Aqilə -Düşüncəli insana - vacib olan 4 əməl hansılardır?!


Həzrət Peyğəmbər (s) buyurur: “Ümmətimin hər bir aqil insanına dörd şey vacibdir”. Soruşurlar ki, bu dörd şey nədir? Buyurur: “Elmə qulaq asmaq, (elmi) saxlamaq (qorumaq), (elmi) yaymaq və ona əməl etmək”. (Avini)

-İmam Əli (ə) buyurub: «İnsanın elmi artanda ədəbi çoxalar və onda olan Allah qorxusu bir neçə dəfə artar».
-Allahın Peyğəmbəri (s) buyurub: «Alimin bir saat yatağına dirsəklənib öz elmini və işlərini nəzərdən keçirməsi, abidin yetmiş il ibadətindən yaxşıdır».

İmam Baqir (ə) buyurub: «Öz elmindən bəhrələnən alim, yetmiş min abiddən daha yaxşıdır».
Allahın Peyğəmbəri (s) buyurub: «Elm öyrənmək hər bir müsəlmana vacibdir. Bilin ki, Allah elmin ardınca düşənləri sevər».

İmam Əli (ə) buyurub: «Elmin meyvəsi itaətdir».

Allahın Peyğəmbəri (s) buyurub: «Sizə bağışlayanların ən mərhəmətlisindən xəbər verimmi? Allah bağışlayanların ən mərhəmətlisidir. Mən Adəm övladlarının bağışlayanlarının ən mərhəmətlisiyəm. Məndən sonra sizlərin ən mərhəmətlisi, elm öyrədən və bu yolla elmi yayılan kimsədir. O, Qiyamət günündə təkbaşına, sanki bir ümmət və eləcə də Allah yolunda öldürülmək üçün canbazlıq edən kimsə kimi dirildiləcək».

İmam Əli (ə) buyurub: «Elmin meyvəsi, ondan istifadə etməkdir»./Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter