“La ilahə illəllah”ın həqiqətini dərk etmisənmi?


Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur.

Biz “La ilahə illəllah”, “Allahdan başaq məbud yoxdur”, “Allah təkdir”, “Allah birdir”, “Yalnız Allaha güvənirəm” kimi sözləlri demək olar ki, hər gün eşidirik. Amma özümüzə çox az sual vermişik ki, özümüz və ya hansısa bir insan öz ruh və vücudunun dərinliyində axtarış aparıbmı ki, həqiqətən də onun həyatında Allahdan başqa bir pənahı, Allahdan başqasının bir sığınacaq yeri var ya yox?

Məsələn, bir çıxılmaz vəziyyət, böhran, giriftarlıqlar girdabına düşəndə ilk yadına düşən kim olur? Kimdən istəyir ki, bu problem və çətinliklərini həll etsin? Bu sualın cavabı bizim “La ilahə illəllah” (“Allahdan başaq məbud yoxdur”) söyləməyimizdə nə qədər haqlı və səmimi olduğumuzu göstərəcəkdir.

Bu sözü dilinə gətirən insan həqiqətdə demək istəyir ki, Allahdan başqa bir ümüd yeri, sığınacaq və pənahı yoxdur. Bu sözləri qəlbində yox, yalız dilinin ucunda deyən, zehnində ancaq bir məfhum kimi ona yanaşanlar həyatlarında sübuta yetirə biləməyəcəklər ki, Allahdan başaq məbud və pənahı yoxdur. Onlar başqalarını pənah və sığınacaq olaraq seçəcək, baxacaq və qəbul edəcəklər. Buna görə də, diləncilərdən dilənəcəklər. Gədaların yanında gədalıq edəcəklər. Öz ehtiyaclarını ödəmək üçün elə ehtiyaclılardan da kömək umacaqlar./ahliman.info


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter