Orucda qəza və kəffarənin vacıb olduğu yerlər hansılardır?


Orucda qəza və kəffarənin vacıb olduğu yerlər hansılardır?Qəzanın və ya kəffarənin vacıb olduğu yerlər: 1- Əgər bir kəs Ramazan ayında bilərəkdən qaytarsa (qusmaq), yaxud cənabətli ola və sübh azanına qədər üç dəfə ayıla amma qüsul etməyə orucu batil olur. Amma o şəxsə yalnız qəza vacıb olur.
2- Yaxud bilərəkdən başını suyun altına sala, yaxud bilərəkdən imalə edə ehtiyat vacıb budur ki, qəzasını və kəffarəsini versin.
3- Bir kəs bilə ki bu iş orucu pozur və bilərəkdən onu edə, həm qəza həm kəffarə ona vacib olur.
4- Əğər məsələni bilməməzlik üzündən orucu pozan bir iş görübsə burda iki vəziyyət var. Birincisi- budur ki məsələni öyrənə bilərdi öyrənməyib, orucunu pozan ış görüb ehtiyat vacibə görə kəffarə vacıb olur.


Hansı hallarda Ramazan ayının orucunun yalnız qəzası vacib olur?


Hansı hallarda Ramazan ayının orucunun yalnız qəzası vacib olur?Cavab: Oruc tutan üçün bir neçə hal vardır ki orucu puzulur, yalnız orucun qəzası vacib olur, kəffarə vacib olmur. 1-Ramazan ayında bilərəkdən qusan adam
2-Ramazan ayının gecəsində cunub olan və sübhdən qabaq ayılmayan kəsə
3-Orucu pozan iş görməyüb, amma niyyət də etməyən kəs (orucu batildir)
4-Cənabət qüslu almağı unudub və neçə gün belə oruc tutana (qəza vacib olur)
5-Sübh olmadığını güman edə, araşdırmadan orucu pozan işlərdən edə, tək orucun qəzası vacib olur. Amma araşdıra yəqin edə ki , sübh olmayıb orucu pozan işlərdən edə və sonra biləki sübh olubmuş qəza olmaz.(batıl olmaz)...


Adətən yeyilməyən bir şeyi yeməklə oruc pozulurmu?


Adətən yeyilməyən bir şeyi yeməklə oruc pozulurmu?Orucu pozan hallardan ən əsası kənardan daxil olan bir maddənin boğazdan keçərək mədəyə düşməsidir. İstər bu maddə quru olsun, istərsə maye halında; istər yeməli olsun, istərsə olmasın – fərq etməz. Ağız boşluğuna daxil olub boğazdan aşağı keçən hər şey (qəsdən yeyilərsə) orucu pozar. Bəzən insanda müəyyən xəstəlik üzündən adətən yeyilməyən maddələrə qarşı istək yaranır. Məsələn, insan bu halda torpaq, kömür, ot və hətta ölmüş həşərat yeyə bilər...


Borc gecikəndə bank ya şəxs cərimə ala bilərmi?


Borc gecikəndə bank ya şəxs cərimə ala bilərmi?Ayətullah Nuri Həmədani: İmam Sadiq (ə) buyurur ki, xalqın ehtiyacı sabitlik və ədalət, bolluq və ucuzluqdur. Məmləkətin böyük iqtisadi problemlərindən biri lazımi nəzarətin olmamasıdır. Qazancı fərdlər təyin etməməlidir. Qazanc təyin edilməsi mütəxəssis işidir. Bu gün pulu olan banka qoyur, faizlə qazanc alır. Gecikən borca faiz alırlar. Borc veriləndə geçikmə müqabilində cərimə miqdarı təyin oluna bilər. Cərimə yalnız bir dəfə alına bilər. Cərimə qazanc yolu ola bilməz və bu formada haramdır! Borc verib hər ay cərimə adı ilə faiz almaq qəti şəkildə haramdır. Biz deyirik haramdır, onlar hər gün adını dəyişməklə haramı davam etdirir...


Mübarək Ramazan ayında namaz qılan şəxs iftardan öncə ibadətini etməlidir yoxsa sonra?


Mübarək Ramazan ayında namaz qılan şəxs iftardan öncə ibadətini etməlidir yoxsa sonra?Mübarək Ramazan ayında namaz qılan şəxs müstəhəbdir ki, ibadətlərini iftardan öncə etsin. Amma əgər oruclunu bir şəxs iftara gözləyir və ya oruclu şəxs yeməyə daha çox meyillidirsə ki, belə bir halda Şam və işa namazlarında diqqətini ibadətə toplaya bilmir. Bu vəziyyətdə yaxşıdır ki, əvvəl iftar etsin və hər nə qədər mümkündürsə namazın fəzilətli vaxtınını qaçırtmasın. (Məsələn bir-namazı qılsın sonra iftar edib bir neçə saatdan sonra işə namazını yerinə yetirsin.) Mənbə: 12 Müctəhidin Tovzihul-Məsail kitabı, cild, 1, səh: 1006, məsələ: 1750)a


Qəza orucu olan və üç mübarək ayın orucunun savabından da məhrum olmaq istəməyən adam nə etsin?


Qəza orucu olan və üç mübarək ayın orucunun savabından da məhrum olmaq istəməyən adam nə etsin?Cavab: İslam dininə görə, Ramazan ayında oruc tutmaq vacib, qalan günlərdə oruc tutmaq isə müstəhəbdir. Vacib Ramazan orucundan qəzası olan adam əvvəlcə qəzalarını tutmalıdır, yalnız bundan sonra müstəhəb oruclara keçə bilər. Amma rəcəb və şəban aylarında oruc tutmağın da çoxlu savabı var. Bu savabdan məhrum olmamaq üçün adam həmin mübarək aylarda qəza niyyəti ilə oruc tuta bilər. Yəni rəcəb və şəban aylarında oruc tutanda gərək vaxtilə tutmadığı orucların qəzasını niyyət etsin. Bu halda həm öz vacib vəzifəsini yerinə yetirib borcdan azad olar, həm də mübarək ayların oruc savabını da müəyyən səviyyədə əldə edər.


Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir?


Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir?Sual : Ramazan ayının birinci gecəsi orucun niyyəti yaddan çıxarsa və günortadan qabaq yada düşərsə, bu halda orucun hökmü nədir?
Bütün müctəhidlərin rə`yi (Təbrizi və Vəhiddən başqa): Orucu batil edən əməllər etməyibsə, niyyət etməlidir. Və orucu düzdür. Amma orucu batil edən əməllərdən birini edərsə, orucu batildir. Lakin (ramazan ayının hörmətinə xatir) şam azanına qədər batil edən əməllərdən çəkinsin və ramazan ayından sonra o günün qəzasını tutsun...


Allah-Taala dərgahında orucun dərəcələri varmı?


Allah-Taala dərgahında orucun dərəcələri varmı?Əxlaq alimlərinin yuxarıda qeyd olunmuş baxışı bu barədə mövcud olan rəvayətlərdən alınmışdır. İmam Baqir (ə) ümumxalq kütləsinin orucu barədə buyurur: «Oruc tutan şəxs dörd işdən çəkinərsə, onun gördüyü digər işlər orucuna xələl gətirməz: Yemək, içmək, qadınlarla cinsi əlaqədə olmaq və başı suya batırmaq.» İmam Sadiq (ə) xüsusi mö`minlərin orucu barədə buyurur: «Oruc olduqda sənin qulaq və gözün haram işlər qarşısında, həmçinin bütün bədən üzvlərin pis işlər qarşısında oruc olmalıdır.» Həzrət Əli (ə) isə daha xüsusi mö`minlərin orucu barədə belə buyurmuşdur: «Qəlb orucu və özünü günah fikirlərdən qorumaq, qarın orucu və özünü yeməkdən saxlamaqdan üstündür.»


Oruc tutan şəxsə hansı işlər məkruh (bəyənilməyən) hesab olunur?


Oruc tutan şəxsə hansı işlər məkruh (bəyənilməyən) hesab olunur?Oruc tutan şəxsə məkruh olan və bəyənilməyən işlər:
1-Gözə dərman tökmək (Qeyri-zəruri halda) 2-Gözə sürmə çəkmək 3-Qan aldırmaq 4-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək 5-Ətirli gülləri iyləmək 6-Qadının suda oturması 7-Əyindəki paltarını islatmaq
8-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)
9-Yaş ağacla mısvak etmək ( dişin dibini təmizləmək) 10-Şəhvəti təhrik edən işlər görmək.


Hansı 7 yerdə qüsl almaq vacib olur?


Hansı 7 yerdə qüsl almaq vacib olur? İnsana qüsl bir neçə yerdə vacib olur:
1. Bədəndən sperma xaric olsa (cənabət) - qadın-kişi üçün müştərək qüsl növüdür.
2. Ölən adama toxunduqda (məss-meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür.
3. Öləndə (meyyit) - qadın-kişi üçün müştərək qüsl növüdür...
7. İnsan qusl etməyi nəzir və ya əhd etsə - qadın-kişi üçün müştərək qüsl növüdür.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter