İmam Əli (ə) səhabəsi olan Abdullah ibni Yəhyanın anidən yıxılmasını necə izah etdi?!


Abdullah ibni Yəhya Əmirəl-möminin (ə) məclisinə daxil olur. Həzrətin (ə) qarşısında taxta parçası var idi. Həzrət (ə) buyurur ki, onun üzərində əyləşsin. Anidən taxta dağıldı və Abdullah yerə yıxıldı. Başı yarıldı və qan axmağa başladı.

İmam (ə) göstəriş verir ki, su gətirsinlər və onun yarasını yusunlar. Sonra mübarək üzünü Abdullaha çevirib buyurdu: “Yaxına gəl!”.

Sonra mübarək əlini onun yarasının üzərinə qoyur. Abdullah əvvəl çox ağrı hiss edir, amma sonra şəfa tapır.


Həzrət (ə) buyurur: “Şükür olsun o Allaha ki, bizim ardıcıllarımızın günahını dünyada xoşagəlməz hadisələrlə yuyar və pak edər”.

Abdullah deyir: “Ey Əmirəl-möminin! Məni agah edin ki, hansı günaha düçar olmuşam ki, bu xoşagəlməz hadisə başıma gəlmişdir? Onu bir daha təkrar etməyim”.



Həzrət (ə) buyurur: “O zaman ki, əyləşdin, “Bismilləhir-Rahmənir-Rahim!” demədin. Məgər bilmirsən ki, Peyğəmbər (s) Allah haqqında belə buyurmuşdur: “O əhəmiyyətli işdə ki, “Bismillah” deyilməzsə, yarımcıq və azibətsiz qalar””.

Abdullah deyir: “Qurbanın olum, indən sonra bu əməli təkrar etməyəcəyəm”. İmam (ə) buyurur: “Bu zaman səadətli olacaqsan”./Deyerler.org/


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter