Hz Peyğəmbərin (s) boynunda haqqunnası (borcu) olan şəxsə cənazə namazı qılmaması!!
Bir nəfər kişinin cənazəsini gətirirlər ki, Peyğəmbər (s) ona namaz qılsın. Həzrət (s) üzünü səhabələrinə çevirib, buyurur: “Siz ona namaz qılın, mən qılmıram”.
Səhabələri deyir: “Ya Rəsulallah! Niyə ona namaz qılmırsınız?”.
Həzrət (s) buyurur: “Çünki insanlara borcu vardır”.
Əbu Qətadə deyir: “Mən zamin oluram ki, onun borcunu ödəyəcəyəm”.
Həzrət (s) buyurur: “Kamil şəkildə ödəyəcəksən?”.
Deyir: “Bəli”.
Bundan sonra Həzrət Peyğəmbər (s) həmin cənazəyə namaz qılır.
Əbu Qətadə deyir ki, ölən şəxsin borcu 17 dirhəm idi.
Yəni, çox az məbləğdə borcunun olmasına baxmayaraq, bu cür şiddətli şəkildə qınanmışdır. (İslami saytlara istinadən)
Allah Təala bizləri insanların haqqını hər zaman ödəmək durumunu nəsib etsin!/Deyerler.