Rəftarla sevgini göstərməyin yollar hansılardır?


Rəftarla sevgini göstərməyin yollar hansılardır? Rəftarla sevgini göstərməyin yolları:
1- Hədiyyə alırsan. İmam Sadiq (ə): “Bir-birinizə hədiyyə verin və bu yolla bir-birinizə sevgi göstərin ki, hədiyyə kini aradan aparar”.
2- Xoş əxlaq göstərirsən. İmam Baqir (ə):“Yaxşı iş görmək və xoş üz göstərmək – sevgini cəlb etmək mənbəyidir”.
3- Yaxşı adla çağırırsan. Həzrət Peyğəmbər (s): “Üç şey insanın müsəlman qardaşına olan sevgisinə səfa verər: a). Nə zaman onu görsə, xoş üzlə rəftar edər. b). Nə zaman qardaşı onun yanına gəlmək istəsə, onun üçün yer açar. c). Ən çox sevdiyi adla onu çağırar”. 4- Əl vermək. Həzrət Peyğəmbər (s) buyurur: “O zaman ki, müsəlmanlar rastlaşar, bir-birinə əl verərlər, Allah onların günahlarını tökər, necə ki, yarpaq ağacdan tökülər”. İmam Sadiq (ə) buyurur: “Bir-birinizə əl verin ki, əl vermək kini aradan aparar”. 5- Səxavət. 6-. Təvazökarlıq. 7- Sədaqət. 8- Hüsnü-zənn. (yəni başqalarının işlərini yaxşıya mənalandırmaq) 9- İnsaf. 10- Ehtiram. 11- Sevgini yazılı bildirmək.


Peyğəmbərdən (s) qardaşlıq haqda mükəmməl haqqlar resepti


Peyğəmbərdən (s) qardaşlıq haqda mükəmməl haqqlar resepti Həzrət Peyğəmbər (s) buyurur: “Müsəlmanın müsəlman qardaşı üzərində 30 haqqı vardır ki, gərək əda edilsin:
1. Əfv və mehribanlıq. 2. Sirrini gizlətmək. 3. Səhvinin yerini doldurmaq. 4. Üzrünü qəbul etmək. 5. Pis niyyətlilər qarşısında müdafiə etmək. 6. Xeyirxahlıq.
7. Vədələrə əməl etmək. 8. Xəstə olan zaman ziyarət etmək. 9. Cənazəsini müşayiət etmək. 10. Onun dəvət və hədiyyəsini qəbul etmək. 11. Hədiyyəsinin qarşılığını vermək. 12. Din qardaşı tərəfindən əldə etdiyi nemətlərə görə ona təşəkkür etmək. 13. Ona yardım etmək üçün səy göstərmək. 14. Namusunu qorumaq. 15. Hacətini yerinə yetirmək. 16. Çətinliyini həll etmək üçün vasitəçi olmaq. 17. İtirdiyi şeylərə görə ona yol göstərmək. 18. Asqırmağına cavab vermək. 19. Salamına cavab vermək. 20. Onun sözünə hörmət qoymaq. 21. Ona yaxşı hədiyyə almaq. 22. Andını qəbul etmək. 23. Onun dostunu dost bilmək və onunla düşmənçilik etməmək. 24. Onu hadisələr zamanı tək qoymamaq. 25. Özü üçün istədiyini onun üçün də istəmək...”


Qara ciyərdə xəstəliyin olmasını necə bilmək olar?


Qara ciyərdə xəstəliyin olmasını necə bilmək olar? Qara ciyərdə xəstəliyin olması:
Sağ qabırğaaltı nahiyyədə ağrıların olması, qara ciyərin hər hansısa patoloji prosesə məruz qalmasının əlamətidir.
Əksər hallarda kəskin hepatit (viruslu və ya toksik) və qara ciyər sirrozu zamanı dərinin, skleranın (gözün ağlı qişası), dilin saralması qeyd edilir. Bəs, bu cür saralmanın səbəbi nədir? Məsələ bundadır ki, qara ciyərin normal fəaliyyəti pozulduğu halda, qanda, zülalların parçalanma məhsulu olan bilirubinin miqdarı artmağa başlayır ki, bu da dərinin, skleranın və selikli qişaların saralmasına səbəb olur. ...


7 tip insandan uzaq durun - MƏSLƏHƏT


7 tip insandan uzaq durun - MƏSLƏHƏT 7 tip insandan uzaq durun - MƏSLƏHƏT
1. \"Tənqidçilər\": Siz nəyi cazibəli bilirsiniz, onlar bunu maraqsız görürlər. Təhlükəlidirlər: Onlar dünyanı özlərinə uyğunlaşdırmaq istəyirlər, əsas da ətrafındakılardan başlayırlar. 2. \"Narsistlər\": Onlar özlərini sevər və dünyanın onların ətrafında döndüyünü düşünürlər. Təhlükəlidirlər: Onlar özlərinə sərf edən şeylərin olmasını istəyirlər. 3. Pessimistlər: Bunlar həyatlarında olan yaxşı şeyləri də qiymətləndirə bilmirlər. Əgər siz desəniz ki, bu gün hava çox gözəldir, onlar: \"nəyi gözəldir?! deyərlər. Təhlükəlidirlər: bu insanlar öz mənfi enerjiləri ilə sizin xoşbəxtliyinizi oğurlayarlar. 4. Manipulyatorlar: Bu insanlar başqalarını idarə etməkdə mütəxəssisdirlər. Təhlükəlidirlər: Bu insanlarla ünsiyyət sizin inanclarınızı zədələyə bilər. 5. \"Arzu öldürənlər\": Hər dəfə sizin arzularınız meydana gələndə onlar sizə bunun mümkünsüzlüyünü təlqin edirlər. Təhlükəlidirlər: Onlar asanlıqla sizin özünəinamınızı sındıra bilərlər. 6. İkiüzlülər: Süni insanlar... Sizə sizi sevdiklərini desələr də, arxanızca sizin axmaqlığınızı deyərlər. Təhlükəlidirlər: Çünki sizin həqiqətən ehtiyacınız olanda tək qoyarlar. 7. Hörmətsizlər: Onlar sizin fikirlərinizə məhv edər və həqiqətən də sizə sizi \"heç\" kimi hiss etdirər. Təhlükəlidirlər: bu insanlar əsla nəyinsə, sizin xətrinizə dəyəcəyini düşünməz və sizi pərt edərlər.


Həmd surəsinin tərbiyəvi dərsləri nələrdir?


Həmd surəsinin tərbiyəvi dərsləri nələrdir? Həmd surəsinin tərbiyəvi dərsləri:
1. İnsan “həmd” surəsinin tilavətində “Bismillah” deməklə Allahdan başqalarından ümidini kəsir. 2. “Rəbbil aləmin” və “Maliki yəvmiddin” deməklə hiss edir ki, o yaranmışdır, maliki var. Beləcə, eqoistlik və qüruru kənara qoyur. 3. İnsan “Aləmin” sözünü deməklə özü ilə varlıq aləmi arasında rabitə yaradır. 4. “Ər-Rəhmanir-Rəhim” deməklə insan özünü Allahın lütf kölgəsində bilir. 5. “Maliki yəvmiddin” deməklə qəflət və diqqətsizliyi öz gələcəyindən silib atmış olur. 6. “İyyakə nəbudu” deməklə riyakarlıq və şöhrətpərəstlik aradan götürülür. 7. “İyyakə nəstəin” deməklə fövqəl-qüdrətlərdən qorxuya son qoyulur. 8. “Ənəmtə” deyən insan anlayır ki, nemətlər Allahın əlindədir. 9. “İhdina” deməklə haqq və doğru yol istənilir. 10. “Siratəlləzinə ənəmtə ələyhim” deməklə insan haqq yolda olanlara bağlılığını elan edir. 11. “Ğəyril məğzubi ələyhim vələzzallin” deməklə batil və batil əhlindən uzaqlıq bildirilir.


Məhdəvi həyat tərzinin şərtləri hansilardir?


Məhdəvi həyat tərzinin şərtləri hansilardir? Bütün ilahi dinlərdə xilaskarın zühuruna etiqad var. Bəşəriyyət yarandığı gündən ədaləti bərpa edəcəyinə ümidlidir. Məhdəvi həyat tərzinin şərtləri:
1-Xilaskarın intizarında olan insan özünü islah etməlidir. 2-İntizarda olan (müntəzir) insanın əsas xüsusiyyətlərindən biri onun cəmiyyətdə mövcud vəziyyətdən razı olmamasıdır. İnsan o zaman narazı olur ki, ideal cəmiyyət haqqında təsəvvürü olsun. 3-İctimai-siyasi durumdan, ilahi normalar və meyarlardan agah olmayan insan necə intizar çəkər?! İnsan “cəmiyyət necə olmalıdır” sualının cavabını bilməsə mövcud vəziyyətdən nigaran olmaz. İmam Xomeyni (r) “Amerika İslamı” ifadəsini gündəmə gətirməklə Məhəmməd (s) İslamının çizgilərini çəkmiş oldu: biri mövcud vəziyyətlə barışmış İslam, o biri zülmə müqavimət göstərən İslam. İslam zülmə qarşıdır, 4-Xilaskarın zühuru yalnız ilahi qanunlar çərçivəsində gerçəkləşə bilər. Şiə məktəbi ardıcılının vəzifələrindən biri İmam Mehdinin (əc) zühuru üçün şərait yaratmaqdır. Həqiqi mömin fərd bu yolda özünün və cəmiyyətin islahına çalışmalı, ...


Xərçəngin 10 əlaməti nələrdir?


Xərçəngin 10 əlaməti nələrdir? Xərçəngin 10 əlaməti:
1. Düşməyən qızdırma: 2. Gündən-günə artan yorğunluq: 3. Qalıcı öskürək: 4. Dəridə sağalmayan yaralar: 5. Udqunma problemi və xroniki səs alçalması: 6. Ağızın içində olan yaralar: 7. Sidikdə qan görülməsi: 8. Bilinməyən ağrılar: 9. Bədəndə şişkinliklər olması və ya dərinin sərtləşməsi Sinə daxil olmaqla müxtəlif xərçəng növlərinin əlamətidir. 10. Birdən-birə arıqlamaq:
Davamlı olan, səbəbi açıqlanmayan əlamətlər xərçəngin əlamətləri ola bilər. Həkimlər, \"Bədəninizdə yolunda getməyən bir şey varsa və uzun müddət davam edirsə, bunun normal bir vəziyyət olmadığını bilin. Bədəninizin səsini dinləyin. Erkən diaqnoz sayəsində həyatınız xilas ola bilər \"deyirlər\".
Balaca bir ağrının üstünə tez düşsəniz, xəstəliklərdən daha tez yaxa qurtarıb, rahat həyat yaşaya bilərsiniz. Hər bir xəstlik vaxtında müalicə olunursa, heç bir qorxusu yoxdur. Bunu unutmayın. Sağlamlığınızın qeydinə qalın. -atv.az


Neçə dəstənin namazları qəbul olunmaz?


Neçə dəstənin namazları qəbul olunmaz? Namazları qəbu olunmayan dəstələr:
1= Etinasızlar: İmam Sadiq (ə): Cəmiyyətin yoxsullarına etina göstərməyənlərin namazı qəbul deyil. 2= Haramxorlar: Həzrət Peyğəmbər (s): Haramxorların namazı çınqıl üzərində tikilmiş bina kimidir. 3= Evdə məsuliyyətsizlik edənlər: Allah Rəsulu (s): Ərinin qazancından faydalanan, lakin öz ilahi göstərişlərinə əməl etməyən qadının namazı qəbul deyil. 4= Zəkat verməyənlər: Bir gün Allahın rəsulu (s) doqquz nəfəri zəkat ödəmədiyi üçün məsciddən çıxardı, sonra namaza başladı. 5= Təqvasızlar: Təqvasızların, yetərli şəkildə səcdə və rüku etməyənlərin namazı qəbul deyil. 6= Haqin və haqib: Haqin və haqib sidik və nəcasəti saxlayıb, özünü çətinliyə salan və cismi zərərlərə düçar olan şəxsə deyilir. Bu iş sağlamlığa ziyan vurmaqla yanaşı namaz zamanı insanın diqqətinin yayınmasına və qəlb iştirakının aradan getməsinə səbəb olur. 7= Sevilməyən pişnamaz: Bəzən hansısa bir məsciddə xalqın qəbul etmədiyi və sevmədiyi bir pişnamaz şəxsi məqsədlə məscidi və ya məqamını tərk etmək istəmir. Təbiidir ki, bu hal camaat namazının süstləşməsinə, qarşıdurmaya səbəb olur. Rəvayətlərdə bu qəbil şəxslərin camaat namazının qəbul olmadığı bildirilir.


Ata-anası olmadan dünyaya gələn 6 varlıq hansılardır?


Ata-anası olmadan dünyaya gələn 6 varlıq hansılardır? Bir gün Hz.Məhəmməd (s.ə.s) belə bir sual verirlər: Ya Peyğembər! Deyin görək hansı məxluqlar və nələr anası və atası olmadan dünyaya gəlib?
- Peyğəmbər (s.ə.s) bu suala belə cavab verərək 6 məxluqun belə olmasını sadaladı:
1- Bunlardan birincisi Adəm Peyğəmbərdir. Allah Təala onun yaratdığı cansız bədəninə ruh əta etmişdir. 2-İkinci ata və anası olmayan məxluq Həvvadır. ... 3-Üçüncü Saleh Peyğəmbərin dəvəsidir. 4-Dördüncü İbrahim veə İsmayıl Peyğəmbərə endirilən qoçdur. İsmailin qurbanlığı əvəzinə ... 5-Beşinci ata və anası olmayan məxluq Musa Peyğəmbərin əsasıdır ki, əjdahaya döndü sehirbazların düzəltdiklərinin hamısını uddu. 6- İsa Peyğəmbərin kafir qövmə göstərdiyi möcüzədir yarasanın yaradılması kimi ...


Qapıların qıfılını 40 günə qıran ziyarətdir bu?


Qapıların qıfılını 40 günə qıran ziyarətdir bu? Qapıların qıfılını 40 günə qıran ziyarət:
Təlaş kənarında təvəkkül, dua, raz-niyaz, təvəssül
Mərhum Ayətullah Həqşünas Ziyarəti-Aşuraya böyük diqqət yetirib və əksər müşküllərini bu yolla həll edib. Ziyarəti-Aşuranı necə oxumaq barədə Ayətullah Bürucerdinin göstərişlərinə əməl edib. Əvvəllcə 100 dəfə Allahi Əkbər, bir salam, bir lənət oxuyub. Ziyarəti-Aşuraya başlayıb və birinci lənətə qədər oxuyub. Sonra qalxıb 2 rəkət namaz qılıb, İmam Hüseynə (ə) hədiyyə edib. Yenə 100 dəfə təkbir deyib, ziyarətnaməni davam etdirib. 100 salam və lənətlə ziyarətnaməni bitirib, yenə 2 rəkət namaz qılıb. Bu əməli 40 gün davam etdirib və çətinlik aradan qalxıb.
...İranda şah dövründə siyasi fəaliyyətlərə görə hörmətli bir adamın qızı həbs edilir. Atası qızının həbsindən çox üzülür, nə qədər çalışırsa, qızı həbsdən qurtara bilmir. Ayətullah Həqşünas 40 günə həmin qızın asadlığına nail olur.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter