdir. Buna görə də bir çox Quran ayəsi müsəlmanlara sələmli alış-verişi qadağan etmişdir. Çünki həm cəmiyyətin iqtisadi tarazlığının pozulmasına səbəb olur, həm məşğulluq sahəsində dinamikliyi və inkişafı təhlükəyə atır, həm də çox pis mədəni və psixi nəticələr doğurur...


İmam Sadiqin (ə) verdiyi 2 sadə nəsihət bu insanı dövlətli etdi?!


... Dedim: “Mən Əbdülrəhman Siyabəyəm”. Həzrət (ə) məndən soruşdu: “Atan nə iş görür?”. Dedim: “O, dünyadan getmişdir”. İmam (ə) çox narahat oldu. Atama rəhmət oxudu və ona görə dua etdi. Məndən soruşdu: “Atan sənə irs qoyubdurmu?”. Dedim: “Xeyr”. Soruşdu: “Bəs Məkkəyə necə gəlmisən?”.
Mən atamın dostunun mənə etdiyi yaxşılığı danışdım və hələ sözüm bitməmişdi ki, buyurdu: “O şəxsin min dirhəm əmanətini nə etdin?”. Dedim: “Qaytardım”. İmam (ə) sevincli halda buyurdu: “Əhsən sənə. Sənə nəsihət verimmi?”. Dedim: “Buyurun”. İmam (ə) buyurdu: “Düz danış və əmanətə vəfa et ki, bu zaman insanların malına şərik olarsan”. Mən İmamın (ə) bu nəsihətinə qulaq verdim və qısa zamanda maddi vəziyyətim elə yaxşılaşdı ki, hər il üç min dirhəm zəkat verirdim”...


Bu 7 yaşlı adam kim idi ki, mömini belə heyrətə gətirdi?


Abdullah ibni Mübarək nəql edir: “Bir il həcc üçün Məkkəyə yollandım və yeddi yaşlı bir uşaq gördüm ki, miniyi olmadan karvanın yanında hərəkət edir. Ona dedim: “Bu uzun yolu nə ilə gedəcəksən?”. Dedi: “Mükafat verən Allahımla. Azuqəm – təqvadır və miniyim – iki ayaqlarımdır. Niyyətim – mənim mövlam olan Allahdır”. Bu sözləri bu yaşda uşaqdan eşitmək mənə təəccüblü gəldi və dedim: “Hansı tayfadansan?”. Dedi: “Haşimi”.
Dedim: “Haşimilərin hansı qolundansan?”. Dedi: “Ələvi Fatimiyyə”. Dedim: “Mənə bəhrəli şeir buyur: Buyurdu: “Biz behiştin Kövsər hovuzunun kənarında onun gözətçiləriyik. Onun suyunu daxil olanlara içizdiririk. O kəs ki, xilas olmaq tələbindədir, bu yol bizdən başqası ilə həyata keçməz. O kəsin ki, azuqəsi bizim dostluğumuzdur – heç bir zaman ziyan etməz”. Abdullah nəql edir: “Mən o uşağı Məkkəyə çatana qədər görmədim və həcc mərasimindən sonra Məkkənin ətrafına getmişdim. Bir dəstə insanı gördüm ki, bir şəxsi əhatəyə almışdır. İrəli getdim ki, görüm bu şəxs kimdir, gördüm ki, həmin uşaqdır”. Soruşdum: “O, kimdir?”. Dedilər: “Bu şəxs – Əli ibni Hüseyndir (ə)””.


Dualarımız niyə bəzən qəbul olunmur? Bu halda nə etməliyik?


Dua yəni: Bir növ yaxın dost kimi insan Allahla dərdləşər və arzularını, istəklərini Ona söyləyər. Ancaq çox təəssüf ki, bəzən etdiyimiz dualar nəticəsiz qalır və biz ümidimizi itirmirik, lakin dualarımız yerinə yetmir. Görəsən bunun səbəbi nədədir? Hədislərimiz duanın yerinə yetməsinə mane olan amillərin mövcud olduğunu söyləyir və onları bizə tanıdır ki, aradan qaldıra bilək.
1. Günah. Günah səbəb olur ki, insanın ismət pərdəsi cırılsın. Allah-Taala (c.c) buyurur: “Bəzən bəndə Məndən hacət istəyir və Mən onu yerinə yetirirəm. Ancaq o, günah edir, Mən də mələklərə buyururam ki, bu bəndə günahı vasitəsilə özünü Mənim qəzəbimə düçar etdi və özünü Mənim nemətimdən məhrum olmağa layiqli etdi. Bundan sonra istəyi ilə Mənim yanıma nail olmayacaqdır, məgər o halda ki, bəndəm olmağa boyun əysə”.
2. Haram maldan istifadə etmək. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim haram tikə yeyər – 40 gecə namazı qəbul olmaz və 40 səhər duası həyata keçməz”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter