Orucda qəza və kəffarənin vacıb olduğu yerlər hansılardır?
Qəzanın və ya kəffarənin vacıb olduğu yerlər: İslaminSesi.info - Mübarək Ramazan ayının orucu Allah Təala tərəfindən bəndələrinə vacib buyurulmuşdur. İnsan öz arzusuna, istəyinə ğörə vacibi tərk edə bilməz. Vacibi tərk etmək üçün Allah Təala tərəfindən qəbul ediləcək bir üzrü olmalıdır. Bu ayın orucunun da hər hansı səbəbdən tərk edilərsə, həmən o səbəbə uyğun hesabı vardır.
1- Əgər bir kəs Ramazan ayında bilərəkdən qaytarsa (qusmaq), yaxud cənabətli ola və sübh azanına qədər üç dəfə ayıla amma qüsul etməyə orucu batil olur. Amma o şəxsə yalnız qəza vacıb olur.
2- Yaxud bilərəkdən başını suyun altına sala, yaxud bilərəkdən imalə edə ehtiyat vacıb budur ki, qəzasını və kəffarəsini versin.
3- Bir kəs bilə ki bu iş orucu pozur və bilərəkdən onu edə, həm qəza həm kəffarə ona vacib olur.
4- Əğər məsələni bilməməzlik üzündən orucu pozan bir iş görübsə burda iki vəziyyət var. Birincisi- budur ki məsələni öyrənə bilərdi öyrənməyib, orucunu pozan ış görüb ehtiyat vacibə görə kəffarə vacıb olur.
İkinci isə məsələni öyrənə bilməyib, yaxud ümumiyyətlə bu məsələ barəsində hec məlumatı yox idi, yaxud özündə yəqin (dəqiq) bilirdi ki bu iş orucu pozmur bu halda yalnız qəza vacib olur./Nuriyev