Adətən yeyilməyən bir şeyi yeməklə oruc pozulurmu?
Orucu pozan hallardan ən əsası kənardan daxil olan bir maddənin boğazdan keçərək mədəyə düşməsidir. İstər bu maddə quru olsun, istərsə maye halında; istər yeməli olsun, istərsə olmasın – fərq etməz.
Ağız boşluğuna daxil olub boğazdan aşağı keçən hər şey (qəsdən yeyilərsə) orucu pozar. Bəzən insanda müəyyən xəstəlik üzündən adətən yeyilməyən maddələrə qarşı istək yaranır. Məsələn, insan bu halda torpaq, kömür, ot və hətta ölmüş həşərat yeyə bilər. Bəzən isə insan yeyilməyən və hətta zərərli olan bir maddəni bilməyərəkdən səhv üzündən yeyə bilər. Hər bir halda onun orucu batil olur.