İmam Cəfər Sadiq (ə.) Səhabəsi HƏMMADA Namazı hansı şəri və mənəvi qaydada qılmağı öyrətdi?!


İmam Cəfər Sadiqin (ə.) Həmmad adındakı bir yaxın dostu rəvayət etmişdir ki: \"Bir gün İmam Sadiq (ə.): \"Mənə ey Həmmad, düzgün tərtibi ilə namaz qıla bilirsənmi?” –deyə soruşdu. Mən: \"Ey Ağam, Harizin namaz haqqındakı kitabını əzbər bilirəm”-dedim.
İmam (ə.): \"Xeyr, belə olmaz; Qalx namaz qıl, baxaq”-deyə buyurdu.
Həmmad deyir: Bu zaman, mən qalxıb, İmamın qarşısında qibləyə yönəldim və namaza başlayıb ruku və səcdələri yerinə yetirdim.
İmam (ə.), mənim namaz qılmağımı seyr etdikdən sonra belə buyurdu: \"Ey Həmmad, gözəl namaz qıla bilmirsən. Sizlərdən biri altmış və ya yetmiş yaşına çatdığı halda, hələ də bir namazı bütün qaydası ilə, tam olaraq yerinə yetirə bilməməsi, necə də pisdir.”
Həmmad deyir: Bu sözlər mənə təsir edərək ruhumu sirkələdi və İmama: \"Canım sənə fəda olsun, belədirsə özünüz mənə namaz qılmağı öyrədin”-dedim...


İSLAM PEYĞƏMBƏRİ (s) səhabələrini QEYLULƏ yuxusunu yatmağa həvəsləndirərdi?!


Peyğəmbər sünnəsində rast gəlinən əməllərdən biri də qeylulə yuxusudur. Qeylulə – günorta vaxtı, zöhrdən əvvəl dincəlmək məqsədi ilə qısa müddətli yatmağa deyilir. Peyğəmbər qeylulə yuxusuna ciddi əməl edər və müsəlmanları da buna təşviq edərdi. Qeylulə yuxusu bədəndəki yorğunluğu aparır, hafizəni gücləndirir, zehni açır. Peyğəmbər buyururdu ki, gecə namazlarını qıla bilmək üçün qeylulədən faydalanın; yəni günorta yatın ki, gecə namazı üçün yuxudan oyana biləsiniz. Rəvayət edirlər ki, bir bədəvi ərəb yaddaşının get-gedə kütləşməsindən Peyğəmbərə şikayət etdi. Peyğəmbər ondan soruşdu ki, sən yəqin günortalar yatmağa adət etmisən, amma son vaxtlar bu adəti pozmusan. Ərəb həqiqətən belə olduğunu söylədi. Peyğəmbər ona məsləhət gördü ki, yenə günortalar qeylulə yuxusuna riayət etsin.


İmam Sadiqin(ə) kəlamının möcüzəliyi hansı tələbəsinin kitabında əks olunmuşdur?!


İmam Sadidiqin (ə) səhabə və tələbəsinə örgətdiyi elmi möcüzəliyi Tovhidi-Müfəzzəl kitabı da özünü əks etdirir:
İmam Sadiq (ə) bu heyrətamiz kitabda yaradılışın sirrini və fəlsəfəsini tam şəkildə bəyan etmişdir. Bu kitabda yerlə göy arasında olan məxluqatlar haqqında tam şəkildə bəhs olunur. İmamın buyurduğu e`cazkarlıqlardan bir neçəsini nümunə üçün zikr edirik:
1. İmam Sadiq (ə) balığın yaradılışında olan e`cazkarlıqlar haqqında buyurur: Balıq suyu ağzından alır və onu qulaqlarından xaric edir ki, başqa heyvanlar da havadan faydalansınlar. İmamın bu sözü bizə balığın havanın oksigenindən istifadə etməsini aşılayır. Amma bu fikri alimlər necə əsərlər sonra kəşf etdilər.
2. İmam (ə) ulduzlar və onların hərəkəti haqda danışanda, hər bir ulduz üçün iki cür hərəkət zikr edir. Bu iki hərəkəti qarışqanın, dəyirman daşının üstündə sol tərəfə, daşın sağ tərəfə hərəkət etməsinə bənzətmişdir. Bu vəziyyətdə daş sağ tərəfə fırlanır, amma qarışqanın daşla birlikdə fırlanmasına baxmayaraq o, sol tərəfə fırlanır.
İmamın (ə) bu misalından ulduzların fəzadakı vəziyyəti və yerini dəyişməsi anlaşılır. Əlbəttə İmam (ə) burda başqa mövzuları da təfsilatı ilə bəyan etmişdir.


İslam Peyğəmbəri (s) Bilal Həbəşini hansı xüsusiyyətlərinə görə azançı təyin etdi?!


... Bilal daim həzrət Peyğəmbərin (s) yanında olardı. Bütün səfərlərdə, müharibələrdə onu müşayiət edər, namaz vaxtı azan verərdi. Bilalın təkbir nidası ucalan kimi bütün allahpərəstlər məscidə axışar, cəm halda peyğəmbərə (s) iqtida edərdilər. Bilal namaz üçün azan verdikdən sonra həzrət Peyğəmbərin (s) qapısına gəlib təkrarlayardı: \"Həyyə ələs-səlat, Həyyə ələl-fəlah, ya rəsuləllah.” Peyğəmbəri gördükdən sonra namaz başlayanadək iqamə deyərdi.
Bilal vaxtı dəqiq müəyyənləşdirməyi bacaran bir azançı idi. Peyğəmbər (s) buyurmuşdur: \"Oruclarınızı Bilalın azanı ilə başlayıb, sona çatdırın, o, çox dəqiqdir.” Həzrət Peyğəmbər (s) Bilala deyərdi: \"Ey Bilal, azanınla könlümüzə sevinc bəxş et, azan de ki, namaza duraq.”
Bilal gecə sübh azanından bir qədər qabaq məscidə gələr, divarın kənarında əyləşib, səmanı seyr edərdi. O, Allahın tədbirləri haqqında düşünər və azandan qabaq raz-niyaz edərdi. Həzrət Peyğəmbərin (s) Bilala azan haqqında dedikləri onun xalisliyini, qəlbinin imanla dolu olmasını göstərir...


Kasıb bir müsəlmana izzətli yaşamaq üçün Hz Peyğəmbər (s) hansı göstəriişi buyurdu?!


Bir gün mədinəli kasıb bir müsəlman Peyğəmbərimizin yanına gələrək yemək üçün bir şey istədi..Peyğəmbər (s) o adamdan evində bir şey olub-olmamasını soruşdu..O da: - Evdə xırda bir xalça və su qabından başqa heç bir şey yoxdur. - dedi. Peyğəmbərimiz tez onları (xırda xalça və su qabı) gətirməsini əmr etdi..Adam deyilənləri gətirdikdə Allah Rəsulu yanındakılara:- Bu şeyləri pulla almaq istəyən varmı? - deyə soruşdu.. Səhabələrdən biri - Mən bir dirhəmə alaram - dedi..
Peyğəmbərimiz (sallallahu aleyhi va alihi va səlləm) daha çox pul təklif edən birisinə satacağını bildirdi..Başqa bir səhabənin iki dirhəmə almaq istədiyini görən Rasulullah, xırda xalça və su qabını ona satdı..Sonra isə, hüzuruna gələrək yardım istəyən adama belə dedi:- Bir dirhəm ilə evə yemək, geri qalan pula isə, bir balta al..Bu balta ilə odun doğrayıb sat..Dilənçilik etməkdənsə, öz əməyinlə qazan!.. Peyğəmbərin (s) sözünü dinləyən həmin səhabə bir həftə içində artıq on dirhəm qazanmışdı.


İmam Həsən (ə) şəhadətindən öncə səhabəsinə hansı nəsihətləri buyurdu?!


İmam Hesenin nesihetleri -O Həzrətin ömrünün son günlərində (vəfatından öncə xəstə olduğu ərəfədə) Cünadə ibn Əbi Üməyyə ona: Ey, Peyğəmbər övladı, mənə nəsihət et- deyə müraciət etdikdə, İmam (ə) buyurdu:
\"Bəli, (Ey Cünadə) səfərə çıxmağa (ölüm səfərinə) hazırlaş, əcəlin çatmazdan əvvəl azuqəni topla və bil ki, sən dünyanın (dünya malının) ardınca getdiyin halda ölüm də, sənin ardınca gəlir. Gələcək gününün fikrini, hazırda olduğun günündən əvvəl çəkmə”.
\"Bil ki, dünyanın halalında sorğu-sual, haramında cəza və şübhəli (halal və ya haram olması bilinməyən) şeylərdə isə töhmət vardır (yəni Axirətdə insanı dünyanın halal nemətlərindən istifadə etdiyinə görə sorğu-sual, haramlardan istifadə etdiyinə görə cəza və şübhəli şeylərdən istifadə etdiyinə görə isə töhmət, məzəmmət gözləyir)”...


Malik Əştər Hz Əli (ə)-ın dili ilə necə şəxsiyyət olaraq tanıtdırır?!


Malik Əştər Əli (əleyhissalam)-ın səmimi, pak və şücaətli dostlarından idi. Elə bir dost ki, Əli (əleyhissalam) bə`zi vaxtlar öz yoldaşlarına buyururdu:
«Kaş sizin aranızda iki nəfər Malik Əştər kimi adamım olaydı.» mən Peyğəmbər səlləllahu əleyhi və alihi və səlləm üçün necə idimsə Malik də mənim üçün o cür idi. İmam Əli (əleyhissalam) öz danışıqlarının birində bu qəhrəman və cəsurun haqqında belə buyurur:
Allah ona xeyr versin ki, əyrilikləri düzəltdi və xəstələri müalicə etməyə başladı, sünnəti ayağa qaldırdı, fitnəni arxada qoyub imtahanlardan qəbul olundu və təmiz geyim az eyb ilə bu dünya ilə vidalaşıb əbədi həyata qovuşdu. Həmçinin, həyatın pisliyindən azad oldu. O Allah qarşısında öz məs`uliyyətini layiqincə yerinə yetirdi, Allaha günah etməkdən çəkindi. O getdi lakin camaatı bir neçə yol ayrıcında qoydu və onlar da onun olmaması üzündən sərgərdanlıq bataqlığında batdılar...


Hz Peyğəmbərin (s) səhabəsi Əbu Dərda balalarını haram tikədən qorumaq üçün hansı məsələyə diqqət edərdi?!


ÖZÜNÜ VƏ AİLƏNİ HARAM TİKƏDƏN QORUMAQ BARƏDƏ:
...-Ya Əbu Dərba, bir çətinliyin-filan yoxdur ki? Əvvəllər məscidə hər kəsdən əvvəl gələr, hər kəsdən sonra gedərdin. İndisə sübh namazını bitirər-bitirməz, məscidi tərk edirsən. Bunun səbəbi nədir?
Əbu Dərba: -Anam-atam sənə qurban, ya Rəsulullah (s), narahatçılıq üçün bir əsas yoxdur. Məsələ ondadır ki, qonşunun böyük bir xurma ağacı var. Ağac o qədər böyükdür ki, qol-budağından bəziləri bizim həyətə uzanır. Ağac yaxşı bar gətirib. Hər gün yetişmiş xurmalar həyətimizə düşür. Tələsirəm ki, tez evə gedib uşaqlar yuxudan durmamış onları yığıb, qonşunun həyətinə atım. Qorxuram belə etməsəm, uşaqlardan biri nəfsinə güc gələ bilməyə, o xurmadan yeyə və boğazından haram tikə keçə...


Hz Peyğəmbərin (s) Əbuzər Qəffariyə yeddi vəsiyyəti ...


Əbuzər deyir: Peyğəmbər (s.) mənə yeddi vəsiyyət etdi:
1. Həmişə özümdən aşağı səviyyəli şəxslərə diqqət edəm.
2. (Maddi cəhətdən) məndən yuxarı olan şəxslərə diqqət etməyəm.
3. Məzlumları sevəm və onlara kömək edəm.
4. Acı olsa da həmişə haqq söz deyəm.
5. Məndən üz çevirsələr də qohumlarımla əlaqələrimi kəsməyəm...


Zəhhak ibn Abdullah Məşriqi Kərbəlada aşura günü hansı səbəbdən İmam Hüseyni (ə) tək qoyaraq qaçdı?!


... Zəhhak ibn Abdullah Məşriqi: Zəhhak Kərbəla yolunda İmam Hüseynlə (ə) görüşərək qısa danışıqdan sonra İmam Hüsyenin (ə) karvanına qoşuldu.
Aşura günü İmam Hüseynin (ə) cərgəsində şücaətcəsinə döyüşdü. İmam Hüseyn (ə) onun haqqında dua etdi: “Zəifləməyəsən, əllərin kəsilməsin. Allah Təala (c.c) Əhli-Beytə (ə) görə sənə böyük mükafatlar verəcək.”
Zəhhak Aşura gününün zöhr namazını İmamla birlikdə qıldı. Amma İmam Hüseynin (ə) səhabələrinin mübarək bədənlərini yerdə görərkən İmamın hüzuruna gələrək dedi: “Ey Allah Rəsulunun (s) oğlu! Xatırlayırsınız sizinlə mənim aramda hansı şərt var idi?! Ey mənim mövlam! Mənim ailəm var və insanlara borcum var. -ahlolbait
Qərarımız bu idi ki, sizinlə birlikdə müharibədə iştirak edim o zamana kimi ki sizin köməkləriniz var və mənim döyüşməyim sizə faydalı olsun.
İndi ki, sizin dostlarınız qalmayıb və mənim müharibə etməyimin heç bir faydası yoxdur!”...


��? G��?rc��?stan - ����slami T��?hqiqat qrupu 2012 . Flag Counter