Hz Peyğəmbərin (s) hədisinə əsasən ticarətdə Ğəşş haramdır?!
Həzrət Rəsulullah (s) buyurub: “Ticarət edərkən müsəlmanlara ğəşş edən (onları aldadan) şəxs bizdən deyil. Kim öz müsəlman qardaşı ilə ğəşş etsə, Allah Təala onun ruzisinin bərəkətini çəkər, onun qazanc yolunu bağlayar və onu öz ixtiyarına buraxar”.
Ğəşşin bir neçə növü var:
1) Yaxşı malı pis mala, yaxud başqa bir şeyə qatmaq.
2) Olduğunun əksinə olaraq zahirini gözəl bəzəmək.
3) Bir malı başqa mal kimi göstərmək.
4) Müştərinin, satıcının ondan heç nəyi gizlətməməsinə arxayın olduğu halda, malın eybini gizlətmək.