Hz Peyğəmbər (s) və İmam Sadiqin (ə) hədislərinə əsasən tarixdə baş vermiş 40 birinci hadisə və məlumatlar nələrdir?!
Birincilər haqda 40 incəlik
1-Kişilər içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs İmam Əli (ə)-dır.
2-Qadınlar içərisində həzrət Mühəmməd (s)-ə iman gətirən birinci şəxs həzrət Xədicə (ə. s)-dır.
3-Həzrət Peyğəmbəri-Əkrəm (s) Əmirəl-möminin Əli (ə)-a buyurdu: \"Allah hər şeydən əvvəl əqli yaratdı (və ona buyurdu: Hər şeyi sənin vasitənlə alacağam, sənin vasitənlə əta edəcəyəm və sənin vasitənlə savab və cəza verəcəyəm).”
4-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Bu ümmətdən götürülən birinci şey həyadır.”
5-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Din işlərində əldən gedən ilk şey əmanətdir.”
6-İnsanın yer üzündə mürtəkib olduğu ilk günah həsəddir. (Qabilin Habilə qarşı həsəd etməsi.)
7-Hər (qəməri) ayın əvvəlində qusl vermək müstəhəbdir.
8-Hər günün əvvəlində ruzi qazanmaq üçün getmək müstəhəbdir.
9-Yemək yeyəndə birinci Allahın adını çəkmək lazımdır.
10-Miqdad Peyğəmbər (s)-dən sonra \"Əli (ə) şiəsi” adı ilə məşhur olan birinci şəxsdir.
11-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"(Qiyamət günündə) əməl tərəzisində ölçüləcək birinci əməl yaxşı əxlaqdır.”
12-İslam yolunda şəhid olan birinci qadın Əmmarın anası Süməyyə idi.
13-Küfrə səbəb olan birinci əməl namazı tərk etməkdir.
14-Ağızdan çıxan birinci söz mütəal Allahın adı olmalıdır.
15-Allah-taalanın bağışladığı birinci şəxs başqalarını bağışlayandır.
16-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Sizi dəvət edən birinci (mömin) şəxsin dəvətini qəbul edin.”
17-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Behiştə daxil olan ilk şəxslər şəhidlər olacaqlar.”
18-Təqvanın birinci yeri ariflərin qəlbidir.
19-İmam Sadiq (ə) buyurmuşdur: \"Salamı birinci verən şəxs Allahın və Onun Rəsulunun yanında ən əziz şəxsdir.”
20-Hər ayın birinci günü bacardığınız qədər sədəqə verin.
21-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Behiştə daxil olan birinci şəxs Əlidir.”
22-Kəbənin üstündə azan deyən birinci şəxs Əli (ə) olmuşdur.
23-Allahın evi Kəbədə dünyaya gələn birinci şəxs Əli (ə)-dır.
24-İbadət mehrabında şəhid olan birinci şəxs Əli (ə)-dır.
25-Peyğəmbər (s)-lə namaz qılan (İslamda camaat namazı qılan) birinci şəxs Əli (ə) olmuşdur.
26-İlin birinci günündə (Novruz bayramında) oruc tutmaq müstəhəbdir.
27-Həzrət Peyğəmbəri-Əkrəm (s) buyurmuşdur: \"Allahın yeganəliyinə, mənim peyğəmbərliyimə və Əlinin İmamətinə şəhadət verən birinci daş qırmızı əqiq idi.”
28-İmam Sadiq (ə) buyurmuşdur: \"Günahların əvvəli altı şeydən ibarətdir: 1-Dünya malına məftun olmaq. 2-Vəzifəpərəstlik. 3-Yeməyi sevmək. 4-Qadınları sevmək. 5-Rahatlığı sevmək (tənbəllik). 6-Yatmağı sevmək.”
29-Həzrət Peyğəmbəri-Əkrəm (s)-ə nazil olan birinci surə \"Ələq” surəsi idi.
30-Həzrət Peyğəmbəri-Əkrəm (s) ümməti üçün gətirdiyi birinci vacibi əməl namaz idi.
31-Müsəlman şəxs öləndən sonra ondan soruşulan birinci əməl namazdır.
32-İşlərin ən yaxşısı namazı əvvəl vaxtında qılmaqdır.
33-Birinci məqtul (öldürülən şəxs) həzrət Adəm (ə)-ın oğlu Habildir.
34-Allahın torpaqdan yaratdığı birinci peyğəmbər (və yaxud birinci insan) həzrət Adəm (ə)-dır.
35-İnsanın həyatına səbəb olan birinci şey sudur.
36-İslamda birinci tabut həzrət Fatimeyi-Zəhra (ə) üçün düzəldi.
37-Həzrət Peyğəmbər (s)-in birinci müharibəsi \"Bədr” müharibəsi idi.
39-Həzrət Nuh (ə)-a iman gətirən birinci qadın zövcəsi Amurə idi.
40-Məkkədən Mədinəyə ayaqyalın hicrət edən birinci qadın İmam Əli (ə)-ın anası Fatimə binti Əsəd olmuşdur.
Mənbə: \"40 mövzu, 40 həqiqət\" kitabı