Hansı hallarda Ramazan ayının orucunun yalnız qəzası vacib olur?
İslaminSesi.info orucun qəzası ilə bağlı redaksiyaya ünvanlanan sualı cavablandırır. Sual belədir:
Hansı hallarda Ramazan ayının orucunun yalnız qəzası vacib olur?
Cavab: Oruc tutan üçün bir neçə hal vardır ki orucu puzulur, yalnız orucun qəzası vacib olur, kəffarə vacib olmur.
1-Ramazan ayında bilərəkdən qusan adam
2-Ramazan ayının gecəsində cunub olan və sübhdən qabaq ayılmayan kəsə
3-Orucu pozan iş görməyüb, amma niyyət də etməyən kəs (orucu batildir)
4-Cənabət qüslu almağı unudub və neçə gün belə oruc tutana (qəza vacib olur)
5-Sübh olmadığını güman edə, araşdırmadan orucu pozan işlərdən edə, tək orucun qəzası vacib olur. Amma araşdıra yəqin edə ki , sübh olmayıb orucu pozan işlərdən edə və sonra biləki sübh olubmuş qəza olmaz.(batıl olmaz)
6-Bir kəs deyə ki hələ sübh olmayıb,O da orucu pozan iş görə, sonra məlum ola ki, sübh olubmuş. O kəsə yalnız qəza vacib olar. (batil olur)
7-Oruc tutan hələ sübh olmadığını düşünə, sonradan bilə ki sübh olub. Ona yalnız qəza vacib olar.
8-Adil bir kəs deyəki iftar olub, O da orucunu poza sonradan məlum ola ki iftar vaxtı olmayıb.
9-Göyün üzü açiq olan havada yəqin edə ki, iftar olub, orucunu poza. Sonra məlum ola ki vaxt deyilmiş, orucu batil olur, tək qəzası vacib olur. Amma belə səhvi buludlu havada etsə orucu pozulmur, qəza vacib olmur.
10-Ağzini su ilə yaxalayanda suyu udsa və oruc olduğunu unutsa orucu pozulmaz. Qəzası yoxdur. Yaxud dəstəmaz alarkən ağzını yaxalaya və qeyri ixtiyarı suyu uda. Boynuna qəza gəlməz. (pozulmaz)
11-Əgər ağız və burun suları yığıla və bi ixtiyar udsa orucu qəzaya getməz.( pozulmaz)
12- İnsan özü üçün diqiqləşdirə ki, sübh olmayıb, bir şey- yeyib, içə sonra bilə ki artıq sübh olubmuş, orucu qəzaya getməz. (pozulmaz)
İnsan şəkk etsə ki iftar olub ya yax, iftarı aça bilməz. Əgər şəkk etsə ki sübh əzanı olub ya yox, orucu pozan bir iş görə bilməz.