Əhli-Beyt (ə) davamçıları son nəfəslərində kimləri görərlər?


Nəql edilir ki, bir dəstə İmam Sadiqin (ə) xidmətində idilər. Söhbət Əhli-Beyt (ə) davamçılarından düşdü. İmam Sadiq (ə) buyurdu:“Bizim davamçılarımız ömürlərinin sonunda elə şeyləri görürlər ki, gözləri o şeyləri görməklə aydın olur və şad olurlar”. Orada olanlardan biri soruşur: “Hansı şeyi görərlər?”, Bu sualı bir neçə dəfə təkrar edir, ancaq İmam (ə) hər dəfəsində buyurur: “Görərlər”. Nəhayət İmam (ə) həmin sual verən şəxsi yanına çağırır və buyurur: “Sanki nə gördüklərini bilmək üçün təkid edirsən?”. O, dedi: “Bəli”. Sonra ağladı.
İmam (ə) onun halına diqqət etdi və buyurdu: “O, iki nəfəri görər”. Həmin adam yenə soruşur: “Hansı iki nəfəri?”. İmam (ə) buyurur: “Peyğəmbəri (s) və İmam Əlini (ə). Elə bir mömin yoxdur ki, məgər o halda ki, ömrünün son anında bu iki böyük insanı görər, ona müjdə verərlər. Bu mövzunu Allah Quranda bəyan etmişdir.


Salman Farsini uca məqama qaldıran 3 xüsusiyyət hansılardır?!


Mənsur ibni Bəzrəc nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Mən sizdən çox eşidirəm ki, daima Salman Farsini yada salırsınız”. Həzrət (ə) buyurdu: “Salman Farsi demə! Salman Muhəmmədi (de)! Bilirsənmi ki, niyə onu tez-tez yada salıram? Üç səbəbə görə...”.
1. İmam (ə) buyurur ki, Salman Farsinin İmamın (ə) yadında qalmasının səbəbi odur ki, o, həmişə İmam Əlinin (ə) istəklərini öz istəklərindən üstün hesab edərdi. O, yaxşı bilirdi ki, İmamı (ə) ondan nə istəyir.
2. Salman Farsi həmişə yoxsul və ehtiyaclı insanları zəngin insanlardan üstün tutmuşdur. Qohumları, rəfiqləri arasında hər kimin ehtiyacı vardırsa, əvvəl onlara yardım edərdi, sonra zəngin olanlara. Yoxsulların məclisində iştirak etməyi zənginlərin məclisindən daha üstün bilərdi...


Hz Peyğəmbərin (s) səhabəsi Səlman öləndən öncə hansı məsələlər haqda tövsiyə etdi?!


Nəql olunur ki, Salman can verən zaman müsəlmanlara üç tövsiyə vermişdir: Üç yerdə Allahı yada salın:
1. Nə zaman bir işdə qərar vermək istəsəniz. 2. Nə zaman bir məsələdə hökm vermək istəsəniz. 3. Nə zaman bir şeyi bölmək istəyərkən”.
İmam Əlinin (ə) səhabələrindən olan Əsbəğ ibni Bənabə nəql edir: “O zaman ki, Salman dünyasını dəyişdi, biz onun cənazəsini qəbrə qoymazdan əvvəl ata minən qəmli bir insan bizə tərəf gəldi və salam verdi. Buyurdu: “Salmanın cənazəsini hazırlamaqda tələsin”.
O, bütün lazım olan şeyləri gətirmişdi və biz də ona yardım etdik. Bu işləri görəndən sonra cənazəyə namaz qıldı və cənazəni dəfn etdik. O, kişi İmam Əli (ə) idi, Salmanı dəfn etmək üçün Kufədən Mədainə gəlmişdi.


İmam Hüseynin (ə) ziyarətinə piyada gedən şəxsin savabı!


Bəşir Dəhhan İmam Sadiqdən (ə) nəql edir: \"İmam Hüseynin (ə) ziyarəti üçün evindən çıxan şəxsin ilk addımında günahları üçün bağışlanma var. Çatana qədər hər addımla müqəddəsləşər. Oraya catdıqda Uca Allah ona belə xitab edər: \"Ey bəndəm, Məndən dilə, əta edim! Məni çağır, cavab verim! İstə, verim! Ehtiyacını söylə, aradan qaldırım!\". İmam Sadiq (ə) buyurdu: \"Onun bu yolda sərf etdiyinin hər birinin əvəzini qaytarmaq – Allah üzərində bir haqdır\"”.
Digər hədislərdə Məsumlar (ə) tərəfindən deyilib ki: \"Atdığı hər addıma görə yaxşı əməllərini qat-qat artırarlar, hər addımına görə min savab yazılar, min günahı silinər və dərəcəsi min dəfə artırılar, Uca Allah onun hər atdığı addımına ayağının hər dəfə qaldırıb yerə qoymasına İsmail (ə) övladlarından bir qul azad etməyin savabını yazar\".


İmam Hüseynin (ə) katibi Əsləm ibn Əmr necə şəhid oldu?


Əsləm ibn Əmr İmam Hüseynin (ə) qardaşı İmam Həsənin (ə) şəhadətindən sonra xidmətə götürdüyü insandır. İmam Hüseyn (ə) onu İmam Səccada (ə) bağışladı. (Erfan)
Əsləmin peşəsi İmam Hüseynin (ə) katibliyini etmək idi. İmam Hüseyn (ə) Mədinədən Məkkəyə hərəkət edən zaman o, da İmamın (ə) onun bayrağı altında olan ənsarlardan idi. Sonra da İmamla (ə) bir yerdə Kərbəlaya gəlir. O, Aşura günü şəhid olur.
Bu vəfadar qul döyüşə getmək icazəsini almaq üçün İmamın (ə) yanına gəlir. Həzrət (ə) buyurur: “Oğlum Səccaddan (ə) izn istə”. O, İmam Səccaddan (ə) izn alır və hərəm əhli ilə vidalaşır. Sonra döyüş meydanına tələsir və 70 nəfəri cəhənnəmə göndərir.


İmam Hüseyn (ə), Müslimin şəhadət xəbərini eşidən zaman nə dedi?


İmamın (ə) karvanı Zəbalə adlı məkana gəlib çatan zaman Müslimin şəhadət xəbəri İmama (ə) çatdırılır. İmam (ə) bu xəbəri öz səhabələrinə çatdırır.
O kəslər ki, dünyapərəst idilər, bu xəbəri eşidən zaman İmamın (ə) ətrafından dağılmağa başladılar. Karvanda İmamın (ə) ailəsi və ən yaxın səhabələri qaldı. Hədisi nəql edən yazır: “O zaman ki, Müslimin şəhadət xəbəri gəlib çatır, ağlamaq səsləri səhranı bürüyür. Sonra İmam (ə), Allahın dəvət etdiyi məqsidinə tərəf hərəkət etməyə başlayır.
Fərzəd adlı şair İmamın (ə) xidmətinə gəlir və deyir: “Ey Peyğəmbər (s) övladı! Niyə Kufə əhlinə etimad edirsən? Onlar sənin əmin oğlu Müslimi və yoldaşlarını öldürüblər”.
Bu zaman İmamın (ə) gözlərindən yaş axmağa başladı. Həzrət (ə) buyurdu: “Allah Müslimə rəhmət etsin. O, Allahın behişt və rizvanına çatdı. Müslim öhdəsində olan vəzifəsini yerinə yetirdi. İndi bizim növbəmizdir ki, bizim boynumuzda olana əməl edək”.


İmam Əlinin (ə) ordusunda vuruşan, Kərbəlada şəhid olan, İmam Zaman ağanın (ə.f) duasında adı çəkilən səhabə kimdir?!


Cunadə o igidlərdən idi ki, Siffeyn döyüşündə Əmirəl-möminin (ə) bayrağı altında döyüşürdü. O, Kufədə Müslimlə beyət edir və Əmr ibni Xalid, Nafəh ibni Həlal, Məcmə ibni Abdullahla bir yerdə İmam Hüseynin (ə) ordusuna qoşulur. Bu dörd dost İmamın (ə) yanına gələn zaman Hürr onları görüb İmama (ə) demişdi ki, mən gərək onları həbs edim, ya da gərək geri qayıtsınlar. İmam (ə) cavabında buyurmuşdur ki, onlar mənim dostlarımdır və mənimlə gələn insanlar kimidirlər. Onları elə himayə edərəm ki, özümü o cür himayə edirəm. Nə zaman bu fikirdə olsan, səninlə işim olmaz, əks halda səninlə vuruşaram”. Hürr İmamın (ə) bu müdafiəsini görüb, geri çəkilmişdi...


Həzrət Abbasın (ə) həyat yoldaşı və övladları da Kərbəlada idi...


Kərbəla vaqiəsinin Ələmdarı və Babəl-həvahic olan Həzrət Əbülfəzl Abbasın (ə) ancaq bir həyat yoldaşı olmuşdur ki, adı Ləbabə olmuşdur. O, Ubeydullah ibni Abbasın qızı idi.
O, şərif bir ailədən olan iffətli xanım idi. Öz zamanının ən yaxşı banularından olmuşdur. İmam Əlini (ə) sevənlərdən idi. Ləbabənin Həzrət Abbasdan beş oğlu və bir qızı olur. Ləbabə də Kərbəlada iştirak etmişdir və Qasim adlı oğlu şəhid olmuşdur. Başqa əsirlərlə birlikdə o, da əziyyətlərə məruz qalmışdır. Əsirləri azad etdikdən sonra isə Mədinəyə qayıtmışdır.
Bu qanlı hadisədən sonra Ləbabə həm gündüzləri və həm də gecələri ağlayardı. Ona görə də xəstələnib 28 yaşında dünyasını dəyişir. Övladları nənələri Ümmil-bənin tərəfindən tərbiyə olunmuş və yetişdirilmişdilər. Bu uşaqlara himayə etmək İmam Səccadın (ə) öhdəsinədüşmüşdür.


İmam Hüseyn (ə) səhabələrini fərqləndirən 6 xüsusiyyət hansılardır?


İmam Hüseynlə (ə) çiyin-çiyinə vuruşan səhabələrin sayı az olsa da, onların malik olduğu sifətlər hər kəsdə tapılmaz. Bu, elə sifətlərdir ki, onların adını tarixə həkk etmiş və başqa şəhidlərdən üstün etmişdir.
1. Ən yaxşı dost idilər. O zaman ki, Tasua gecəsi gəlib çatır, İmam (ə) əmr edir ki, çıraqları söndürsünlər və hər kim ki, bu döyüşdə iştirak etmək istəmir – çıxıb getsin. İşıqları yandıran zaman İmamın (ə) ancaq ən yaxın dostları yanında qalır. Ona görə də İmam (ə) buyurur: “Mən öz dostlarımdan daha yaxşı olanının sorağını almamışam”.
2. Yəqinlik qalasına qalxanlar. İmamın (ə) bu yaxın səhabələri kor-koranə deyil, məhz elm və agahlıq üzərindən İmama (ə) etiqad bəsləyir və onun ardınca gedirdilər. Çünki onlar yəqinlik dərəcəsinə çatmış insanlar idilər. Onlar öləcəklərini bilsələr də, bu yolda tərəddüd etmir və irəli gedirdilər ...


İmam Baqir(ə) Əhli-Beyt (ə) davamçılarına hansı müjdəli xəbəri verir?!


“Kafi” kitabında oxuyuruq ki, Həkəm ibni Utəybə nəql edir: “İmam Baqirin (ə) xidmətində idim və otaq cəmiyyətlə dolu idi. Anidən bir qoca kişi əsasına söykənərək, otağa daxil oldu və dedi: “Əssəlamu əleykə, ya ibni Rəsulallah” və sonra sükut etdi. İmam (ə) da salamının cavabını verdi. Sonra qoca kişi orada olan cəmiyyətə üz tutub, onlara da salam verdi. Hamı salamın cavabını aldılar. Qoca üzünü İmama (ə) çevirib dedi: “Ya ibni Rəsulallah! Məni öz yanında əyləşdir, qurbanın olum. Allaha and olsun ki, mən sizi və sizin sevdiyiniz kəsləri sevirəm. Sizin düşməninizlə düşmənəm və ondan kənarlaşıram. Allaha and olsun ki, bu nifrət və düşmənçilik də şəxsi deyildir. Allaha and olsun ki, sizin halalınızı halal və haramınızı haram bilirəm. Sizin ədalət hökumətinizin bərpa olmasının intizarındayam. Bu əqidə ilə nicat tapmağım üçün ümid vardırmı?”...


��? G��?rc��?stan - ����slami T��?hqiqat qrupu 2012 . Flag Counter