Bu 11 səbəb şəri hökmlərin götürülməsinə səbəb olur!
Dinimiz bizlərə üzrün bəzi qəbul olma amillərini tanıtmış və onu tövsiyə etmişdir. Bu amillər ilə tanış olaq:
1. Zərurət yaranarsa. Əgər kimsə elə şəraitdə qərar tutar ki, gərək əxlaq və dinin əleyhinə əməl etsin, onun üzrü qəbul olar.
2. Məcbur olunmaq. Əgər kimsə insanı üzr istəməyə məcbur edərsə və o, da üzr istəyərsə üzrü qəbul olar.
3. Xəstəlik. İnsan əgər xəstə olduğu üçün xata edərsə üzrü qəbul olunar.
4. Təqiyyə. “Möminlər möminlərin yerinə kafirləri dost, köməkçi və başçı götürməməlidirlər. Hər kim belə etsə - onlardan bir növ təqiyyə etməyiniz istisna olmaqla – (onun) Allahla heç bir əlaqəsi yoxdur. Allah sizi Özündən (əzabından) çəkindirir. (Bütün canlıların) qayıdış(ı) Allaha tərəfdir”. (“Ali-İmran” 28).
5. Xata. Əgər kimsə boynuna alsa ki, xata işlədib və bunu bilərəkdən etməyibdir, o zaman üzrü qəbul olunar. İmam Əli (ə) buyurur: “Etiraf, bir növ üzr istəməkdir”.
6. Unutmaq. Unutqan insanın üzrü qəbul olunar.
7. Səfər. Səfərə çıxan insanın da üzrü qəbul olunar.
8. Zəiflik və gücsüzlük. İslamın nəzərinə görə hər bir əməlin şərti – ağıl, ixtiyar, qüdrət və elmin olmasındadır. Ona görə də dəlinin, nadan və gücsüzün üzrü qəbul olunar. Çünki gördüyü işdə ağlını işlədə bilməmişdir.
9. Qəflət. Bəzən insan qarşısında olan neməti görməz və qəflətə düşər. Dinin nəzərinə görə qafil halda edilən xatanın üzrü qəbul olunmalıdır.
10. Yoxsulluq. Yoxsul insanın üzrü bəzi hallarda qəbul olunar.
11. Nadanlıq. O kəsin ki, elmi olmaz və cahil olar – onun bəzi üzrləri qəbul olunar./Deyerler.