Hz Peyğəmbərin (s) İslam ümməti üçün tövsiyələri...


... Bütün bunlarla yanaşı Allahın Rəsulu (s) mən əxlaqı kamilləşdirmək üçün göndərilmişəm deyə buyururb. Həzrət Peyğəmbərin (s) həm varlığı, həm də davranışı insanlığa və əxlaqa kamil bir nümunədir, həmçinin dediyi kəlamlar “hədis” olaraq neçə yüz illiklərdir ki, insanların əxlaq və mənəviyyatının paklaşmasına xidmət edir. Çünki peyğəmbərlərin (ə) bütün bildikləri, dediyi sözlər və rəftarları ilahi vəhy əsasındadır.
“Rəbbim mənə 7 şeyi tövsiyə edib: -Gizlində və -aşkarda ixlaslı (xalis, pak niyyətli) olağı, -mənə zülm edəni bağışlamağı, -məni məhrum edəni məhrum etməyim, -məndən əsrgəyənə vermə bilməyi, -susmağım, sakitliyim fikrim (təfəkkürüm) olsun, -baxışım ibrət olsun. “(Kənzul-fəvaid 2/11)


Allah-Təalə 6 şeyi 6 yerdə qərar veribdi?!


Allah-Təalə 6 şeyi 6 yerdə qərar veribdi?!Allah- Təala Musa (ə.s) buyurub: Mən 6 şeyi 6 yerdə qərar vermişəm.
Birincisi Rahatlıq. Mən bu dünyanı rahat etməmişəm.Cənnəti rahat etmişəm. Amma insanlar bu dünyada axtarır. Budünyada dərdli insan yoxdur. Ancaq cənnətdə rahatlıq, dərdsizlik, qoxsusuzluq etmişəm. Bu dünyada insanlara rahatlıq yoxdur ancaq cənnətdədir.
İkincisi Yüksəliş. Yüksəliş yolunu sadəlik yoluna qerar vermışəm. Təkəbür insanları sevmirəm. Təvazükar insanlar mənim dostum. Nə insanlar yüksəliş edir, təkəbbürlənirlər, Mən onları o qederde alçaldıram. Kim mənə Şükr edir, Mən onlara o qederde ucaldıram.
Üçüncüsü. Izzət. Yəni gecə namazı qərar vermişəm. İnsanlar vəzifəli şəxslərin, varlı şəxslərin, qapılarını döyür,axtarır və onlardan kömək istəyir, amma Mən onlara izzət qapsına gəlsinlər, gecə namazı qılsınlar. Allah izzətlidir. Kim mənə zikr edsə, Mən onlara kömək edərəm...


İmam Əli (ə) və İmam Səccad (ə) mömin şəxsi hansı hallarda olmasını söyləmişdir?


İmam Əlidən bu mövzuda nəql edilən hədisə toxunaq. Əziz İmam (ə) buyurur: “Mömin davamlı olaraq:
1. Allahı yada salar. 2. Çoxlu təfəkkür edər.
3. Nemətə şükür edər. 4. Giriftarlıqda səbirlidir”.

İmam Səccad (ə) buyurub: «Möminin beş əlaməti var:
- xəlvət və təklikdə olanda pəhrizkar olmaq, - yoxsulluq zamanı sədəqə vermək,
- bəlalar müqabilində səbirlilik, - qəzəblənəndə həlimlik və - qorxu olmasına baxmayaraq, doğruçuluq».


Hava niyə isti və soyuq olur? – İmam Sadiqin (ə) mübarək izahı


... Əgər kimsə desə ki, havanın belə tədrici olması günəş seyrinin tədrici olmasına görədir və ya günəşin yerə yaxınlaşması və uzaqlaşmasına görədir – gərək o şəxsdən soruşaq: “Bəs niyə günəşin və Yer kürəsinin hərəkəti, fasilənin yaxın və uzaq olması belə xəlq olmuşdur? Əgər tədrici olmasının səbəbini günəşin qərbə və şərqə nur saçmasında görərsə, gərək bunun da səbəbini soruşaq. Hər nə desə, yenə də bu sual meydana gələr ki, axı niyə belədir? Nəhayət varlıq aləminin hədəfli və tədbirli olmasına gəlib çatarıq. Əgər hərarət olmasaydı, meyvələr bərk və acı olardı. Yumşalmaz və yetişməzdi ki, yeyilə bilinəsi olsun. Əgər soyuq olmasaydı, əkinlər belə cücərməzdilər, insanların ruzisini verməzdilər. Məgər görmürsənmi ki, soyuq və isti bu qədər faydası ilə bədəni yenə də ağrıdır? Bu məsələdə təfəkkür edənlər üçün ibrətlər vardır”.


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?


İmam Sadiq (ə) haqq yolçularını hansı xüsusiyyətləri ilə tanıtdırır?İmam Sadiq (ə) haqq və doğru yolda olanı 3 sifət və xarakterlə bəyan edir. Bu 3 sifət insanın tövbə edib, rəbbinə doğru yol almasının nişanələridir. Ola bilsin ki, hər bir insan, hər bir mömin özünün doğru yolda olduğunu düşünsün. Lakin bununla belə özünü Əhli-Beytin (ə) “hikmət tərəzisində” yoxlasa onun üçün daha xeyirli olar. İmam (ə) buyurub: -“Haqqı bəyan edən (doğru yolda olan) bu 3 sifətlə tanınar:
-Baxılsın yoldaşlarına ki, kiminlə yoldaşlıq edir.
-Namazlarının keyfiyyətinə və necəliyinə baxılsın.
-Namazlarının vaxtına baxılsın.” (Məhasin 1/396)


İmam Əlidən (ə) 14 hikmətli öyüd (Nəhcül-Bəlağə)


İmam Əli əleyhis-salam buyurmuşdur:
1. Kim öz eybinə baxsa, başqasının eybini görməz.
2. Allahın verdiyi ruziyə razı olan kəs, əlindən çıxan şey üçün kədərlənməz.
3. Kim zülm qılıncını (qınından) çəksə, həmin qılıncla öldürülər.
4. Kim işlərdə özünü əziyyətə salsa, həlak olar.
5. Özünü çətinlik və əziyyət burulğanlarına atan kəs boğular (məhv olar).
6. Kim pis yerlərə daxil olsa, xalq onun barəsində pis gümanda olar.
7. Çox danışan kəs çox səhv edər...


Hz Əli (ə) bütün zikrləri hansı cümlələrdə cəmləşdirdi?!


Hz. Əli (ə)dan bir hədis nəql olunur. Hədisdə buyrulur ki, İmam (ə) bir nəfərin dəftərdən uzun bir zikr oxuduğunu görür və buyurur: “Uzun duanı eşidib cavab verən Allah həmçinin qısa duaya da cavab verər.” Kişi: Bəs mən nə edim? İmam: “O uzun duanın yerinə bu qısa kəlmələri oxu:
1-Əlhəmdu lillahi alə kulli niməh – Onun bütün nemətlərinə həmd olsun.
2- Əsəlulahə min kulli xeyr – Bütün xeyrləri Allahdan istəyirəm.
3- Əstəğfirul-lahə min kulli zənb – Bütün günahlar üçün Allahdan bağışlanma diləyirəm.
4- Əuzu billahi min kulli şərr – Bütün şərrlərdən Allaha sığınıram...


Mənəviyyatlı mömin şəxsin dərəcəsi İmam Əsgərinin (ə) hədisi ilə ölçülməlidir?


İmam Həsən Əskəri (ə) öz gözəl hədisində insanların fəzilət və dəyər baxımından dərəcələrini bəyan edərək bu sifətləri bəyan edir:
İnsanların ən imanlısı şübhəli işlər zamanı çəkinən, ehtiyat edəndir.
İnsanların ən abidi vacibatı yerinə yetirəndir.
İnsanlarin ən zahidi haramdan çəkinəndir.
İnsanların ən çalışqanı (ən diqqətlisi) günahları tərk edəndir. (Tuhəful-uqul. S-489)


Din sevgidən və nifrətdən başqa bir şey deyil - İmam Sadiq... Yəni?


Rəvayətdə deyilir ki, Bir gün Fuzeyl ibn Yəsar Həzrəti İmam Sadiq (ə)dan soruşur: Sevgi və nifrət imandandırmı? İmam (ə) cavab verir: Məgər iman sevgi və nifrətdən başqa bir şeydirmi? (Bihar-69.Səh-341). Yaxud İmam Sadiq (ə)dan başqa bir hədisdə qeyd olunur: Bir kəsin dində dostu və düşməni olmasa, onun dini olmaz ( Bihar-69. Səh-250). Hədislərin zahirinə nəzər edəndə ola bilsin ki, anlaşılmazlıq yaransın. Amma diqqət etdikdə bunu İmamın (ə) bizə olan tövsiyyəsi kimi də dəyərləndirmək olar. Yəni insanın daxilində elə bir cazibə və dafiə hissi yaranmalıdır ki, bu hisslərlə öz dinini qoruya bilsin...


Dünyaya bağlılıq özü ilə insana hansı bəlaları gətirər?


Hz Peyğəmbər (s) buyurur: “Hər kimdə dünyaya bağlılıq olarsa 3 böyük bəlanın ona üz gətirəcəyinə əmin olsun:
1-Dünyaya bağlı olanda elə bir kasıbçılıq olar ki, heç zaman varlanmaz. (Kasıbçılıq yalnız pulla olmur: Dəyərlərə və insani davranışda kasıbçılıq kimi ...)
2-Dünyaya bağlı olanın həyatına elə bir bəla üz gətirər ki, heç zaman ondan xilas olmaz,
3-Dünyaya bağlı olan şəxsdə qəm-qüssə yaranar ki, heç bir sevinc onun yerini doldura bilməz. (Mənbə. Mizan əl-Hikmə kitabı, səh: 3772)


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter