Mərhum Mirza Cavad Təbrizinin tapşırığına əsasən səcdədə deyilə biləcək ən üstün zikr?!


Mərhum Mirzə Cavad Məliki Təbrizi deyir: “Mən bir arif tanıyıram ki, onun kimi uca məqamda olanını görməmişəm. Ondan soruşmuşam ki, maarifi cəlb etmək üçün hansı əməlləri təcrübə etmək lazımdır? O, dedi: “Hər gecə və gündüz bir dəfə uzun səcdəyə getsin. Həmin səcdədə desin:
لا اله الا انت سبحانک انی کنت من الظالمین \"La ilahə illa ənt subhanəkə inni kuntu minəz-zalimin\".
Bu zikri deyən zaman özünü təbiətin zindanında təsəvvür etsin. Etiraf etsin ki, Allah ona zülmü rəva bilməmişdir. Əslində bu, bəndənin özüdür ki, özünə zülm edər.
Səcdənin ədəbi belədir ki, səcdəyə getmək istəyən zaman əvvəl dizləri əymək lazımdır və sonra əlləri yerə qoymaq lazımdır. Bu əməli Əllamə Təbatəbai Həzrət Peyğəmbərin (s) buyuruşu əsasında yerinə yetirərdi”.


İslam şəriətinə əsasən hansı ticarətlər məkruh (ziyanverici) hesab olunur?!


Dinimiz bəzi ticarətləri məkruh hesab edir. O cümlədən:
1. Qəssablıq (heyvan başı kəsməyi özü üçün sənət seçmək).
2. Kəfən satmaq.
3. Alçaq insanlarla ticarət etmək.
4. Sübh azanı ilə günəş çıxana qədər ticarət etmək.
5. Başqasının almaq istədiyi bir şeyi almaq üçün alış-verişə daxil olmaq.


Hz Peyğəmbərin (s) hədisinə əsasən ticarətdə Ğəşş haramdır?!


Həzrət Rəsulullah (s) buyurub: “Ticarət edərkən müsəlmanlara ğəşş edən (onları aldadan) şəxs bizdən deyil. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah Təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar”. Ğəşşin bir neçə növü var:
1) Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq. 2) Olduğunun əksinə olaraq zahirini gözəl bəzəmək.
3) Bir malı başqa mal kimi göstərmək. 4) Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda, malın eybini gizlətmək.


Cümə namazında niyə 2 qunut tutulur?


İlahi ibadət Allah bəndələri üçün həmişə xüsusi şövq və ləzzətə malik olmuşdur. Bu ibadətlər içərisində cümə namazının xüsusi yeri vardır.
İmam Sadiq (ə) bu haqda buyurur: “Bütün namazlarda qunutlar rükudan əvvəl olur. Cümə namazından başqa ki, birinci qunutu rükudan əvvəldir, ikinci qunutu isə rükudan sonradır”. Niyə cümə namazında iki qunut tutulur? Bəli, bu iki qunut cümə namazını başqa namazlardan fərqləndirir və əhkama yenilik qatır. Bu qunutların iki üstünlüyü vardır:
1. İnsanlar üçün yeni bir əməl olduğu üçün onu fərqli halla yerinə yetirirlər.
2. Onlara xatırladır ki, bu ibadət başqa ibadətlərdən daha üstündür...


Namaz niyə vacib olmuşdur?


İbadət və namaz – insanın təkamül vasitələridir. Allahın namaz qılmağa əmr etməsi, Onun tərəfindən olan xüsusi lütf və inayətdir ki, bizi kamala çatdıra bilsin.
Misal üçün, ata və ana övladlarını məktəbə göndərirlər ki, dərs oxusun. Bu əməl övladın öz xeyrinədir. Onun səadətli olmasına xidmət edəcəkdir. Valideynlər isə bu əməli onu sevdikləri üçün edərlər. Çünki onlara övladlarının dərs oxumasının heç bir xeyiri yoxdur. Hər kim ibadət edər və namaz qılar:
1. Allahı yada salar. “Şübhəsiz, bu, Mənəm – tək Allah ki, Məndən başqa bir məbud yoxdur. Buna görə də Mənə ibadət et və namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).
2. Günahdan saxlayar. “Bu kitabdan sənə vəhy olunanı oxu və namaz qıl. Çünki, namaz (insanı) böyük günahlardan, (şəriətdə və əqldə) xoşagəlməz hallardan çəkindirir”. (“Ənkəbut” 45)...


İslam şəriətinin hökmlərinə əməl etməkdə vasvas olanlar bu məsələrə diqqət yetirməlidir?!


Vasvası insan əslində ruhi xəstədir ki, bu xəstliyini dərk edib, onunla mübarizə aparmalıdır. Əks halda yerinə yetirdiyi ibadi əməlləri puç olar və ona ziyandan başqasını gətirməz. Bütün əməllərini boşa verər. Bəs bunun üçün hansı tövsiyələr vardır?
1. Müqəddəs İslam dininin nəzərinə görə, təharət və nəcasət mövzusunda prioritet yerdə əşyanın təharəti durur. Yəni, əşyanın pak və ya nəcis olmasında şəkk edilərsə, pak olmasına hökm verilməlidir.
2. O kəslərin ki, nəcasət mövzusuna həssaslıqları daha şiddətlidir, hətta bəzən əşyanın nəcis olduğuna yəqinlik əldə etsələr belə, gərək pak olmasına hökm versinlər. İstisna o haldır ki, əşyanın nəcis olduğunu öz gözləri ilə görüblərsə. Bu işi o zamana qədər təkrar etməlidirlər ki, həmin həssaslıq aradan getsin.
3. Əgər əşya nəcis olarsa, onu kürr suyu ilə bir dəfə paklamaq kifayətdir. Təkrar yumaq və ya əşyanı suyun içinə salmaq vacib deyildir. Əgər əşya parçadırsa, onu bir qədər sıxmaq və ya kürr suda hərəkət etdirmək lazımdır...


Əgər yatmaq dəstəmazı pozursa, bəs niyə yatmazdan əvvəl dəstəmaz almalıyıq?


Baxmayaraq ki, yuxu zahirdə dəstəmazı pozar, ancaq batini əhəmiyyətə malikdir. Yatmaq – insanın təbii zərurətlərindəndir. İnsan oyaq zamanı əldə etdiyi savabları yatan zaman da əldə edə bilər. Belə ki, Ramazan ayında oruc tutan insan haqqında deyirlər ki, onun yuxusu belə, ibadətdir. Halbuki, oruc tutan insan ancaq yatar və heç bir iş görməz ki, əcrə malik olsun. Belə ki, müsəlman oyaq vaxtı oruc tutub, Allahın vacibatını yerinə yetirdiyi üçün, yatan zaman da buna görə ona savab yazılar. Ya o xəstə ki, sağlam olan zaman etdiyi ibadətləri edə bilməzsə, Allah yenə də həmin əməllərin savabını ona xəstə olan zaman belə, yenə verər. İmam Baqir (ə) buyurur: “İmanlı insan o zaman ki, xəstələnir, Allah ona mələyi hakim edər ki, o şeyi ki, sağlam olan zaman yerinə yetirərdi, xəstə halında belə, onun üçün savabını yazsın o zamana qədər ki, dünyadan gedər”.
İmam Kazım (ə) buyurur: “Mömin o zaman ki, xəstələnər, Allah sağ tərəfindən olan mələyə əmr edər ki, sağlam olan zaman ona yazdığı savabları, xəstə zamanı da onun üçün yazsın”. Ona görə də deyə bilərik ki, dəstəmazlı olmaq bizi həm ruhi və həm də mənəvi cəhətdən pak edər.


Allah Qiyamət günü Öz haqlarından keçər, amma...


İslam dini ancaq namaz, oruc və hicaba riayət etmək deyildir. İslam gəlmişdir ki, insanları səadətə çatdırsın və təkamül etdirsin. Aralarında olan ayrı-seçkiliyi aradan aparsın və onları hüsnü əxlaqa bürüsün. İmam Sadiq (ə) buyurur: “Müsəlmanların hamısı – İslamın övladlarıdır. Mən onların hüquqlarını bərabər hesab edirəm. Şəxsi fəzilət elə bir mövzudur ki, özünlə Allah arasındadır və rifahda heç bir üstünlüyə malik olmaz. Mən hamıya bir atanın övladları kimi baxıram”.
İslam dininin nəzərinə görə, həqiqi möminin ən mühüm nişanəsi – başqalarının abır və canına ehtiram göstərmək olmalıdır. Dinimiz buyurur ki, möminin abırı müqəddəsdir və hər kim ona ləkə vurmağa çalışarsa, əslində Allahın düşməninə çevrilər. İmam Əli (ə) buyurur: “Allah buyurmuşdur: “İzzət və Cəlalıma and olsun ki, heç bir zalımın zülmündən keçmərəm, baxmayaraq ki, əli əlin üzərinə vurmaq qədər olsa belə””. Hər kim başqasının abrını aradan aparar, əslində haqqun-nas etmiş olar. Haqqun-nası aradan aparmaq isə heç də asan iş deyildir.


Məzlumun, zalımın arxasınca danışmasına icazə verilirmi?


Başqalarının arxasınca danışmaq – dinimiz tərəfindən məzəmmət olunan əməllərdəndir. Allah Təala Qurani-Kərimdə müsəlmanları bu işdən çəkindirmişdir. Ancaq Quranın bir ayəsində məzluma icazə verir ki, zalımın arxasınca danışsın: “Allah zülmə məruz qalmış şəxs istisna olmaqla (qeybət etmək, böhtan demək, pisləmək, söz gəzdirmək və qarğış etmək kimi) pis sözlərin aşkar və ucadan deyilməsini sevmir. Allah həmişə eşidən və biləndir”. (“Nisa” 148). Allah Təala bu ayədə buyurur ki, zalımın zülmünü aşkar etmək üçün, onun arxasınca danışmaq olar. Eyni zamanda məzluma da xatırladır ki, Allah hər şeyi eşidən və biləndir. Yəni, məzlum da gərək həddi aşmasın.
Dinimiz buyurur ki, müsəlman gərək qarşı tərəfi narahat edən sözlərdən çəkinsin və qeybətini etməsin. Töhmət etməsin ki, onun əziyyət çəkməsinə səbəb olmasın. Çünki bu əməl Allahın qəzəbinə səbəb olar. Allah möminin canını və abırını qoruyur. Heç kəsə icazə vermir ki, onun haqqında pis sözlər desin. “Dilinə elə bir söz gətirməz ki, (bu zaman) yanında (deyilənləri yazmağa) hazır olan nəzarətçi mələk dayanmasın”. (“Qaf” 18). Beləliklə deyə bilərik ki, başqalarının arxasınca danışmaq – bəyənilməyən əməllərdən olsa da, bəzi yerlərdə istisna olunur. Belə ki, Allah Təala Quranda məzluma icazə verir ki, zalımın zülmünü aşkar etsin və onu məzəmmət etsin.


Niyə qadınlarla kişilərin hicabı fərqlidir?


Qadınla kişinin ruhi və cismi üzərində aparılan tədqiqatlar göstərmişdir ki, kişilərin görmə qabiliyyəti qadınlara nisbətdə hərəkət edən varlıqlara görə daha həssasdır.
Belə ki, kişi qadına baxan zaman daha tez həssaslıq təzahür edər. Ancaq qadınlarda belə deyildir. Müqəddəs İslam dini də bunu nəzərə alaraq, öz nurani əhkamlarını nazil etmişdir.
Kişilərə göstəriş vermişdir ki, onları təhrik edən baxışlardan özlərini qorusunlar və gözlərini kontrol altına alsınlar. İmam Rza (ə) buyurur: “Allah, qadınların saçlarına baxmağı haram buyurmuşdur. Çünki kişilərin şəhvətli baxışları fəsada səbəb olar”. Kişilərin hicabı qadınlardan ona görə fərqlənir ki, Allah gözəllik və cazibəni qadının cismində qərar vermişdir. Lakin kişilər o qədər də gözəl və cazibəli olmurlar. Ona görə də Allah qadınların gözəlliyini qorumaq üçün onlara daha çox örtünməyi əmr etmişdir.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter