Hz Peyğəmbərin (s) İslam ümməti üçün tövsiyələri...


Allahın Rəsulu (s) mən əxlaqı kamilləşdirmək üçün göndərilmişəm deyə buyururb. Həzrət Peyğəmbərin (s) həm varlığı, həm də davranışı insanlığa və əxlaqa kamil bir nümunədir

İslaminSesi.info - Əziz İslam peyğəmbəri (s) kamil bir insan nümunəsidir. O həzrət (s) həm mənəviyyat baxımından, həm də dünyəvilik baxımından insanların ən üstünüdür. Çünki bu bir zərurətdir. İslam dini kamil bir din olduğu üçün və bu kamilliyi dünya durduqca saxladığı üçün, İslam peyğəmbəri də bəşəriyyət var olduqca bəşərin ən kamili olmalıdır.

Bütün bunlarla yanaşı Allahın Rəsulu (s) mən əxlaqı kamilləşdirmək üçün göndərilmişəm deyə buyururb. Həzrət Peyğəmbərin (s) həm varlığı, həm də davranışı insanlığa və əxlaqa kamil bir nümunədir, həmçinin dediyi kəlamlar “hədis” olaraq neçə yüz illiklərdir ki, insanların əxlaq və mənəviyyatının paklaşmasına xidmət edir. Çünki peyğəmbərlərin (ə) bütün bildikləri, dediyi sözlər və rəftarları ilahi vəhy əsasındadır.



“Rəbbim mənə 7 şeyi tövsiyə edib:

-Gizlində və
-aşkarda ixlaslı (xalis, pak niyyətli) olağı,
-mənə zülm edəni bağışlamağı,

-məni məhrum edəni məhrum etməyim,
-məndən əsrgəyənə vermə bilməyi,

-susmağım, sakitliyim fikrim (təfəkkürüm) olsun,
-baxışım ibrət olsun. “ (Kənzul-fəvaid 2/11)



Allah Rəsuluna (s) Mütəal Allah tərəfindən tövsiyə olunmuş bu xüsusiyyət və davranışlar əsl həqiqətdə müdrik, kamil insan yetişdirmə proqramıdır. Əziz İslam Peyğəmbəri (s) bu mətləbləri qeyd etməklə bunları bizə xatırladır./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter