İnsan öz etİqadını hansı yollarla gücləndİrə bİlər?
Müsəlman fərd əqidə əsasları və dini prinsiplərə inamını o qədər gücləndirməlidir ki, uyğun sahədə müxaliflər tərəfindən hücuma məruz qaldıqda müqavimət göstərib, qəti dəlillərlə əqidəsini müdafiə edə bilsin.
Şəfaət nədİr, necədİr, kİmlərə aİddİr?
Şəfaət kəlməsinin mənası iki şeyin bir-birinin yanında qərar tutmasıdır. İslam dinində şəfaət İlahi seçilmişlərin vasitəçilik etməsidir.
Şəhid Mütəhhəri yazır: “Şəfaətin növləri vardır ki, bəziləri yanlış və zalımcasınadır. İlahi dərgahda belə biri yoxdur. Ancaq bəziləri isə düzgün və adilcəsinədir. Şəfaətin əqli və nəqli cəhətdən yanlış hesab edilən növü odur ki, günahkar vasitə tapar və onun vasitəsilə İlahi hökmə nüfuz edər. Ancaq düzgün şəfaət, qanunu təsdiq edər”.
Bİz Əhli-beytə (ə) nİyə təvəssül edİrİk?
“Təvəssül” sözü “vəsələ” sözündən götürülmüşdür və yaxınlaşmaq mənasını verir. Bu gün təvəssül sözü bizim Əhli-beytə (ə) münasibətdə etdiyimiz xüsusi əmələ şamil edilir. Həzrət Peyğəmbəri (s) və ya İmamlardan (ə) birini Allah dərgahında vasitə qərar veririk. Bu yolla Allahdan hacətimizi istəyir və onlara xatir günahlarımızın bağışlanmasını istəyirik. Onları Allah yanında öz şəfaətçimiz qərar veririk.
Nə üçün Allah haqqında araşdırmalar aparmalıyıq?!
Tarix boyunca bəşər övladının çoxu cahanın bir yaradanı olduğuna əqidə bəsləmiş, bu əqidə onların qədim və sarsılmaz inanclarından olmuşdur.Mədəni bir bəşərin meydana çıxmasında və elmlərin yaradılmasında layiqli rolları olan bir çox dəyərli alimlər, filosoflar, tədqiqatçılar, ixtiraçılar buna (cahanın bir yaradanı olduğuna) etiqad bəsləmiş və bəsləməkdədirlər.
Rəcət zamanı kİmlər bu dünyaya qayıdacaq?
Rəcət odur ki, İmam Zaman ağa (ə.f) zühur edəndən sonra iki qrup insanlar bu dünyaya yenidən qayıdacaq və yenidən yaşayacaqlar. Bu dəstədən biri möminlər və o biri isə kafirlərdir. Bəs rəcətin fəlsəfəsi nədir?
İLAHİ QƏZA VƏ İNSANIN İXTİYARI NECƏ İZAH OLUNUR?
“Qəza” sona çatmaq, işi qurtarmaq mənasını daşıyır və bir işin son mərhələsini “qəza” adlandırmaq olar. “Qəza”nın da “təqdir” kimi iki kateqoriyası var: “Elmi qəza” və “eyni qəza”. İşin sona çatmasını və sonuncu mərhələsini bilməyə “elmi qəza”, işin sona çatıb, həqiqətdə gerçəkləşməsinə isə “eyni qəza” deyilir.
RƏCƏT BARƏSİNDƏKİ ƏQİDƏMİZ NƏDİR?
On iki İmam şiələrinin Peyğəmbər (əleyhis-salam) Əhli-Beytindən gəlib çatan hədislərə əsaslanan əqidələrindən biri də budur ki, Allah-Taala ölüb dünyadan gedən bəzi şəxsləri dünyada olduqları bədən və surətlə dirildib onlardan bəzilərinə izzət bəxş edəcək, bəzilərini isə zəlil edəcəkdir. Haqqpərəstlərin haqqını batilpərəstlərdən, məzlumların haqqını zalımlardan alacaqdır. Bu hadisə Məhdi (əleyhis-salam)-ın qiyamı zamanı baş verəcəkdir.
Allahın «Cəmal» və «Cəlal» sİfətlərİ hansılardır?
Allahın «Cəmal» və «Cəlal» sifətləri (xüsusiyyətləri)
Biz inanırıq ki, Allahın Pak Zatı hər bir eyib və nöqsandan uzaqdır və O, bütün kamal sifətlərinin sahibidir. Həqiqətdə O, mütləq kamilliyin özü və kainatın yaradanıdır.
Allahın təqdİrİ nə deməkdİr?
Allahın təqdiri nə deməkdir? Əgər insanın ilahi təqdirin əksinə olaraq, heç bir iş görə bilməməsinə etiqad bəsləsək, bu, “cəbr” mənası daşıyacaqmı? Allahın qəzasında məqsəd nədir? Əgər ilahi qəza “işin sona yetib tamamlanması” mənasını ifadə edirsə, insanın öz işlərini ixtiyari olaraq yerinə yetirməsi necə mümkündür?