Allah-Taalanın (c.c) razılığını Quran hansı əmələ bağlı olduğunu bildirir?


Allah-Taalanın (c.c) razılığını Quran hansı əmələ bağlı olduğunu bildirir? Allah təala bu hər iki həyatda nicat tapmağın, ilahi rəhmət və sevgiyə qovuşmağın tək və yeganə yolunu belə bəyan edib: “Həqiqətən, iman gətirib yaxşı işlər görənlər üçün Rəhman (ürəklərdə) bir sevgi yaradacaq.” “Rəhman” kəlməsi Allah Təalaya nisbət verilmiş müqəddəs adlardandır. Təfsirçilər “Rəhman” adını “dünyada hər kəsə rəhm edən Allah” mənasında təfsir və açıqlama vermişlər. Bu da o deməkdir ki, ayənin bizə vəd etdiyi (وُدًّا) sevgi insana yetişəcək dünya nemətlərindən və mükafatlarındandır. Hər kim iman və saleh əmələ sahib olarsa Allah Təala öncə həmin insanın qəlbini paklayar, sonra Öz sevgisini və möminlərin sevgisini həmin qəlbə daxil edər. Bu da insanın dünyada yetişə biləcəyi misli olmayan ən böyük mükafatdır.


Qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq mümkünsüzdür!


Qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq mümkünsüzdür! “Hucurat” surəsinin 12-ci ayəsindəki bu bənzətmənin müxtəlif səbəbləri var:
1. Ölü özünü müdafiə edə bilmədiyi kimi, qeybəti olunan şəxs də söhbətdə iştirak etmədiyindən özünü müdafiə edə bilmir.
2. Ölüyə vurulan yara sağalmadığı kimi, qeybəti olunan şəxsin itirilmiş hörmətini qaytarmaq da mümkünsüzdür. İnsana vurulan maddi ziyanı ödəmək olur, amma açılmış eybi yenidən örtmək qeyri-mümkündür. İstər ciddi, istərsə zarafata edilən qeybət günahdır...


Qurani Kərimin “muzəbzəb” deyə məzəmmət etdiyi kəslər kimdir?


Təfsiri-nümunədə bu kəlmənin münafiqlərə nisbət verildiyi qeyd olunur. Yəni iman və küfr arasında gedib gələn, tərəddüd edənlər, sərgərdan olanlar mənasındadır. Yəni onlar möminlər və kafirlər (iman və küfr) arasında gedib gələrlər.
Həmçinin “müzəbzəb” kəlməsini iki qəlbli, iki üzlü kimi təfsir edənlərdə vardır. Hər halda bütün bu deyilənlərə bir ad vermək olur: Münafiq.
“Allah münafiqlərin və kafirlərin hamısını Cəhənnəmdə bir yerdə toplayacaqdır!” (Nisa -140).


Quranda ən çox ziyan görən kəslər kimi kimlər göstərilib?


“(Ya Peyğəmbər,) de: «Sizə insanların (dünya) əməllər(i) baxımından ən çox ziyana uğrayanlarından xəbər verim?». Onlar, dünya həyatındakı (hər hansı bir xeyir işdəki) səyləri (küfrlərinə görə) puç olaraq yoxa çıxmış və yaxşı görmələrini sanan kəslərdir”. (“Kəhf” 103-104).
Bu ayə ilə bağlı İmam Baqir (ə) buyurur: “Xaçpərəstlər, keşişlər, rahiblər, şübhə əhli, nəfsani istəklərinin ardınca gedən müsəlmanlar, xəvaric və hər kim bidət icad edər – bu ayənin nümunələrindən olar”...


Quranın bizdən istədiyi xalis tövbə hansıdır?


Qurani Kərim insandan qətiyyətli və iradəsi möhkəm olmağı tələb edir. Fərqi yoxdur bu qətiyyət ya tövbə kimi Allahla əhd bağlamaqda olsun, yaxud digər işlərində olsun. Quranda buyurulur: ““Ey iman gətirənlər, Allaha – nəsuh (xalis) bir tövbə edin!” (Təhrim-8) İnsanın etdiyi əməlindən və özündən xəcalət çəkməsidir. İnsan etdiyi günahı və pis əməli tərk etsə belə, həmin əməl müqabilində Allah qarşısında, öz vicdanı qarşısında hesab verib, daxilində peşmanlığ inqilabı baş verməzsə həqiqi nəsuh tövbəsinə yetişməmişdir demək. Tövbə etmək laiq olmayan bir işi tərk edib, Allaha doğru dönmək deməkdir. Tövbə etmək, daxildə inqilabın baş verməsi deməkdir! (İstifadə olunmuş mənbə- Mehr təfsiri)


Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir?


Qurani-Kərimdə işarə edilən məhmud məqamı nədir? Bu ehtimal da verilir ki, məhmud məqamı İlahi qürb məqamının son həddidir. Onun təsirlərindən biri kubra şəfaətidir. Baxmayaraq ki, ayə zahirdə Peyğəmbərə (s) xitab edir, ancaq bütün iman əhlinə şamil ola bilər. Belə ki, hər bir imanlı insan əgər İlahi proqrama əməl edirsə və gecə ibadətlərini yerinə yetirirsə, məhmud məqamından ona da pay düşə bilər. İman və əməlinin miqdarı qədərində İlahi qürb məqamına çata bilər. Bunun sayəsində də şəfaətçi ola bilər. Ancaq bu ayənin həqiqi nümunəsi – əlbəttə ki, Peyğəmbərdir (s). İmam Sadiq (ə) buyurur: “Gecə namazı üzü gözəl, əxlaqı yaxşı, iyi xoş və ruzini çox edər. Borcu əda edər, qəmi aradan gedər, gözlərə cila verər”.
Bu hədisdə işarə edilir ki, gecə namazının insanın ruh və canına birbaşa təsiri vardır...


“Allaha yardım edin” ayəsində məqsəd nədir?


“Bu ayə möminləri Allah yolunda mübarizəyə təhrik edir və onlara kömək, qələbə vədə verir. “ Allaha köməkdən “ məqsəd Allah yolunda cihad və mübarizədir. Həmçinin məqsəd Allah dininin və haqq kəlmənin ucaldılmasıdır. Cihadda məqsəd təkcə o deyil ki, döyüşüb şücaət və hünər göstərəsən, qənimətlər əldə edəsən. (Məqsəd Allahın dinini və haqq kəlmə olan la ilahə illəllahı yayasan). Həmçinin “Allah da sizə yardım edər” ayəsindən məqsəd Allah sizin üçün qələbə təmin edər deməkdir. İmanın laziməsi və şərtlərindəndir ki, insan Allah dininin yayılması və genişlənməsi üçün əməli fəaliyyət göstərsin. Allah dini yolunda (hər növ) cihad da bu göstəricilərdəndir. Hər kim öz fikri, dili, əməli ilə Allah dininə yardım etsə, Mütəal Allah da ona yardım edər. Allahın xeyir-bərəkətini almaq insan səyindən asılıdır”. (Təfsiri Mizan. C-18. S-346)...


Bilirsinizmi ölülər kimlərə qibtə edirlər?


Bilirsinizmi ölülər kimlərə qibtə edirlər?Allahın Rəsulu (səlləllahu ələyhi və alih) buyurdu: \"elə bir gecə yoxdur ki, ölüm mələyi ölülərlə belə nida etməsin; Ey qəbristan sakinləri! Siz, ölüm (və ya qəbirə daxil olmaq) qorxusunu müşahidə etmisiniz. Hazırda kimə qibtə edirsininiz?
Ölülər belə cavab verər: biz, öz ibadət məkanında olan möminlərə qibtə ediririk. Belə ki, onlar namaz qılır, biz isə namaz qıla bilmirik, onlar zəkat verir, biz isə zəkat verə bilmirik, onlar ramazan ayında oruc tutur, biz isə oruc tuta bilmirik, onlar mallarının artığından sədəqə verirlər, biz isə sədəqə verə bilmirik.\"...


İmam Həsən Müctəba (ə) qiyamətdə nələr haqda soruşulacağını buyurur?


İmam Həsən Müctəba (ə) qiyamətdə nələr haqda soruşulacağını buyurur?İmam Həsən (ə) “Saffat” surəsinin 24-cü ayəsinin təfsiri ilə bağlı buyurur: Həqiqətən, qiyamət günü 4 şey barədə sorğuya çəkilməyən kimsə yerindən tərpənə bilməz:
- Gəncliyini haraya sərf etdin? - Ömrünü hansı işlərə xərclədin? - Sərvəti haradan topladın, haraya xərclədin?
- Peyğəmbər (s) və onun Əhli-Beyti (ə) ilə dost oldunmu? (Bihar, c. 44, səh. 12, 13)


İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək?


İmana çatmaq üçün hansı 4 əməldən bəhrələnək? İnsan öz imanını kamilləşdirmək üçün aşağıdakı yollardan istifadə edə bilər.
1-Təfəkkür və dəlillər Allahın varlığını sübuta yetirən dəlillər haqqında düşünmək insanın imanını gücləndirir. Hikmət, kəlam, ürfan kitablarında sübut olunur ki, bütün varlıq aləmi Allahın iradəsi ilə yaşayır...
2-İlahi nişanələr, İnsan təbiət aləmini, müxtəlif heyvanların həyatını, aylı-ulduzlu səmanı diqqətlə müşahidə edərsə böyük yaradıcının nişanələri ilə rastlaşar... 3-İbadət... 4-Zikr və dua


© Gürcüstan - İslami Təhqiqat qrupu 2012 . Flag Counter