Borc gecikəndə bank ya şəxs cərimə ala bilərmi?
Ayətullah Nuri Həmədani müsəlman ölkələri, o cümlədən İslam Respublikasındakı iqtisadi problemlərdən danışıb. Tanınmış təqlid mərcəsi buyurub: Cənab Rəhbər qeyd etdi ki, bu gün İslam düşmənləri ilə hərbi qarşıdurma arxa plandadır, iqtisadi müharibə gedir.
İmam Sadiq (ə) buyurur ki, xalqın ehtiyacı sabitlik və ədalət, bolluq və ucuzluqdur. Məmləkətin böyük iqtisadi problemlərindən biri lazımi nəzarətin olmamasıdır. Qazancı fərdlər təyin etməməlidir. Qazanc təyin edilməsi mütəxəssis işidir. Bu gün pulu olan banka qoyur, faizlə qazanc alır. Gecikən borca faiz alırlar. Borc veriləndə geçikmə müqabilində cərimə miqdarı təyin oluna bilər. Cərimə yalnız bir dəfə alına bilər. Cərimə qazanc yolu ola bilməz və bu formada haramdır! Borc verib hər ay cərimə adı ilə faiz almaq qəti şəkildə haramdır. Biz deyirik haramdır, onlar hər gün adını dəyişməklə haramı davam etdirir... /Vilayet.info