İmam Hüseynin (ə) ziyarətinə piyada gedən şəxsin savabı!
Əbul-Qasim Cəfər ibn Muhəmməd ibn Qavləveyh Qummi öz sənədləri ilə nəql edir: “Hüseyn ibn Suveyr ibn Əbu Faxitə İmam Sadiqin (ə) ona belə dediyini nəql edir: \"Ey Hüseyn, kim piyada olaraq evindən İmam Hüseynin (ə) qəbrini ziyarət üçün çıxsa, Uca Allah onun hər atdığı addımına bir savab yazar və bir günahını pozar.
Gəlib müqəddəs məzara yetişdikdə isə onun adını nicat tapanların və uğur qazananların siyahısına qeyd edər.
Orada ibadətlərini başa vurduqda isə adını qələbə çalanların siyahısına yazar.
Evinə qayıtmaq istədikdə isə bir mələk gəlib ona deyər: \"Peyğəmbər (s) sənə salam deyir və buyurur: \"Əməllərinə yenidən başla, həqiqətən də sənin keçmiş günahların bağışlandı\"””.
Bəşir Dəhhan İmam Sadiqdən (ə) nəql edir: \"İmam Hüseynin (ə) ziyarəti üçün evindən çıxan şəxsin ilk addımında günahları üçün bağışlanma var. Çatana qədər hər addımla müqəddəsləşər. Oraya catdıqda Uca Allah ona belə xitab edər: \"Ey bəndəm, Məndən dilə, əta edim! Məni çağır, cavab verim! İstə, verim! Ehtiyacını söylə, aradan qaldırım!\".
mam Sadiq (ə) buyurdu: \"Onun bu yolda sərf etdiyinin hər birinin əvəzini qaytarmaq – Allah üzərində bir haqdır\"”.
Digər hədislərdə Məsumlar (ə) tərəfindən deyilib ki: \"Atdığı hər addıma görə yaxşı əməllərini qat-qat artırarlar, hər addımına görə min savab yazılar, min günahı silinər və dərəcəsi min dəfə artırılar, Uca Allah onun hər atdığı addımına ayağının hər dəfə qaldırıb yerə qoymasına İsmail (ə) övladlarından bir qul azad etməyin savabını yazar\".
Xoş olsun Ərbəin ziyarətinə piyada gedən şəxslərin halına!
(Mənbə: \"Kamiluz-Ziyarat\", 49-cu bab) -- Hazırladı: Elnur Əlizadə, Dəyərlər”in oxucusu