Oruc tutan şəxsə hansı işlər məkruh (bəyənilməyən) hesab olunur?


Oruc tutan şəxsə məkruh olan və bəyənilməyən işlər

İslaminSesi.info – Məkruh əmələ görə kimsə Allah dərgahında cəzalandırılmaz. Bəzən bir məkruh iş ictimiayyətin qınaq obyektində olmaya bilər, amma şəriət baxımında məkruh hesab edilə bilər. Orucluq ayında bəzən bir oruc tutana digər günlərdə adi gələn işlər bəyənilməz hesab edilə bilər.

Qeyd etmək lazımdır ki, oruc tutan birinci növbədə haramlardan ikinci növbədə isə məkruhlardan çəkinməlidir. Amma çəkinməsə də bu ona axirətdə cəza və əzab gətirməz. Məkruh əməllər orucu pozmur, amma savabını azaldır. Oruc tutan şəxsin bu işləri görməsi Allah Təala dərgahında bəyənilmir.

1-Gözə dərman tökmək (Qeyri-zəruri halda)
2-Gözə sürmə çəkmək
3-Qan aldırmaq
4-Zəifliyə səbəb olacaq təqdirdə hamama girmək
5-Ətirli gülləri iyləmək
6-Qadının suda oturması
7-Əyindəki paltarını islatmaq
8-Diş çəkdirmək,yaxud ağızdan qan gəlməsinə səbəb olacaq hər hansı bır iş görmək (Qeyri zəruri halda)
9-Yaş ağacla mısvak etmək ( dişin dibini təmizləmək)
10-Şəhvəti təhrik edən işlər görmək.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter