Peyğəmbəri (s) görmədən, ona iman gətirənin fəziləti nə həddədir?!
Allahın Peyğəmbəri (s) buyurub: «Məni görən şəxsin iman gətirməsi təəccüblü deyil. Əksinə, yazılı vərəqləri görüb əvvəlindən axırına kimi ona iman gətirənlərin iman gətirmələri təəccüblüdür».
Allahın Peyğəmbəri (s) yenə buyurub: «Qardaşlarımı nə vaxt görəcəyəm?». Soruşdular: «Məgər biz sizin qardaşlarınız deyilik?».
Buyurdu: «Siz mənim səhabələrimsiniz. Mənim qardaşlarım – mənə görmədən iman gətirən kəslərdir. Onları görmək şövqündəyəm»./Deyerler.