Bu 7 yaşlı adam kim idi ki, mömini belə heyrətə gətirdi?


Abdullah ibni Mübarək nəql edir: “Bir il həcc üçün Məkkəyə yollandım və yeddi yaşlı bir uşaq gördüm ki, miniyi olmadan karvanın yanında hərəkət edir. Onun yanına gedib, salam verdim və dedim: “Bu uzun yolu nə ilə gedəcəksən?”.

Dedi: “Mükafat verən Allahımla. Azuqəm – təqvadır və miniyim – iki ayaqlarımdır. Niyyətim – mənim mövlam olan Allahdır”.

Bu sözləri bu yaşda uşaqdan eşitmək mənə təəccüblü gəldi və dedim: “Hansı tayfadansan?”.
Dedi: “Haşimi”.
Dedim: “Haşimilərin hansı qolundansan?”.

Dedi: “Ələvi Fatimiyyə”.
Dedim: “Ey mənim sərvərim! Mənə bir şeir deyərsənmi ki, ondan bəhrə aparım?”. Buyurdu: “Bəli”.

Sonra mənim üçün bir şeir oxudu ki, məzmunu belə idi: “Biz behiştin Kövsər hovuzunun kənarında onun gözətçiləriyik. Onun suyunu daxil olanlara içizdiririk. O kəs ki, xilas olmaq tələbindədir, bu yol bizdən başqası ilə həyata keçməz. O kəsin ki, azuqəsi bizim dostluğumuzdur – heç bir zaman ziyan etməz”.

Abdullah nəql edir: “Mən o uşağı Məkkəyə çatana qədər görmədim və həcc mərasimindən sonra Məkkənin ətrafına getmişdim. Bir dəstə insanı gördüm ki, bir şəxsi əhatəyə almışdır. İrəli getdim ki, görüm bu şəxs kimdir, gördüm ki, həmin uşaqdır”.

Soruşdum: “O, kimdir?”. Dedilər: “Bu şəxs – Əli ibni Hüseyndir (ə)”./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter