Salman Farsini uca məqama qaldıran 3 xüsusiyyət hansılardır?!


Mənsur ibni Bəzrəc nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Mən sizdən çox eşidirəm ki, daima Salman Farsini yada salırsınız”.



Həzrət (ə) buyurdu: “Salman Farsi demə! Salman Muhəmmədi (de)! Bilirsənmi ki, niyə onu tez-tez yada salıram? Üç səbəbə görə...”.



1. İmam (ə) buyurur ki, Salman Farsinin İmamın (ə) yadında qalmasının səbəbi odur ki, o, həmişə İmam Əlinin (ə) istəklərini öz istəklərindən üstün hesab edərdi. O, yaxşı bilirdi ki, İmamı (ə) ondan nə istəyir.



2. Salman Farsi həmişə yoxsul və ehtiyaclı insanları zəngin insanlardan üstün tutmuşdur. Qohumları, rəfiqləri arasında hər kimin ehtiyacı vardırsa, əvvəl onlara yardım edərdi, sonra zəngin olanlara. Yoxsulların məclisində iştirak etməyi zənginlərin məclisindən daha üstün bilərdi.

3. Elm öyrənmək aşiqi idi. Həmişə alimlərlə əyləşib-qalxardı. Elm əhli ilə dostluq edərdi- Sonra Həzrət (ə) buyurur: “Elə bir insan idi ki, saleh bəndə idi, haqq ardınca olan idi. Həqiqi müsəlman idi, müşriklərdən deyildi”.



İmam Əliyə (ə) Salmanla bağlı sual verirlər və Həzrət (ə) buyurur: “Bizim təbiət və fitrətimizdən yaranan insan barəsində nə deyə bilərəm ki? Onun ruhu bizim ruhumuza yaxındır”. /Deyerler.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter