Dostluğu uzun müddət saxlamaq üçün nə edək?
Dostluq etmək, dost tapmaq – insanın ictimai ehtiyaclarındandır. Ancaq mühüm olan budur ki, başqa sahələrdə olduğu kimi, bu sahədə də etidala riayət olunsun. Sizin dostunuza qarşı hissiniz lətif və pakdır. Ancaq daima ağıl tərəfindən kontrol olunmalıdır. Yaxşı dost – insana Allah tərəfindən verilən nemətlərdən biridir. Ona görə də insan gərək bu neməti əldən verməsin. Ona görə də başqa nemətlər kimi onu əziz tutub, onu incitməsin. Sizinlə dostluq etmək istəməyən insanlardan uzaq olun, çünki bu insan dost olmayacaq, məcburi şəkildə yanınızda saxlamaq istədiyiniz insan olacaqdır ki, onun sizə heç bir faydası olmayacaqdır.
İmam Əli (ə) yenə buyurur: “Allaha xatir dostluq edən kəslərin dostluğu davam edər. Çünki o dostluğun amili daimidir. (Ancaq) dünyaya görə dostluq edən kəslərin dostluğu qət olar, çünki o dostluğun amilləri tez aradan gedər”.
İnsanın gizli istedadlarının üzə çıxması üçün hansı 3 əmələ diqqət etmək lazımdır?!
İnsanın batinini tanımaq – insanşünaslığın ən mühüm mövzularındandır. Hər bir insan bu dünyaya xüsusi istedad və qabiliyyətlərlə gəlir. Onun bu gizli istedadları həyatın müxtəlif hadisələri və əməlləri sayəsində üzə çıxar və çiçəklənər. Bu, Allahın insana verdiyi sərmayəsidir ki, əgər onu ömrü boyu üzə çıxarda bilsə, kamala çata biləcəkdir.
Bəs nə edək ki, bu kamal sifətləri üzə çıxasın?
1. Özünü tanımaq haqqında təfəkkür etmək və düşünmək. İnsanı başqa canlılardan fərqləndirən tək sifəti təfəkkür və dərk qüvvəsidir.
2. Elmini artırmaq. Əgər Quran təfəkkür etməyə göstəriş verirsə, deməli elm qapılarının açılmasını yolunun məhz bu sahədə olduğunu bildirmək istəyir.
3. Havayi-nəfsin ardınca getməmək. İslam dini nəinki təfəkkür etməyə və elmi artırmağa göstəriş verir, həm də insana nəfsinə qalib gəlməyin yollarını da öyrədir.
Sui-zənni (Başqalarının haqqında pis düşünməni) müalicə etmək olarmı?
Sui-zənni tərk etmək istəmək – əslində müalicənin yarısı deməkdir. Çünki insan bu əxlaqi xəstəliyini dərk edər və onu aradan qaldırmaq əzminə malik olar. Artıq bu yolda ilk addımı atmış sayılar. Sui-zənni müalicə etmək üçün bəzi tövsiyələr verilir ki, onlara nəzər salaq:
1. Sui-zənni məzəmmət edən ayə və hədisləri oxumaq və onlar haqqında təfəkkür etmək.
2. Nə zaman kiməsə sui-zənn etdiniz, çalışın bu sui-zənni hüsnü-zənnə çevirib, rəftarınızı o şəxsə qarşı yaxşı edəsiniz. Nəticədə bu rəzil sifət zəifləyəcək və sizi tərk edəcəkdir.
3. Nə zaman sui-zənn etsəniz, Allaha pənah aparın, istiğfar və tövbə ilə Ondan yardım istəyin.
Allahın, Öz sevdiyi bəndəsini cəhənnəmə aparması mümkündürmü?
... Xeyr, bunun imkanı yoxdur. Əgər insan bu məqama çatıbdırsa, yəni muhsinin məqamını əldə edibdirsə, Allah onu cəhənnəmə apara bilməz. Çünki o, Allahın sevdiyi və dəyər verdiyi insandır.
Əgər insan dünyada özünü muhsin məqamına çatdıra bilməzsə, o zaman axirətdə heç bir üzr və bəhanəsi qalmaz. Çünki hüccət ona tamam olar və onun üzr üçün yeri olmaz. Bəlkə Allah muhsin bəndələrini tərifləyərək, günahkarlara bildirmək istəyir ki, bu beş günlük dünyada günah etməyə davam etməyin. Tövbə edib, Mənə tərəf qayıdın. Əgər tövbə etsəniz, sizin keçmiş günahlarınızı bağışlayaram.
Çünki günah mikrob kimidir, azalmaz, əksinə çoxalar və bütün bədəni və ruhu əhatə edər. Sənə baxan başqa insanlar da sənin yolunu gedər və həmin mikrob onlara da bulaşar. Necə ki, qrip xəstəliyi keçicidir, günah da o cürdür. İradəsi zəif olan insanlar bu xəstəliyə tez düçar olurlar.
Aqilə -Düşüncəli insana - vacib olan 4 əməl hansılardır?!
Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin hər bir aqil insanına dörd şey vacibdir”. Soruşurlar ki, bu dörd şey nədir? Buyurur: “Elmə qulaq asmaq, (elmi) saxlamaq (qorumaq), (elmi) yaymaq və ona əməl etmək”.
-İmam Əli (ə) buyurub: «İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar».
-Allahın Peyğəmbəri (s) buyurub: «Alimin bir saat yatağına dirsəklənib öz elmini və işlərini nəzərdən keçirməsi, abidin yetmiş il ibadətindən yaxşıdır».
-İmam Baqir (ə) buyurub: «Öz elmindən bəhrələnən alim, yetmiş min abiddən daha yaxşıdır»...
Peyğəmbəri (s) görmədən, ona iman gətirənin fəziləti nə həddədir?!
Allahın Peyğəmbəri (s) buyurub: «Məni görən şəxsin iman gətirməsi təəccüblü deyil. Əksinə, yazılı vərəqləri görüb əvvəlindən axırına kimi ona iman gətirənlərin iman gətirmələri təəccüblüdür».
Allahın Peyğəmbəri (s) yenə buyurub: «Qardaşlarımı nə vaxt görəcəyəm?». Soruşdular: «Məgər biz sizin qardaşlarınız deyilik?».
Buyurdu: «Siz mənim səhabələrimsiniz. Mənim qardaşlarım – mənə görmədən iman gətirən kəslərdir. Onları görmək şövqündəyəm».
Allah-Taalanın (c.c) insana verdiyi dəyərli beş nemət hansılardır?!
Allah Təala insana çox sayda nemət vermişdir. Bəs bu nemətlər içərisində ən dəyərli olanları hansılardır?
1. İnsanın hidayət olması. “Rəhman (dünyada maddi və mənəvi nemətləri həm möminlərə, həm də kafirlərə şamil olan, axirətdə isə yalnız möminləri əhatə edəcək geniş mərhəmət sahibi) olan Allah!...
2. Bədən və cismin sağlamlığı. İmam Əli (ə) buyurur: “Sağlamlıq – ən böyük nemətdir”.
3. Axirət. Həzrət Peyğəmbər (s) buyurur: “İnsan üçün heç bir hədiyyə, ölüm hədiyyəsi kimi üstün deyildir. Çünki insanın bütün varlığı ölümdən ləzzət alar və öləndən sonra övliya və nəbiləri görər, onlarla məhşur olar”.
4. Ağıl. İmam Sadiq (ə) buyurur: “O zaman ki, Allah əqli xəlq edir, buyurur: İzzət və cəlalıma and olsun ki, elə mövcud xəlq etməmişəm ki, Mənim yanımda səndən daha əziz olsun”...
Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur!!
Ey iman gətirənlər! Allaha itaət edin, onun Rəsuluna və öz əmr sahiblərinizə itaət edin. [Nisa, ayə 59
İmam Əli (ə) buyurub: “Ağıllı adama itaət et ki, xeyir görəsən. Nadanın sözünə qulaq asma ki, salamat qalasan.”
“Elmə itaət et və nadanlığa tabe olma ki, nicat tapasan.” “Məxluqa itaət edib Yaradana itaətsizlik göstərənin dini yoxdur.”
“Özündən yuxarıdakına itaət et ki, səndən aşağıda olan da sənə itaət etsin.”
İmam Hadi (ə) buyurub: “Kim öz məhəbbət və fikrini sənin ixtiyarına versə, sən də öz itaətini onun ixtiyarına ver.”
İnsana lazım olan 4 elm hansılardır?! İmam Kazimin (ə) hədisi
İmam Kazım (ə) buyurur: “İnsanların bütün elmini dörd sahədə araşdırdım:
1. Biricisi budur ki, Pərvərdigarını və Xaliqini tanıyasan. Onu tanımağa elm əldə edəsən.
2. İkincisi – dərk edəsən ki, sənin varlığın və həyatının davamlı olması üçün hansı işlər görülmüşdür.
3. Üçüncüsü – biləsən ki, nə üçün yaradılmısan və məqsəd nə olmuşdur.
4. Dördüncüsü – səni din və etiqadından mərhum edən səbəblərə mərifət əldə edəsən. (Yəni, xoşbəxtlik və bədbəxtlik yolunu tanıyasan. Cəmiyyətdə gözü yumulu halda hərəkət etməyəsən)”.
“La ilahə illəllah”ın həqiqətini dərk etmisənmi?
Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur.
Biz “La ilahə illəllah”, “Allahdan başaq məbud yoxdur”, “Allah təkdir”, “Allah birdir”, “Yalnız Allaha güvənirəm” kimi sözləlri demək olar ki, hər gün eşidirik. Amma özümüzə çox az sual vermişik ki, özümüz və ya hansısa bir insan öz ruh və vücudunun dərinliyində axtarış aparıbmı ki, həqiqətən də onun həyatında Allahdan başqa bir pənahı, Allahdan başqasının bir sığınacaq yeri var ya yox? Məsələn, bir çıxılmaz vəziyyət, böhran, giriftarlıqlar girdabına düşəndə ilk yadına düşən kim olur? Kimdən istəyir ki, bu problem və çətinliklərini həll etsin? Bu sualın cavabı bizim “La ilahə illəllah” (“Allahdan başaq məbud yoxdur”) söyləməyimizdə nə qədər haqlı və səmimi olduğumuzu göstərəcəkdir...