Xalid İbn Vəlidin İmam Əli (ə) tərəfindən nəfəsinin kəsilməsindən kim və necə xilas etdi?!


Xalidin müqabilində Hz Əli (ə)-ın əksul əməli: Həzrət (ə), Xalidə üz tutub, buyurdu: Ey Xalid! Əbubəkr sənə nə göstəriş vermişdi?
Xalid dedi: Əmr etmişdi ki, sənin boynunu vuram!
Buyurdu: Bu işi edəcəkdinmi?
Dedi: Bəli, and olsun Allaha!Əgər namazın salamından qabaq o sözləri deməsəydi, səni öldürəcəkdim.

Həzrət buyurdu: Ey anasız! Yalan deyirsən! Bu işi görən gərək səndən şücaətli olsun.
Sonra həzrət yerindən qalxdı. Yalnız iki barmağı ilə Xalidin boğazından yapışıb,elə sıxdı ki,o dəhşətli bir fəryad çəkdi. Az qaımışdı gözləri hədəqəsindən çıxsın.Camaat vəhşətə düşdü. Hər kəs öz fikrində idi. Xalid də Əli (ə)-ın əlində çabalayır və danışmağa qüdrəti yox idi. Sonra Əli (ə) Xalidin yaxasından tutub divara çırpdı. Əli (ə) Ömərə xitab edib buyurdu:
Ey Səhhakın oğlu! And olsun Allaha! Əgər Peyğəmbər (s) tərəfindən əhd-peyman və Allah tərəfindən yazılmış yazı olmasaydı, görərdin ki, bizim hansımızın zəif və az qoşunu vardır.

Sonra həzrət Xalidi yerə vurdu. Sinəsinin üstündə oturub onu öldürmək üçün qılıncını çəkdi. Bütün məsciddə olanlar Xalidi həzrətin əlindən xilas etmək istədilər, lakin bacarmadılar.
Ömər dedi: \"And olsun Kəbənin Allahına, onu öldürəcək!\"

Buna görə də Abbasın (Peyğəmbərin (s) əmisidir) sorağına getdilər. Abbas gəlib Peyğəmbərin (s) qəbrinin haqqına və orada yatanın haqqına and verərək, Əli (ə)-a dedi ki, Xalidi buraxsın. Bu anda görə Əli (ə) Xalidi azad etdi.

Qətlin səbəbkarına qarşı

Sonra Həzrət, Ömərin yaxasından tutub buyurdu:
Ey Səhhakın oğlu! And olsun Allaha! Əgər Peyğəmbər (s) tərəfindən əhd-peyman və Allaha tərəfindən yazılmış yazı olmasaydı, bilərdin ki, hansımızın köməyi azdır.

Mənbə: \"Fatimə Zəhra (s.ə) xütbəsi\" kitabı. ehliwie-samux.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter