“Axtardım...” - İmam Sadiqin (ə) kəlamında ən üstünlər!


Deyerler.org: “Ölümü sevməyin yolunu axtardım, onu Allahı razı salmaq üçün qabaqcadan göndərilmiş sərvətdə (infaqda) tapdım”.
“İbadətin şirinliyini axtardım, onu günahı tərk etməkdə tapdım”.
“Qəlb riqqətini axtardım, onu aclıqda və susuzluqda tapdım”.
“Qəlb nurunu axtardım, onu düşünməkdə və ağlamaqda tapdım”.
“Allah Təalanın dostluğunu axtardım, onu günahkarlarla düşmənçilikdə tapdım”.
“Sərvərlik və böyüklüyü axtardım, onu Allah bəndələrinə xeyirxahlıqda tapdım”.
“Qəlb rahatlığını axtardım, onu sərvətin azlığında tapdım”...


Həzrət Peyğəmbərin (s) bir ərəbin həyati suallarına xilasedici cavabı nələr oldu?!


Bir gün Allahın Rəsulu (s) məsciddə oturmuşdu. Təsadüfən bir ərəb daxil oldu və Peyğəmbərə (s) salam verdi. Həzrət (s) salama cavab verib, sual etdi: “Haradan gəlirsən, ərəb?”. Ərəb dedi: “Uzaq yoldan gəlirəm və sizə bir neçə sualım var”. Həzrət (s) buyurdu: “Soruş, cavab eşidərsən”. Ərz etdi:
“İstəyirəm xalqın alimi olam”. Həzrət (s) buyurdu: “Allahdan qorx”.
“İstəyirəm Allah dərgahına yaxınlardan olam”. Həzrət (s) buyurdu: “Gecə və gündüz Quran oxu”.
“İstəyirəm həmişə ürəyim işıqlı olsun”. Həzrət (s) buyurdu: “Ölümünü yaddan çıxarma”.
“İstəyirəm Haqqın rəhmətində olam”. Həzrət (s) buyurdu: “Allahın xəlqinə yaxşılıq et”.
“İstəyirəm düşməndən mənə zərər yetişməsin”. Həzrət (s) buyurdu: “Həmişə Allaha təvəkkül et”...


İmam Sadiqin (ə) İmam Hüseyn (ə) zəvvarları üçün etdiyi dua!


... Həqiqətən Hz. Fatimənin (s.ə) və bütün Allah övliyalarının bir kəs üçün dua etməsi böyük şərəf və nemətdir. Həmçinin İmam Sadiq (ə) də İmam Hüseyn (ə) zəvvarları üçün dua edərək, Allahdan əfv, rəhmət, mərhəmət, böyük xeyir istəyib və buyurub: “Ey bizi kəramət bəxş etməklə seçən Allah! Ey bizə şəfaət etmək vədəsi verən Allah!
Məni, qardaşlarımı (möminləri), İmam Hüseyn (ə) zəvvarlarını bağışla! Sənin rəhmət və bərəkətin onlara olsun. Bizim yolumuzda öz mal və canları ilə fədakarlıq edənləri, səsimizə səs verən, düşmənlərimizə qarşı qəzəbli olanları, sənin rizanı axtaranları bizim vasitəmizlə Öz rizana çatdır... “ (Biharul-ənvar, Kamaluz-ziyarət)


Əhli-Beytin (ə) hikmətli kəlamlarında elmə necə dəyər verilir?


...İstər əqli və etiqadı olsun, istərsə də təcrübi elimlər, insanın bütün doğru bildikləri onun elmi hesab olunur.
Elm, Peyğəmbər (s) və Əhli-beyt (ə) kəlamlarında bu cür dəyərləndirilir: Peyğəmbər (s): Elm öyrənmək bütün müsəlmanlara vacibdir. Elm İslamın həyatıdır (ruhudur)
İmam Əli (ə) buyurub: Elm həyatdır. Elm, iki həyatdan biridir. Hər kəsin qiyməti onun elmi ilədir. Elm ucaldar, onun tərki isə kiçildər.
Həyat elmlədir. Elm insanı dirildər, cəhaləti öldürər, əqli işıqlandırar. Elm qəlblərə dirilik, gözlərə nur, bədənlərə qüvvət verər. Elmi diri tutan ölməz.
Elm əldə edin, o da sizə həyat bəxş etsin... İslam dini Allahın sonuncu, kamil dini olaraq daim elmə, tərəqqiyə yüksək qiymət vermiş, hətta onu insanlara vacib və zəruri bilmişdir./


Peyğəmbərin (s) Hz Fatiməyə (s.ə) tövsiyyəsi – Yatmazdan öncə bunlara əməl edin!


Sonra peyğəmbər (s) üzünü İmam Əliyə (ə) tutub buyurdu: Ey, Əli (ə) bu 5 əməli etməmiş yatma:
Hər gecə Quran xətm etməmiş, 4000 dirhəm sədəqə verməmiş, Kəbəni ziyarət etməmiş, yatağını cənnətə çevirməmiş, düşmənin şərrindən amanda olmamış yatma.
İmam (ə) soruşdu: Ey Allahın rəsulu (s) bunları necə edim? Peyğəmbər (s) buyurdu: Üç dəfə “İxlas” surəsin oxusan Quran xətm etmiş kimisən,
Dörd dəfə “Fatihə” oxusan 4000 dirhəm sədəqə vermiş kimi olarsan,
On dəfə “La ilahə illallah, ləhul-mulk və ləhul-həmd, yuhyi və yumit və huvə alə kulli şeyin qədir” zikrini desən Kəbəni ziyarət etmiş kimisən,...


Hz Əlinin (ə) ölü adlandırdığı dirilər – Canlı ölülər!!


Bütün bunlara, bu məsuliyyətə qarşı etinasız olan insan öz insanlığ vəzifəsini, Allahın ona bəxş etiyi insanlıq ləyaqətini yox etmiş, zay etmiş olur. Həzrət Əli (ə) belə insanları “canlı ölülər” adlandırır. İmam (ə) öz dəyərli kəlamında buyurur: “Hər kim pis işlərə (zülmə) etiraz etməsə, istər qəlbi ilə olsun, istər əli ilə, istərsə də dili ilə, həmin şəxs canlı meyyitdir”.
İmam (ə) etinasız insanları canlı meyyit adlandırıb. Çünki insan həm özünə qarşı, həm digər insanlara qarşı, həm də digər bütün canlı və cansız təbiətə, varlıqlara qarşı duyarlı olmalıdır. Əgər onda bu hisslər yoxdursa demək o, ölü kimidir.


Üç Məsum İmamın (ə) müştərək vəsiyyətlərində hansı günahdan çəkinməyi tapşırdılar?!


İmam Baqir (ə) buyurur: “O zaman ki, atam İmam Səccadın (ə) şəhadəti yaxınlaşdı, məni sinəsinə sıxdı və sonra buyurdu: “Oğlum! Sənə o vəsiyyəti edirəm ki, atam İmam Hüseyn (ə) şəhadəti zamanı mənə buyurmuşdu. Atası Əmirəl-möminin (ə) də ona etmişdi”. Buyurdu: “Allahdan savayı yavəri olmayan insana zülm etməkdən çəkin”.


Mömin öz duasından hansı 3 nəticə əldə edər?!


Mübarək hədislərimizə əsasən, möminə xas bəzi mühüm xüsusiyyətlərlə tanış olaq. İmam Səccad (ə) buyurur: “Mömin, duasından üç nəticə alar:
1. Ya onun üçün ehtiyat kimi saxlanılar. 2. Ya dünyada həyata keçər. 3. Ya da ona çatmalı olan bəla geri qayıdar”.
Mömin qardaşında bu 3 sifəti görsən, ondan ümidvar ol! Həzrət Peyğəmbər (s) buyurur: “Nə zaman (din) qardaşında bu üç sifəti görsən, ona ümidvar ol: həya, əmanətdarlıq və doğru danışmaq”.



Peyğəmbər və Əhli-Beytin (ə) hədisinə əsasən riyakarlığın əlaməti hansılardır?


İnsan bəzən öz ibadətində olan riyanı görmür və əsas etibarilə, etdikləri ibadətləri xalis hesab edər. Bundan əlavə, elə namazqılanlar və ibadət edənlər vardır ki, öz
ibadətləri ilə əslində digər insanların gözünü boyamaqdan başqa məqsədləri yoxdur. Bəs nə edək ki, ibadətlərimizin keyfiyyətini müəyyən edə bilək? Riyanı ixlasdan ayırmaq üçün Məsumlarımız (ə) bizə bəzi tövsiyələr vermişlər. Həzrət Peyğəmbər (s) buyurur: “Riyakarın dörd nişanəsi vardır:
1. Başqalarının yanında özünü itaətə həris kimi göstərər.
2. Tək olan zaman süstlük və tənbəllik edər.
3. Hər işində təriflənmək istəyər.
4. Zahirdə özünü insanların nəzərində yaxşı nişan verməyə səy göstərər”...


14 Məsumdan (ə) hansı 14 moizəyə edir?


-Hz Peyğəmbər (s) buyurur: “Ey Əli! Xoş olsun o simanın halına ki, günah işlətdiyi halda ağlayan zaman Allah onu görər və Allahdan qeyrisinin ondan xəbəri olmaz”.
-Hz Əmirəl-möminin (ə) moizəsi: “Necə də təəccüblüdür bu insanın halı ki, əldən getməyəcək şeyin ona çatmasına görə sevinər, (ancaq) əldə edə bilinməyən şeyə çatmayacağına görə qəmgin olar”.
-Hz Zəhranın (s.ə) moizəsi. O zaman ki, kor insan Xanımın (s.ə) evinə daxil olur, Xanım (s.ə) hicabını taxır və Peyğəmbər (s) qızından soruşur ki, axı o kordur, səni görmür? Niyə özünü örtürsən? Xanım (s.ə) cavab verir: “Əgər o, məni görmürsə, mən ki, onu görə bilirəm. Həmçinin o, (qadın) iyini hiss edə bilər”.
-İmam Həsən Müctəbanın (ə) moizəsi: “Bilin ki, Allah sizi boş yerə xəlq etməmişdir. Öz başınıza buraxmamışdır. Ruzilərinizi aranızda bölmüşdür”.
-İmam Hüseynin (ə) moizəsi: “Mömin elə bir iş görməz ki, ona görə üzr istəsin. Münafiq hər gün günah edər və üzr istəyər”.


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter