Hz Əlinin (ə) ölü adlandırdığı dirilər – Canlı ölülər!!


İslam dini qanun və tələbləri ilə bir neçə hissəyə ayrılır ki, öz kamilliyi ilə insan həyatının bütün sahələrini əhatə edir. Buna müxtəlif etiqadi məsələləri, əxlaq normalarını, gündəlik ibadət, iqtisadi məsələlər, gündəlik yaşam və davranış göstəricilərini və sair misal çəkmək olar. Həmçinin bütün bunlarla yanaşı insanın bədən və rahani halətinin tərbiyyə və mənəvi yüksəlişini misal çəkmək olar.

İslaminSesi.info - İnsanın Mütəal Allah qarşısında və yaşadığı dünyada həm insanlar, həm də digər varlıqlar qarşısında müəyyən öhdəlik və vəzifələri vardır. Əgər insan bu öhdəlikləri görməzsə və ya görməzdən gələrsə, o zaman öz insanlıq vəzifəsini, öhdəliklərini laiqincə yerinə yetirməmiş olur.

Bu da o deməkdir ki, insan fərdi öhdəliklərlə yanaşı, həm də içtimai vəzifələrlə mükəlləfdir. Məhz bu kimi fərdi və içtimai vəzifələr insanı bütün digər canlılardan üstün edir. Bu üstünlüklər isə insanı həm özünə, həm də ətrafına qarşı məsul edir.

Bütün bunlara, bu məsuliyyətə qarşı etinasız olan insan öz insanlığ vəzifəsini, Allahın ona bəxş etiyi insanlıq ləyaqətini yox etmiş, zay etmiş olur. Həzrət Əli (ə) belə insanları “canlı ölülər” adlandırır. İmam (ə) öz dəyərli kəlamında buyurur:

“Hər kim pis işlərə (zülmə) etiraz etməsə, istər qəlbi ilə olsun, istər əli ilə, istərsə də dili ilə, həmin şəxs canlı meyyitdir”.
İmam (ə) etinasız insanları canlı meyyit adlandırıb. Çünki insan həm özünə qarşı, həm digər insanlara qarşı, həm də digər bütün canlı və cansız təbiətə, varlıqlara qarşı duyarlı olmalıdır. Əgər onda bu hisslər yoxdursa demək o, ölü kimidir.

Hər kəs öz qüdrəti, imkanları qədərində xeyirxahlığı və insanlığı diriltməlidir. Buna da gücü yetməzsə, ən azından zülm və haqsızlığa qarşı dili, əli, yaxudda ki, qəlbi ilə də olsa öz etirazını bildirməidir. Yalnız bu zaman insan, İmamın (ə) biyirduğu “canlı ölülər”dən deyil, insanlıq ruhiyyəsinə sahib olan kəslərdən ola bilər./Yaşar Nuriyev


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter