Peyğəmbərimiz (s) yeməyi sağ əllə yeməyimizi istəmişdir?!
Peyğəmbəri-Əkrəm (s) başqa işlərdə olduğu kimi, yemək yeyəndə və su içəndə də Allahın adını çəkərdi. Həzrət (s) buyurur: “Yeməkdə əgər dörd xasiyyət olarsa, kamil olar: halal olar, ondan yeyən əllərin sayı çox olar, Bismillah kəlməsi ilə başlayar, həmdlə sonlanar”. Həzrətin (s) qarşısına yemək qoyulan zaman buyurardı: “Bismillah. Allah bunu şükür ediləsi nemətlərdən qərar ver ki, onun vasitəsilə behiştə çataq”. Ya da buyurardı: “Bismillah. Allah bizə verdiyin ruziyə bərəkət ver və onu davamlı et”.
Bu hədisdə maraqlı nöqtə odur ki, Peyğəmbəri-Əkrəm (s) yeməyə başlamamışdan qabaq əllərini qaldırar və dua edərdi. Həzrət (s) hətta su içən zaman belə Allahın adını çəkər və sonda da həmd edərdi. Suyu üç nəfəsə içərdi. Ona görə də üç Bismillah və üç dəfə də həmd deyərdi. Su içməyə başlayan zaman belə buyurardı: “Həmd olsun o Allaha ki, suyu yerə nazil edər. Allahın adı ilə ki, ən gözəl addır”...
Əziz Peyğəmbərimizin (s) gözəl əxlaqından bəzi nümunələr!
Həzrət Peyğəmbərin (s) gözəl əxlaqlarının siyahısını tutublar ki, onlardan bəzilərinə işarə edək.
1. Ayaqqabısını özü yamayardı.
2. Paltarına yamaq vurardı.
3. Qoyunu özü sağardı.
4. Qullarla birlikdə yemək yeyərdi.
5. Torpağın üstündə əyləşərdi.
6. Həyası mane olardı ki, ehtiyacı olan şeyləri bazardan alsın.
7. Minik kimi uzunqulaqdan istifadə edərdi.
8. Zənginlər və yoxsullara əl verərdi və əlini o zamana qədər çəkməzdi ki, qarşı tərəf çəkərdi.
Hacətini üç nəfərdən qeyrisinə söyləmək olmaz?!
Ənsarlardan olan bir nəfər İmam Hüseynin (ə) yanına gəlr ki, ondan maddi yardım istəsin. İmam Hüseyn (ə) buyurur: “Ey ənsar qardaş! Abır və şəxsiyyətini qoru. İstəyini bir məktubda yaz ki, mən də Allahın istəyi ilə sənin sevincinə səbəb olan şeyi yerinə yetirim”. Ənsar məktubda yazır: “Ey Hüseyn! Filankəsə 500 dinar borcluyam. Məndən borcumu verməsini istəyir. Onunla söhbət et ki, pulum olana qədər səbir etsin”.
İmam Hüseyn (ə) bu məktubu oxuyan kimi evinə gedir və içərisində min dinar olan pul kisəsini götürür və onu həmin kişiyə verir və buyurur: “500 dinar ilə borcunu qaytar və qalan 500 dinar ilə həyatını sahmana sal. Hacətini üç nəfərdən qeyrisinə demə: 1. Dindar. 2. Səxavətli. 3. Ailə nəcibliyinə malik olan.
Allaha ən üstün ibadət etmək, bu amildən keçir?!
Bir nəfər İmam Baqirin (ə) xidmətinə gəlir və deyir: “Mən ibadətdə çox da səy göstərmirəm. Müstəhəb namaz və oruc əhlindən deyiləm. Ancaq vacibatlarla kifayətlənirəm.
Haram tikədən əl çəkmişəm”. İmam (ə) ona buyurur: “Hansı səy qarın və şəhvət iffətini qorumaqdan daha üstündür”.
Ona görə də deyə bilərik ki, qarını haram tikədən qorumaq və haram qazanca yol verməmək böyük əhəmiyyətə malik olan əməllərdəndir. Ona görədir ki, İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – qarın və şəhvəti haramdan qorumaqdır”. Həzrət Baqir (ə) başqa yerdə buyurur: “Allah, qarın və şəhvəti haramdan qorumaq kimi üstün ibadətlə ibadət olunmamışdır”...
İmanla yəqin arasında nə qədər fasilə vardır? – İmam Hüseynin (ə) 6 suala cavabı
Bir nəfər İmam Hüseynin (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Sualım vardır”. İmam (ə) buyurur: “Soruş”. Həmin şəxs deyir: “İmanla yəqin arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Dörd barmaq qədər. İman o şeydir ki, eşidəsən, yəqin o şeydir ki, görəsən. Gözlə qulaq arasında dörd barmaq fasilə vardır”.
Soruşur: “Yerlə göy arasında nə qədər fasilə vardır?. İmam (ə) buyurur: “Bir duanın yerinə yetməsi qədər”.
Soruşur: “Şərqlə qərb arasında nə qədər fasilə vardır?”. İmam (ə) buyurur: “Günəşin bir gün seyr etməsi qədər”.
Soruşur: “İnsanın izzəti nədədir?”. İmam (ə) buyurur: “İnsanlardan ehtiyacsız olmaqda”...
Niyə İmam Hüseyn (ə) İmam Həsəndən (ə) 1 dinar az ehsan etdi?
İbni Qətiyyə nəql edir: “Bir nəfər İmam Həsənin (ə) yanına gəlir və Həzrətdən (ə) yardım istəyir. Həzrət (ə) buyurur: “(Verməli olduğum yardım) Məgər ağır borc, ya xar edən yoxsulluq və ya əda etməli olduğun diyədir ki, rüsvaylığa səbəb olar?”. Həmin şəxs deyir: “Onlardan biri üçün sizin xidmətinizə gəlmişəm”.
İmam (ə) əmr edir ki, ona yüz dinar pul versinlər. Həmin şəxs sonra İmam Hüseynin (ə) xidmətinə gedir və yardım istəyir. İmam (ə) da qardaşının dediyi sözləri təkrar edir, həmin cavabı eşidir. İmamHüseyn (ə) həmin şəxsdən soruşur: “Qardaşım sənə nə qədər (pul) vermişdir?”. Həmin şəxs deyir: “Yüz dinar”. İmam Hüseyn (ə) əmr edir ki, ona 99 dinar versinlər. Çünki ehtiram qoymaq baxımından, qardaşıilə bərabərlik etmək istəmirdi”.
Günahların hücum etməsinin qarşısını necə almaq olar?
Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın! \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97).
İzah: ... Allahın lütf və mərhəmətinə ehtiyac var. Buna görə də yaxşı olar ki, qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın və bununla da nəfsin vəsvəsə hədəfindən, İblisin gizli və aşkar hiylələrindən amanda qalsın. Ucb, qürur, təkəbbür və qəflət insana Allahı və layiqli Quran tilavətini unutduran ən mühüm amillərdir.
Hədis: İmam Sadiq (ə): “Günah qapılarını istiazə ilə (Şeytandan Allaha sığınmaqla) bağlayın və itaət qapılarını Allahın adı ilə açın.” (Dəəvat, Ravəndi, səh. 52, hədis: 130).
Allah-Taala (c.c) insanı yaratdıqda bəşər üçün hansı məqsədi nəzərə almışdır?!
Hədis: İmam Əli (ə): Allah-Taala buyurmuşdur: “Ey Adəm övladı! Səni mənfəət əldə etmək üçün yaratmadım. Əksinə, səni yaratdım ki, məndən faydalanasan. Elə isə hər şeyin əvəzinə Məni seç. Çünki Mən hər şeyin əvəzinə sənin haminəm.” (Şərhi-Nəhcül-bəlağə, c. 2, səh. 319, hədis: 665).
Məlumdur ki, Allah-Taala mütləq mənada zəngin və ehtiyacsızdır. Sözügedən məqsəd də Onun ehtiyacsız zatı ilə əlaqəli deyil. Əksinə, Rəbbi qarşısında xuzu və xuşu ilə öz yaradılışının təkamül nöqtəsinə çatmalı və Onun dərgahına yaxınlaşmalı olan insandır. Başqa sözlə, dünyanı yaratmaq Allaha hər hansı bir mənfəət vermir. Əksinə, bu hədəf bəndələrin özünə aiddir.
Qurani-Kərimdə \"Fəhşa\" kəlməsi dedikdə nə başa düşülür?
\"Möminlər arasında iyrənc işlərin yayılmasını istəyənlər üçün dünyada və axirətdə acılı-ağrılı bir əzab vardır. Allah (onları) tanıyır, siz isə tanımırsınız.\" (Nur, 19).
İzah: “Fəhşa”nın yayılması bu gün – kütləvi informasiya vasitələrinin inkişaf etməsi ilə – təəssüf ki, daha çox rast gəlinən günahlardandır. “Fəhşa” dedikdə hər növ aşkar və böyük günah nəzərdə tutulur. Başqalarının sirlərini və gizli eyiblərini ifşa etmək nəinki onların şəxsi toxunulmazlıq hüququnu pozmaq, hətta günaha ümumi (ictimai) yön verməkdir. Yəni cəmiyyətdə bədbinliyi yayır, bir çox günahların qəbahətini aradan qaldırır və cəmiyyəti əxlaqi təhlükə və həyasızlıqla üz-üzə qoyur. Əslində “Fəhşa”nı yaymaq qeyri-müstəqim olaraq əxlaq normalarını hədəfə alır...
Nə üçün Şeytandan (lən) Allah-Taalaya sığınmaq vacibdir?!
\"De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”\" (Muminun, 97-98).
İzah: Şeytanın vəsvəsələrindən xilas olmaq üçün Allaha sığınmaqdan başqa bir yol yoxdur. Şeytan insanların aşkar düşmənidir və onları doğru yoldan azdırmağa and içmişdir. Bu qatı düşmən həm güclü vasitələrə və orduya, həm görünməmək və s. kimi xüsusi bacarığa malikdir, həm də hamını aldatmaq yollarını mükəmməl bilir. Bütün bunlara nəzərən insanın belə bir düşmənə məğlub olması mütləqdir...