Nə üçün Allah Taala (c.c) oruc tutmağı 30 gün vacib etmişdir?!


Həzrət Peyğəmbər (s) bu sualın cavabında buyurmuşdur: “O zaman ki, Adəm (ə) qadağan olunmuş ağacın meyvəsindən yeyir, həmin meyvənin təsiri bədənində 30 gün qalır. Ona görə də Allah onun övladlarına 30 günlük aclıq və susuzluq çəkməyi vacib etmişdir”. Sonra Həzrət (s) bu ayəni tilavət edir: “Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi, sizə (də) oruc yazıldı və qərara alındı, (ki,) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz”. (“Bəqərə” 183).
İmam Rza (ə) buyurur: “Əgər kimsə soruşsa ki, niyə oruc bir aydır, nə çox və nə də az müddətdə? Ona deyərəm: Çünki insan növlərinin qüvvət və qüdrəti ki, zəiflər və güclülər onda müştərəkdirlər – elə bu miqdardadır. Allah vacibatı insanların qüdrət və təbiətinə əsasən vacib buyurmuşdur. Ondan sonra icazə vermişdir ki, zəif gücü çatdığı qədər onu yerinə yetirsin. O kəsin ki, daha çox qüdrəti və gücü vardır, təşviq etmişdir ki, savabını (müstəhəb əməllərlə) artırsın. Əgər bəndələrin faydasını bundan az müddətdə görsəydi, ondan azaldardı. Əgər bundan artığına ehtiyac olsaydı, ona əlavə edərdi”....


Namazın salamlarının mənası və kimlərə aiddir?!


Həzrət Əli (ə) buyurur: “O zaman ki, “Əssəlamu-əleykum”u, hamıya xitab edərək deyərsiniz, mənası bu olar ki, hamınız Qiyamət günü Allahın əzabından amandasınız”.
İmam Sadiq (ə) buyurur: “Hər bir namazın sonunda deyilən salamın mənası amanda olmaq deməkdir. Yəni, o kəs ki, Allah Təalanın əmrini yerinə yetirər, müti və təvazökar halda Allahın Peyğəmbərinin (s) sünnətinə əməl edər – o dünya bəlasından və axirət əzabından amanda qalar”. Namazın salamlarının mənası:
1. Birinci salamın mənası budur ki, salam olsun sənə, ey Peyğəmbər (s), Allahın rəhmət və bərəkəti sənə olsun!
2. İkinci salamın mənası budur ki, aləmlərin Allahı tərəfindən namazqılanlara və Onun bütün yaxşı bəndələrinə salam olsun.
3. Üçüncü salamın mənası budur ki, Allahın salamı, rəhməti və bərəkəti siz möminlərə olsun!...


Niyə namazın sonu birinci salamda özümüzə salam göndəririk?


Bəzi hədislərdə isə oxuyuruq ki, namazın sonunda verilən salamlar dünya və axirət bəlalarından amanda olmaq vasitələridir. İmam Sadiq (ə) bu haqda buyurur: “Hər bir namazın sonunda verilən salamlar – əmin-amanlıqdır. Yəni, hər kim İlahi əmri və Peyğəmbərin (s) sünnətini Allah qarşısında müti və təvazökar halda yerinə yetirərsə, onun üçün dünya bəlasından pənah yeri və əmin məqam olar. Axirətdə İlahi əzaba görə bəraət və xilas olmaq olar”.
Salam özü – Rəhim və Rəhman olan Allah tərəfindən deyilən sözdür. Ona görə də hər kəsə, eləcə də özümüzə salam vermək rəhmət və bərəkətin nazil olmasına səbəb olar. İmam Sadiqdən (ə) gələn hədisdə oxuyuruq: “Nə zaman evinə daxil olsan, de: “Bismilləh və Billəh”. Sonra ev əhlinə salam ver və əgər evdə kimsə olmasa, de:
\"Bismilləh və səlamun alə Rasulilləh və alə Əhli-Beytihi vəs-səlamu aleynə və alə ibədis-salihin\". Nə zaman bu kəlmələri desən, şeytan sizin evdən qaçar”.
Beləliklə deyə bilərik ki, namazda özümüzə salam vermək – İlahi rəhmət və bərəkətə səbəb olar və bizi dünya və axirət bəlalarından qoruyan vasitə olar. Bundan əlavə, salam Allah tərəfindən deyilən söz olduğu üçün onu hər kəsə, eləcə də özümüzə vermək bizə bərəkətlər nazil edər və salehlərin zümrəsinə qoşulmağımıza yardım edər...


Quran və hədislərə əsasən namazın qəbul olunması üçün lazım olan 6 şərt hansılardır?!


Hədislərdə oxuyuruq ki, bəzi günahlar, o cümlədən: şərab içmək, qeybət etmək, zina kimi iyrənc işlər namazın qəbul olmasına mane olar. Hədislərimizdə saleh əməllərin və namazın qəbul olmasının şərtləri vardır ki, onlara nəzər salaq.
Birinci şərt: Allaha iman bəsləmək. İmana malik olmamaq əməli məhv edər. “Kim iman gətirməli olduğu şeyə kafir olsa, həqiqətən onun əməli puç olub və o, axirətdə ziyana uğrayanlardan olacaqdır”. (“Maidə” 5).
İkinci şərt: Vilayət. Düzgün vilayət insanların ibadətlərini doğru cığıra salar və onlara düzgün yolu göstərər. İmam Baqir (ə) buyurur: “Hər kimin Allaha imanı vardır və taqəti çatan ibadətləri də yerinə yetirir, ancaq Allah tərəfindən İmamı olmazsa - səyləri faydasızdır”. Bir nəfər İmam Səccaddan (ə) soruşur ki, hansı şey namazın qəbul olmasına səbəb olar? İmam buyurur: “Biz Əhli-beytin (ə) vilayəti”. Deməli, namaz vilayət olmadan qəbul olmaz. İmam Baqir (ə) buyurur: “Bizim rəhbərlik xəttində deyildir, məgər o kəslər ki, əməl və təqva əhli olsunlar”.....


Müqəddəs İslam dinində sədəqə verməyin 6 qaydası hansılardır?!


Deyerler.org: Müqəddəs İslam dinində sədəqə verməyin xüsusi əhəmiyyəti və yeri vardır. Quran bizlərə sədəqə verməyin ədəbini və keyfiyyətini tanıdır. İslam dinində iki cür sədəqə vardır: vacib sədəqə: zəkat kimi və müstəhəb sədəqə: infaq kimi. Müstəhəb sədəqənin ədəbi ilə tanış olaq:
1. Ən pak maldan olmalıdır. Hədislərimiz buyurur ki, verdiyin sədəqə ən pak və ən sevimli malından olmalıdır. “Ey iman gətirənlər, kəsb etdiklərinizin və sizin üçün yerdən çıxardığımız şeylərin pak və halallarından xərcləyin (infaq edin) və pak olmayan malı xərcləmək fikrinə düşməyin”. (“Bəqərə” 267). “Sevdiyiniz şeylərdən (Allah yolunda) xərcləməyincə əsla yaxşılığa nail ola bilməzsiniz”. (“Ali-İmran” 92).
2. İlk olaraq yaxın qohumlara vermək. Həzrət Peyğəmbər (s) buyurur: “İnsanın yaxın qohumları möhtac olan halda başqalarına sədəqə verməyə yer yoxdur”. Başqa bir hədisdə oxuyuruq: “Yaxın qohumlara sədəqə vermək sədəqənin savabını ikiqat edər”....


Günah məclisində iştirak etmək olarmı? İmam Sadiqin (ə) cavabı


İmam Sadiq (ə) buyurur: “Layiqli deyildir ki, imanlı insan elə məclisdə əyləşsin ki, orada günah olur və onu dəyişdirməyə qüdrəti yoxdur”.
Günah məclisində iştirak etmək günahdır, baxmayaraq ki, insan özü günah etməsə belə. Belə məclisdə iştirak etmək artıq insanın özünə günah damğasını vurar.
Əgər insan bu məclisdəki ab-havanı dəyişməyə qadir olsa, gərək əmr-be-məruf və nəhy-əz-munkər etsin. Günahın qarşısını alsın. Əks halda, belə məclisdə iştirak etməkdən çəkinmək lazımdır.
Əgər insan günah mənzərələrini müşahidə etməkdən laqeyd olarsa, ruhu çirklənər və günahın çirkinliyi gözündə azalar. Belə insan günaha adət edər.


Əhli-Beyt (ə) hədislərinə əsasən dəstəmaz almağın hansı 7 xeyir və bərəkəti vardır?!


Dəstəmazın iki cəhətdən faydaları diqqət mərkəzində ola bilər: onlardan biri cismani və gigiyena tərəfidir. O birisi isə mənəvi tərəfidir. Dəstəmazın mənəvi cəhətdən bərəkətlərinə nəzər salaq:
1. Ömrü uzun edər. Həzrət Peyğəmbər (s) buyurur: “Ey insan! Çalış təharətli və dəstəmazlı olasan ki, Allah ömrünü uzun etsin. Əgər bacarsan gecə və gündüz dəstəmazlı olasan – bu işi gör. Çünki əgər dəstəmazlı halda dünyadan getsən, şəhidin savabına çatacaqsan”.
2. Şəhadətin savabına çatmaq. Həzrət Peyğəmbər (s) buyurur: “O kəs ki, dəstəmazlı yatar, əgər gecə ölüm sorağına gələrsə, bu insan dünyadan şəhid getmiş olar”.
3. Dəstəmazlı halda yatanın yatağı məscid olar. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim dəstəmazlı halda yatar, yatağı onun üçün məscid olar və yuxusu (o kəsin savabına malik olar ki) namazla məşğul olar, o vaxta qədər ki, gecəni səhər edər”.


Oruc tutmaq nə üçün lazımdır? Orucun 5 hikməti


Oruc da başqa vacib əməllər kimi, xüsusi hikmətə malikdir. Orucun 5 mühüm hikməti vardır ki, onlarla tanış olaq:
1. İxlas əldə etmək və özünü islah etmək üçün. Həzrət Zəhra (s.ə) buyurur: “Allah orucu, ixlası təsdiq etmək üçün vacib etmişdir”.
2. Cismi qüvvələrin balansını təmin etmək üçün . Orucun ikinci hikməti odur ki, oruc tutanın bədənini tənzimləyər və bədən balansını normaya salar. Həzrət Peyğəmbər (s) buyurur: “Oruc tutun ki, sağlam qalasınız”.
3. Təqvanın təmrini üçün. Orucun üçüncü mühüm hikməti – təqvanı təmrin etməkdir. Müsəlman Ramazan ayı boyunca bir ay ərzində təqvasını təmrin edər, nəfsinə qalib gələr. Müsəlman halal qidadan çəkinərək, başqalarının malına əl uzatmamağı öyrənər. Həyat yoldaşının yanına getməməklə, başqasının namusuna göz dikməməyi öyrənər....


Quran və hədislərə əsasən namazın qəbul olunmasının şərtləri nələrdir?!


Quran ayələri və hədislərin nəzərinə görə, əgər namazın qəbul olmasını istəyiriksə, gərək 6 şərtə əməl edək:
1. Etiqadi şərt. Namazqılanın Allaha etiqadı olmalıdır.
2. Vilayət şərti. Namazqılan Məsum İmamların (ə) vilayətini qəbul etməlidir.
3. Əxlaqi şərt. Allah ancaq təqva əhlindən qəbul edir.
4. İqtisadi şərt. İnsanların haqqını əda etmək.
5. İctimai şərt. Başqalarının xeyirxahlığını istəməlidir...


Niyə namazlarımızın hamısında “Fatihə” surəsini oxuyuruq?


Məsumların (ə) nəzərinə görə, “Fatihə” surəsində dünya və axirətin xeyiri və hikməti cəm olmuşdur və heç bir şey onu əvəzləyə bilməz. Ona görə də o namaz ki, “Həmd” surəsi olmadan qılınar – naqis hesab olunar. Bu səbəbdən “Həmd” surəsinin başqa surələrlə fərqi vardır. Çünki, bütün surələr Allahın adındandır, ancaq bu surə - bəndələrin adındandır.
Bəndə bu surəni oxuyan zaman hiss edər ki, Allaha yaxın olar və Allahla münacat edər. Bu səbəbdən də “Həmd” surəsini hər bir namazda oxumağın tərbiyəvi əhəmiyyəti vardır. İmam Sadiq (ə) buyurur: “İki halda İblis çox narahat olmuşdur: 1. Peyğəmbərin (s) besət hadisəsində. 2. “Həmd” surəsi nazil olan zaman”.
Bu surə iki hissədən ibarətdir. Allahı həmd etmək və bəndələrin istəkləri. Həzrət Peyğəmbər (s) buyurur: “Allah Təala buyurmuşdur: “Həmd” surəsini namazda qərar vermişəm ki, Özümlə bəndəm arasında bölə bilim. Yarısı mənə aiddir. Yarısı da bəndəmə””...


��? G��?rc��?stan - ����slami T��?hqiqat qrupu 2012 . Flag Counter