Hz Əli (ə) bütün zikrləri hansı cümlələrdə cəmləşdirdi?!
Zikr hər an Allahı anmaq mənasındadır.
- Lüğətdə xatırlamaq mənasında olan “Zikr” kəlməsi istilahda Allahı anmaq mənasındadır. Zikr hesab olunan hər hansı bir əməldə əgər Allah anılmırsa demək onda zikr keyfiyyəi yoxdur.
Zikr Quran və hədislərin insanlara təkidlə buyurduğu bir göstərişdir. Zikir bəzən fərdi, bəzən də içtimai formada mümkün olur. Quranda peyğəmbərə (s) buyurulur:
“Xatırlat! (öyüd-nəsihət) ver! Sən ancaq (xatırladan) öyüd-nəsihət verənsən! (Ğaşiyə-21)
Bu içtimai xatırlatmaqdır ki, peyğəmbər (s) Allahı insanlara xatırladır. Bəzən zikr insanın dili, qəlbi, daxili aləmi ilə olur.
Hz. Əli (ə)dan bir hədis nəql olunur. Hədisdə buyrulur ki, İmam (ə) bir nəfərin dəftərdən uzun bir zikr oxuduğunu görür və buyurur:
“Uzun duanı eşidib cavab verən Allah həmçinin qısa duaya da cavab verər.”
Kişi: Bəs mən nə edim?
İmam:
“O uzun duanın yerinə bu qısa kəlmələri oxu:
1_ الحمدلله علی کل نعمه
2_ و اسئل لله من کل خیر
3_ و استغفر الله من کل ذنب
4_ واعوذ بالله من کل شر
1-Əlhəmdu lillahi alə kulli niməh – Onun bütün nemətlərinə həmd olsun.
2- Əsəlulahə min kulli xeyr – Bütün xeyrləri Allahdan istəyirəm.
3- Əstəğfirul-lahə min kulli zənb – Bütün günahlar üçün Allahdan bağışlanma diləyirəm.
4- Əuzu billahi min kulli şərr – Bütün şərrlərdən Allaha sığınıram.
(Bihar 91/242)/ Yaşar Nuriyev