Quran oxuyan zaman birinci vəzifə nədən ibarətdir?!


Qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın... \"Quran oxuduqda qovulmuş şeytandan Allaha sığın!\" (Nəhl, 97).
İzah: Quran oxumaq Allahla ünsiyyətdir. Məlumdur ki, Allahla ünsiyyətdə olmaq və dərin Quran ayələrinə qulaq vermək üçün ruhun təmizliyinə və nəfsani aludəliklərdən uzaq olmağa ehtiyac var. Digər tərəfdən əxlaqi qəbahətlərdən uzaq olmaq və Quran mənəviyyatını qəbul etməyə hazır olmaq üçün Allahın lütf və mərhəmətinə ehtiyac var. Buna görə də yaxşı olar ki, qiraətçi tilavətin başlanğıcından sonuna qədər Allaha sığınsın və bununla da nəfsin vəsvəsə hədəfindən, İblisin gizli və aşkar hiylələrindən amanda qalsın. Ucb, qürur, təkəbbür və qəflət insana Allahı və layiqli Quran tilavətini unutduran ən mühüm amillərdir.


“Fəcr” surəsində işarə olunan “on gecə”də məqsəd nədir?


Təfsirçilər bu ayə ilə bağlı çox fikirlər bildirmişlər. Ən münasibi isə budur ki, “fəcr” deyilərkən bütün sübh vaxtları nəzərdə tutulur. Allah Quranın ayrı-ayrı ayələrində sutkanın fərqli-fərqli vaxtlarına and içmişdir. Ola bilsin ki, burada Qurban bayramının, yəni Zilhiccə ayının onuncu gününün sübh vaxtı nəzərdə tutulmuşdur. “On gecə” deyilərkən ehtimal ki, Zilhiccə ayının birinci ongünlüyünün gecələri nəzərdə tutulur... Deməli, bu andlarla bəlkə də əzəmətli həcc mərasimlərinin keçirildiyi günlərin nəzərdə tutulduğunu deyə bilərik. (“Əl-Mizan” c. 20, səh. 315) Bəzi təfsirçilər bu on günlüyü mübarək Ramazan ayının ilk bəziləri isə son ongünlüyünə dəlalət etdiyini yazarkın, digər təfsirçilər də bu ongünlüyü Məhərrəm ayının ilk ongünlüy kimi təfsir edirlər...


Mömin şəxsin həyatında problemlərin hikmət və fəlsəfəsi nədir?


Allah-Taala bəndələrinin həyatın müxtəlif şəraitlərində əhval və tutumlarından xəbərdardır!
\"Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir.\" (Şura, 27). İzah: Əksər insanlar rifah və zənginlik zamanı qəflət və qürura düçar olduqları üçün Allah bəzi bəndələrini dünya zinətlərindən və dəbdəbəsindən uzaq tutur ki, onların hidayət yolundan sapmasına mane olsun. Başqa sözlə, Allah-Taala bəndələrinin həyatın müxtəlif şəraitlərində əhval və tutumlarından xəbərdardır və bilir ki, əgər bəzi bəndələrinə bol nemət versə, onlar öz dini vəzifələrinə əməl etməyəcək, təkəbbür və asilik yolunu tutacaqlar...


Qurani-kərim nəinki zina etməyi, hətta ona yaxın düşməyi də qadağan etmiş...?!


\"Zinaya da yaxın düşməyin. Çünki o, çox çirkin bir əməl və pis bir yoldur!\" (İsra, 32).
İzah: Bu fəsildə Allah tərəfindən haram edilmiş bəzi çirkin əməllərə işarə olunur. Zina İslam şəriətində çox böyük günahlardandır. Quranda da kəskin şəkildə pislənmişdir. Qurani-kərim nəinki zina etməyi, hətta ona yaxın düşməyi də qadağan etmiş və onu aşkar günah və çox çirkin və sonu pis bir yol adlandırmışdır. Zinaya yaxın düşmək adətən ona gətirib çıxaran müqəddimələrdən çəkinməməkdir. Məsələn, naməhrəmlə ünsiyyət, qarışıq məclislərdə iştirak etmək, naməhrəmlə zarafatlaşmaq, pozğun film və şəkillərə baxmaq, qafil insanlarla dostluq etmək və s. Rəvayətlərə görə, dünyada zinanın ən kiçik nəticəsi kimi qəfil ölümlərin çoxalması və ağır zəlzələlərin baş verməsi göstərilmişdir...


Namazın ən mühüm hikməti nədən ibarətdir?


Namazın ən mühüm hikməti davamlı olaraq Allahı yad etməkdir! \"Məni xatırlamaq üçün namaz qıl!\" (Taha, 14).
Hədis: İmam Sadiq (ə) – namazın hikməti haqqında suala cavab verərkən –: “Əgər yalnız dinin gəlişi və kitabın (Quranın) xalq arasında mövcudluğu ilə kifayətlənilsəydi, Peyğəmbərin (s) xatirəsini onların arasında yaşadan bir amil olmasaydı, keçmiş dinlərin taleyinə məhkum olardılar.” (İləluş-şərai, səh. 317, hədis: 1).


Bəndənin tövbəsi hər zaman Allahın iki tövbəsinin arasındadır!!


Allah tərəfindən tövbə fürsəti verilməsi -- \"Geri qalmış üç nəfəri də (bağışladı). Hətta yer üzü öz genişliyinə baxmayaraq onlara dar gəlmiş, ürəkləri (kədərdən) sıxılmış və yəqin bilmişdilər ki, Allahdan (Onun əzabından), ancaq Onun Özünə sığınmaqdan başqa çarələri yoxdur. Sonra (Allah) peşman olsunlar deyə onların tövbəsini qəbul etdi. Həqiqətən, Allah tövbələri qəbul edəndir, Rəhimlidir.\" (Tövbə, 118). İzah: Tövbənin üç mərhələsi vardır: 1. Allah tərəfindən tövbə imkanı verilməsi; Birinci mərhələdə Allah bəndələrinin bəzi ləyaqətlərini müşahidə edərək onları tövbəyə və Özünə tərəf qayıtmağa hazırlayır. “تَابَ عَلَيْهِمْ” ibarəsi bu mənaya işarə edir. 2. Bəndənin tövbəsi; Bu mərhələ günahı tərk etməyə və keçmişi düzəltməyə ciddi qərar vermək mərhələsidir. Bu mərhələdə “تاب” (tabə) feili “إلی” (ilə) önqoşması ilə təsirli feilə çevrilmişdir. 3. Allah tərəfindən tövbənin qəbul olunması. Demək, bəndənin tövbəsi hər zaman Allahın iki tövbəsinin arasındadır.


Şayiələrlə mübarizə aparmağın yolları hansılardır?


Bu şayiənin acı hadisələrini Ühüd döyüşündə də görmək olur, Əfək adlı böyük töhmət macərasında da görmək olur. Bəs bu cür şayiələrlə necə mübarizə aparmaq olar? Quranın tövsiyələri:
1. Yanlış xəbərlərə inanmamaq. “(Etiqad, danışıq və əməldə) bilmədiyin şeyin arxasınca getmə... (“İsra” 36).
2. Doğru xəbər axtarışında olmaq. “Ey iman gətirənlər! Əgər bir fasiq sizə xəbər gətirsə, onu araşdırın ki, məbada, bilmədən bir dəstəyə ziyan yetirəsiniz.. (“Hucurat” 6).
3. Elm və mərifət əhlinin yardımı. “Əgər onlara əmin-amanlıq və ya qorxu barəsində bir xəbər çatsa, (araşdırmadan) onu yayarlar, halbuki əgər onu Allahın Peyğəmbərinə və özlərinin ixtiyar sahiblərinə həvalə etsəydilər, şübhəsiz onlardan araşdırma əhli olanlar onun həqiqətini dərk edərdilər”. (“Nisa” 83).


Quran və hədislər güzgüsündə: Bəzi bəlalar əməllərin cəzasıdır!


\"Başınıza gələn hər bir müsibət öz əllərinizlə qazandığınız (günahlar) üzündəndir. (Allah) (günahların) çoxunu bağışlayır.\" (Şura, 30).
Hədis: Peyğəmbər (s): “İnsan bədəninin bir ağacla cızılması və ya ayağının büdrəməsi onun etdiyi günahın nəticəsidir.” (Məcməül-bəyan, c. 9, səh. 47).
İzah: İnsanın azad olmasının mənfi tərəflərindən biri odur ki, bəzi bəndələr başqalarına zülm edir, onlara qətl, qan tökmək, yoxsulluq və s. kimi heç də xoş olmayan müsibətlər yaşadırlar. Bəli! Əgər padşahlar və qaniçənlər öz dəhşətli cinayətlərindən əl çəksəydilər, sərvət sahibləri və zorakı insanlar başqalarının iqtisadi hüquqlarını tapdamasaydılar, yoxsullara qarşı öz dini vəzifələrinə əməl etsəydilər, həyatda bu qədər faciə və xoşagəlməz hallara şahid olmazdıq....


Dostların və dostluğun əhəmiyyəti Quran ayələrində necə dəyərləndirilir?


Quran mənəviyyatsız insanlarla dostluğu əbədi peşmançılıq adlandırıb. Quran faydasız, zərərli dostlar barəsində buyurur: یا وَيْلَتىٰ لَيْتَنِي لَمْ أَتَّخِذْ فُلاٰناً خَلِيلاً Vay halıma! Kaş ki, filankəslə dost olmayaydım! Qurani Kərim yanlış dostluğu tənqid edir, yanlış insanlarla yoldaşlığı əbədi peşmançılıq adlandırır. Çünki yanlış insanlarla yoldaşlıq insanı yalnış istiqamətə çəkir, insanı öz mühütündə yetişdirir. Bu səbəbdən mənəviyyat sahibi olan insanlarla birgə olan insan da mənəviyyatdan bəhrələnir. Əxlaq və mənəviyyatı olmayan insanlar da ətrafına özlərinə məxsus təsir qoyurlar. Bu səbəbdən Quran onlarla yoldaşlığı peşmançılıq adlandırıb.


Möminlərə can yandırmaq! Hz Peyğəmbər (s) ən gözəl nümunə


\"Sizə özünüzdən elə bir elçi gəldi ki, sizin əziyyətə düşməyiniz ona ağır gəlir. O sizə (sizin hidayətinizə) qarşı qayğıkeş, möminlərə şəfqətli, rəhimlidir.\" (Tövbə, 128).
Bu, din öndərlərinin və gerçək möminlərin xüsusiyyətidir. Belə ki onlar başqalarının azğınlıq və qəflətinə dözmürlər. Bütün varlıqları ilə onları hidayət etməyə, yol göstərməyə çalışırlar. Yuxarıdakı ayədə bu həqiqəti bəyan etməklə yanaşı Peyğəmbərin (s) möminlərə can yandırması və mehribanlıq göstərməsinə də işarə olunmuşdur./nur-az
Hədis: İslam peyğəmbəri (s): “Allah məni mərhəməti yaymaq üçün göndərmişdir.” (Kafi, c. 2, səh. 159, hədis: 8).


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter